Sən verməyi istəməsəydin, istəməyi də verməzdin. |
Müəllif: Nokeri-Huseyn | Bölmə: Dualar | Vaxt: 5-09-2013, 03:21 | Şərh sayı: (4) | Baxılıb: 3939
Sən verməyi istəməsəydin, istəməyi də verməzdin.
Ey bizi bizdən çox sevən Rəbbim...
Bizi Sən yaratdın və Səndən başqa Yaradan yoxdur.
Ey böyük ərşin sahibi.Ey bütün nöqsanlardan uzaq olan, Rəbbim.
Səndən Sənin rəhmətini və məğfirətinin böyüklüyünü diləyirəm.
Ey rəhmlilərin ən rəhmlisi olan, Rəbbim.
Sıxıntılarımı aradan qaldır, kiçik günahlarımın üstünü ört, böyük günahlarımı bağışla.
Ey bəndəsini ruziləndirən, məni və bütün müsəlman bacı-qardaşlarımı ruziləndir, qəlblərimizə iman nurunu daxil et, bizə bu dünyada və Axirətdə fayda verən elm ver.
Axı Sən verməyi istəməsəydin, istəməyi də verməzdin.
Ey özündən başqa ibadətə layiq ilah olmayan Allahım.
Bütün günahlarımı bağışla, məni pisliklərdən qoru və yaxşılıqlara doğru yönəlt.
Mən günahkar bir bəndə olduğumu etiraf etdim və bu günahlara görə tövbə də etdim.
Allahım tövbələrimi qəbul et.Həqiqətən sənin tövbə qapın ta Qiyamət gününə kimi üzümüzə açıqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər