Axirət əhli barədə Allahın buyurduqları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-12-2015, 01:27 | Şərh sayı: (0) | Baxılıb: 308
Axirət əhli barədə Allahın buyurduqları
Ey Əhməd! Axirət və xeyir əhlinin çöhrəsi zəif və həyası çox olar. Camaata xeyri çoxdur. Camaat onların məkrindən arxayın, özləri əziyyətdə olarlar. Danışıqlarına diqqət edib nəfslərini hesaba çəkərlər. Gözləri yatar, amma qəlbləri yatmaz. Gözləri ağlar qəlblər zikr edər. Camaat qafillərdən sayılanda onlar zikr əhlindən sayılacaq. Nemətin əvvəlində Allaha həmd edər axırda şükür edərlər. Allah onların dualarını eşidər mələklər onlarla şad olar. Onların dua səsləri pərdə arxasına çatanda ana övladının səsini eşidəndə sevindiyi kimi Allah onların sözlərini eşitməkdən ləzzət alar. Onlar bir an Allahı zikr etməkdən qafil olmazlar. Çox yeməyi və gözəl geyinməyi sevməzlər. Camaat onların gözündə ölü və yalnız Kərim Allah diridir. Allahdan üz döndərənləri kəramətlə haqqa tərəf dəvət edirlər. Allaha tərəf üz gətirənləri mehribanlıq və lütf ilə qəbul edirlər. Dünya və axirət onların nəzərində birdir. Camaat bir dəfə ölür, amma onlar hər gün nəfsləri ilə cihad edərək yetmiş dəfə ölürlər. Onlar mənim qabağımda ibadətə duranda möhkəm divar kimi dururlar. Qəlblərində camaat üçün yer yoxdur. İzzət və cəlalıma and içirəm, ən pak həyatı onlara nəsib edərəm. Onların ruhları bədənlərindən çıxanda ölüm mələyini onlara musəllət etmərəm. Məndən başqa kimsə onların ruhlarını qəbz etməz. Asimanın bütün qapılarını onların ruhlarının üzünə açarıq. Bütün pərdələri onlar üçün kənara çəkərəm. Cənnət onlar üçün zinətlənəcək və hurilər onlar üçün hazır olacaqlar. Mələklər onlara rəhmət göndərəcəklər, ağaclar meyvələri onlar üçün yetişdirərlər...
Ərşin altında olan küləklərdən birinə əmr edəcəyəm ki, bir dağı yüksəltsinlər və atəşi olmayan bir odunla onu tüstüləndirsinlər. Onunla öz aramda bir mane olmadan, cənnətə yerləşdirmələrini əmr edərəm.
Onun ruhunu aldığı zaman belə deyərəm: Xoş gəldin, dərgahımıza xoşbəxtliklə daxil ol. Öz lütfümlə ucal, sənə rəhmətimi və davamlı nemətlər içərisində sonsuza qədər qalacağın cənnətlə müjdələyirəm. Heç şübhəsiz ən böyük mükafat yalnız Allahın yanındadır.
Ey Peyğəmbərim! Kaş ki mələklərin necə də bu mömin bəndəmin ruhunu bir-birlərinə verdiklərini görsəydin.
Uca Allah, meracda Peyğəmbər (s), dünya əhlini sevməyib, axirət əhlini sevməyi buyurdu. Əvvəlki hissədə dünya əhlinin xüsusiyyətlərinə toxunuldu, hədisinin bu hissəsində isə axirət əhlinin xüsusiyyətlərinə toxunulacaq. Onların xüsusiyyətləri bunlardan ibarətdir:
Ey Əhməd! Axirət və xeyir əhlinin çöhrəsi zəif və həyası çox olar. Camaata xeyri çoxdur. Camaat onların məkrindən arxayın, özləri əziyyətdə olarlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər