Zikr |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-09-2015, 15:52 | Şərh sayı: (0) | Baxılıb: 541
Zikr
Araşdırmalara əsasən, «bizikrikə» kələməsindəki «b» hərfi səbəb mənasındadır. Demək, cümlənin mənası belə olur: «Pərvərdigara, mən Sənin zikrinin səbəbi ilə Sənə yaxınlıq axtarıram». «Zikr» kəlməsi üç məna ifadə edə bilər: AllahTaalaya diqqət və onu qəlbən xatırlamaq; Quran; Peyğəmbər (s) və Əhli-beyt (ə).
Zikr qəflətin ziddidir. Allahdan qəflətdə olan şəxs ömrünün puça çıxmasından, günaha batmaqdan, haqqı tapdamaqdan, haram yeməkdən qorxmur. Amma daim Allahı xatırlayıb qəlbində Onu zikr edən şəxs inanır ki, peyğəmbərlər və kitablar hidayət üçün göndərilib, itaət edənləri behişt, etməyənləri cəhənnəm gözləyir. Bu qəbil insanlar yalnız Allahın razılığını qazanmaq üçün ibadət edir, insanlara xidmət göstərir, haramdan uzaq olur, başqalarının hüququna riayət edir, elm və mərifət öyrənir və s. Batinə aid olan zikr və diqqət o qədər qüdrətlidir ki, qısa bir müddətdən sonra insanı ibadət şirinliyinin duyulduğu bir məqama çatdırır.
Ağır qəflətə düçar olmuş Yunus qövmü alim və aşiq bir şəxsin köməkliyi ilə qəflətdən oyandılar. Allah zikrinin köməyi ilə qəflət pərdələri yırtıldı, üzlər torpağa sürtüldü, göz yaşları qəlbləri çirkinlikdən təmizlədi. Onlar həqiqi tövbə etməklə öz vətənlərini ölüm saçan şimşəklərin bəlasından qorudular. Bütün qalan ömürlərini ibadət və bəndəlikdə keçirib, nəhayət, əbədi behiştdə sakin oldular. İbadət və bəndəlik, zikr və diqqət vasitəsi ilə qaranlıq keçmişlərinin üstündən xətt çəkən bu günahkarlar qaranlıqdan işığa çıxmağın yolunu bütün dünyaya göstərdilər. Bəşər tarixinin səhifələrini öz qəlblərinin nuru ilə işıqlandırmış Asya, Əshabi-Kəhf, Bəhlul Nəbbaş, Hürr ibn Yəzid, Fuzeyl Əyaz kimi şəxsiyyətlər zikr və diqqət vasitəsi ilə şeytan qurğusundan qurtulub Allahın rəhmətinə qovuşdular.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər