Bidət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-09-2015, 23:57 | Şərh sayı: (0) | Baxılıb: 415
Bidət
Bid’ət qoymaq
735.Allahın Peyğəmbəri (s):«Ən pis iş yeni ortaya çıxan və əvvəlcə misli görünməmiş işdir. Bilin! Hər bir bid’ət azğınlıqdır. Bilin! Hər bir azğınlığın sonu oddur.»
736.Allahın Peyğəmbəri (s):«Məbada bid’ət bir sünnə yaradasan. Çünki əgər bəndə pis bir sünnə və adətin təməlini qoysa, onun günahı və ona əməl edənin günahı onun boynunadır.»
737.İmam Əli (ə):«Qoyulan hər bir bid’ətə görə bir sünnə tərk edildi. Bid’ətlərdən çəkinin və aydın yolu tutun! Ən yaxşı iş keçmişi olan işdir. Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır.»
738.İmam Əli (ə):«Bid’ətlər kimi heç nə dini viran və məhv etməyib.»
216.Bid’ət qoyanlar
739.Allahın Peyğəmbəri (s):«Bid’ət qoyanlar insanların və yaradılmışların ən pisidir.»
740.Allahın Peyğəmbəri (s):«Bid’ət qoyanlar od əhlinin itləridir.»
217.Bid’ətin mənası
741.İmam Əli (ə):«Bid’ət qoyanlar Allahın əmri, Onun Kitabı və Peyğəmbəri ilə müxalifət edərək öz rə‘y və nəfsi istəkləri əsasında əməl edənlərdir, hərçənd ki, belələrinin sayı çoxdur.»
742.İmam Sadiq (ə):«Aralarında daha savadlı və alim ola-ola camaatı özünə tərəf çağıran kəs azğın bid’ətçidir.»
218.Bid’ət qoyandan üz döndərmək
743.Allahın Peyğəmbəri (s):«Kim nifrət və ədavətlə bid’ət qoyandan üz döndərsə Allah onun qəlbini rahatlıq və imanla doldurar.»
744.Allahın Peyğəmbəri (s):«Bidət qoyan şəxsin üzünə təbəssüm edən kəs öz dininin məhv edilməsinə kömək edib.»
219.Bid’ət qoyan və ibadət
745.Allahın Peyğəmbəri (s):«Şeytan bid’ətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər.»
220.Bid’ət qoyanların əməllərinin batil olması
746.Allahın Peyğəmbəri (s):«Sünnəyə əsaslanan az əməl bid’ətlə olan çox əməldən daha yaxşıdır.»
747.Allahın Peyğəmbəri (s):«Allah bid’ət qoyanın tövbəsini qəbul etməz.»
221.Bid’ət yaranan zaman alimlərin vəzifəsi
748.Allahın Peyğəmbəri (s):«Ümmətimin arasında bid’ətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın Lənəti olsun ona!»
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər