Üz qırxmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-03-2017, 16:53 | Şərh sayı: (0) | Baxılıb: 486
Üz qırxmaq
Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən "fülankəsin saqqalı var" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur.
Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri
Tanınmış doktor "Finkor Corc" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.
"Gigiyenik cəhətdən üzün qırxılması" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir.
"Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz kitabında saqqalın xeyirləri və onu qırxmağın zərəri haqda söz açaraq yazmışdır ki, bəzi şəxslər üz tükünü xoşlamırlar, lakin onlar üz tükünün xeyirlərindən xəbərsizdirlər. Xüsusilə tanınmış təcrübəli həkim Viktor Corc bu qənaətdədir ki, saqqal xeyli faydaları özündə cəmləmişdir, şübhəsiz saqqal ağızı və ətrafını ona üz gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani istiqamətdə yarana biləcək artıq rütubətin qarşısını alır. Viktor Corcdan əlavə, başqa həkimlər də vurğulamışlar ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan sonra, onların bir çoxu şiddətli ağrılara, şişginliyə düçar oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim müalicə edərkən, zökəm xəstəliyinə yoluxmuş şəxsləri saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən yaxa qurtardılar.
Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən biri də budur ki, uzun müddət saqqallarını qırxmayan şəxslərin dəriləri daha sağlam və təravətli qalır. Çünki hazırda isbat edilmişdir ki, tüklər havanın ötürülməsi üçün çox xırda dəliyə, nəfəsliyə malikdir. Bu nəfəslik vasitəsilə oksigeni dərinin altına ötürürlər. Məhz bu cəhətdən üzündə tük olan şəxslərin dəriləri daha təravətli qalaraq, asanlıqla qırışmır.
Saqqalın faydalarına dair yığıncaqların təşkili və məqalələr
Saqqalın faydaları və üz qırxmağın zərərləri bir çox həkimlərə gizli deyil. Belə ki, hər il dünyanın müxtlif nöqtələrində bu məsələ ilə bağlı məqalələr nəşr edilir. O cümlədən, 1911-ci ildə xarici ölkələrdə üz qırxmağın yayılması və bu işin zərərli olması səbəbindən, bir sıra avropa alim və həkimləri İngiltərədə saqqalın qırxılması ilə mübarizə cəmiyyəti yaradıldı və ümumi gigiyenanın qorunması və bu işin qarşısını almaq məqsədilə əsərlər nəşr edildi.
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər