Haqqı batildən ayıraq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-06-2015, 01:12 | Şərh sayı: (0) | Baxılıb: 541
Haqqı batildən ayıraq
İmam Əli (ə) buyurub; "Düzgün, həqq olan yollarını azmış (günahkarlar) batil insanlardan da həqq olan sözü, əməli qəbul edin, batil sözü, əməli həqq əhlindən də qəbul etməyin. Saxta pulu düzgün, salim puldan tanıyıb ayıra bilən sərraf (pulu, xalis qızılı tanıyan, ayıq kimi olun."
(Yəni həqqi batildən, yaxşını pisdən düzü əyridən ayıra bilin.)
Ey sadəlövh insan! Dünyanın çirkin dünyanın çirkin zülməti ilə qəlbi qaralmış günahkar şəxs həqqi qəbul etmədiyi, həqqə qəlbində yer vermədiyi kimi bu dünyada insanları öz üstündə həmişəlik diri saxlamaz. Bayquş xarabalıqda yurd saldığı kimi pisliklərdə həyasız, əxlaqsız, həqqi qəbul etməyən şəxslərin qəlbində qərar tapar. Yarlı-yaraşıqlı,bərli-bəzəkli bağçada bayquş üçün yuva tiksək orda yaşaya bilmədiyi kimi, günahkar, namərd, ikiüzlü şəxslər də həqq qarşısında qərar tapa bilməzlər. Heç vaxt hikmətli kəlam, həqq söz şərəfsiz şəxslərin qəlbində qərar tutmaz. Əgər qərar tapsa da belə uzun-uzadı davam gətirməz.
Allahın əmrinə itaət edib atəş İbrahim (ə)-ı yandırmadığını, dərya Musa (ə)-ı qərq etmədiyini, nəhəng balina Yunis (ə)-ı parçalamadığını, küləyin Süleyman (ə)-a xidmət etdiyini bildiyin halda Allaha itaət etmirsən. Özünü küləkdən güclü, dəryadan qorxulu, balinadan yırtıcı,atəşin hərarətinə qarşı davamlı bilib Allahın əmrinə itaət etmirsən?!
Onu bilmək lazımdır ki, bu dünyada hər hansı bir yaxşı və ya pis əməllərin nəticəsini axirətdə öz sahibinə qaytaracaqlar.
Allah təala belə buyurur; "Hər bir şəxs bu dünyada zərrə qədər yaxşı iş görmüşdürsə onun xeyrini görəcəkdir, hər bir şəxs zərrə qədər pis iş görmüşdürsə zərərinidə görəcəkdir."
Və ya başqa yerdə belə buyurur; "Həqiqətən Allah təala heç bir şəxsə zərrə qədər zülm etməz. Əgər yaxşı bir iş görmüş olsa, onu ikiqat artırar və öz tərəfindən də ona (əməl sahibinə) onun bərabərində böyük mükafat verər."
Başqa bir sadə misalla desək insanın əməli öz kölgəsinə və ya anasının əlindən tutan uşağa bənzər. Bişirdiyini özü yeyəcəyini bilən şəxs xörəyinə çirkin, ziyanedici şey qatışdırmadığı kimi, Ey sadəlövh insan, sən də əməlini Allahın razılığına görə etməlisən ki, qiyamət günü utanmayasan.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər