Dünya keçicidir. Elə isə axirətə azuqə toplayaq |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 23-09-2016, 23:44 | Şərh sayı: (0) | Baxılıb: 322
Allah Təala Qurani-Kərimdə bütün canlıların öləcəyini qəti hesab etmiş və heç bir canlının hətta Allahın ən sevimli bəndəsi olan Peyğəmbəri-Əkrəmin (s.a.v.v) cavidan olmasına belə razı olmamışdı. O Həzrət (s.a.v.v) də başqa canlılar kimi Haqqın rəhmətinə qovuşmuşdu.
Allahın Peyğəmbəri (s.a.v.v): Bu aləmdən başqa aləmə köçmək-bir həqiqətdir ki,heç kim ondan qaça bilməz.
İmam Əli (ə.s) buyurur: Hər kim ölümə əlac tapmaq istəsə, öz vaxtını və zamanını tələf edər. Nəticəyə çatmaz. Aləmdə elə bir qüdrət yoxdur ki, ölümü insandan uzaqlaşdırsın. Elə bir dərman da mövcud deyildir ki, ölümlə nəticələnəcək xəstəliyə əlac etsin.
Bəli, ona görə də bu sahədə vaxtını tələf etməyə dəyməz.Çünki ölüm qətidir.İnsan yeməyinə, içməyinə, qaldığı yerə, insanlarla ünsiyyətinə, sağlamlığını qorumaq üçün gigiyenasına diqqət etməlidir.O zaman ki,əcəli çatar və dünyadan gedər,ona deməzlər ki,sən dünyada olanda ölümün üçün şərait hazırlamışdın.
Hədislərimizdə şəxsi gigiyenaya diqqət etmək xüsusi vurğulanmışdır. Əgər Əhli Beytin (ə.s) qoyub getdiyi gigiyena qaydalarına müraciət etsəniz,bu haqda beş mindən çox hədis taparsınız.
İnsan sağlamlığı o qədər mühümdür ki, Allah insan bədəninin təmizlənməsi üçün Ramazan ayında oruc tutmağı vacib buyurur.Orucun mənəvi faydası ilə yanaşı cismi faydası da az deyil. Peyğəmbər (s.a.v.v) buyurur: Oruc tutun ki,xəstəliklərdən amanda olasınız
OruclA yanaşı ağlamaq da ruh və canın xəstəliklərdən amanda olması üçün şərtdir.Allah Quranda buyurur: Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. (Maidə surəsi,ayə 83).
Bu göz yaşlarıdır ki, Allah bəndələrinin gözündən Allah üçün axar.Bu göz yaşları İmam Hüseyn üçün, axirət əzabı üçün axar. Həmçinin ağlamaq - psixoloji təhlükəsizlik üçün lazımdır. Yəni qəm və qüssəyə əlac edən təbii dərmandır.El arasında ona yüngülləşmək vasitəsi də deyirlər.Məsələn deyirlər ki, İmam Rzanin ziyarətinə getdim,bir saat ağladım və yüngülləşdim.
Bəli oruc və ağlamaq-İslamda müalicə yollarındandır. Əgər insan Ramazan ayındakı orucuna riayət edərsə, bu ay qurtarandan sonra yüngülləşdiyini və artıq çəkidən azad olduğunu hiss edəcəkdir.Nə qədər ki, bu dünyadayıq, sağlamlığımıza görə məsuliyyət daşıyırıq. Nəinki özümüzə, həm də başqalarının sağlamlığına görə. Ona görə də İslam dini bəzi şeylərin satılıb-alınmasını haram buyurur. Məsələn,şərab almaq və satmağı,donuz ətini alıb və satmağı haram buyurur. Çünki, o cümlədən, insanların sağlamlığına ziyandır.
Təkamül fil-İslam kitabında yazılır: "İki nəfər qərara alırlar ki, bir yerdə ayaqyalın Kərbəlaya getsinlər və İmam Hüseynin (ə) Ərbəin mərasimində Kərbəlada olsunlar. Onlar yola düzəlirlər. İnsan bu yolda xüsusi ab-havaya malik olur. Onlar yollarını itirirlər və ağacı, bitkisi olmayan bir yerə düşürlər. Hava da çox isti idi. Onlardan biri susuzluqdan çox zəifləyir və o birisi güclü olduğundan, onu qucağına alıb aparır. Ancaq nə qədər gedrisə, yenə də suyu olan bir yerə gəlib çıxa bilmir. Nəhayət o da zəif düşür. Dostu susuzluqdan dünyasını dəyişir. O biri mömin nə dostuna qüsl verə bilir və nə də kəfənləyə bilir. Ona yanında olan bıçaq vasitəsilə qəbir qazır və orada dəfn edir. Sonra da meyit namazı qılıb, yola düzəlir. Axır gəlib bir kəndə çatır. Ona yemək və su verirlər, düz yolu göstərirlər. O da karvana qoşularaq, Kərbəlaya gəlib çatır. İmamı (ə) özünə və dostuna görə ziyarət edir.Ağlayır və dostunu xatırlayır.Qayıdan zaman yuxuda dostunu görür. Görür ki, dostu bir bağdadır, ancaq rəngi hələ də sarıdır. Soruşur ki, bu bağ nədir? Dostu deyir: Peyğəmbərin (s.a.v.v) buyurduğu kimi, mən behişt bağlarından birindəyəm. Ancaq dostu soruşur ki, bəs niyə rəngin sarıdır, axı behiştdə insanın rəngi sarı olmur. Dostu cavab verir: Düz deyirsən, ancaq hər 24 saatdan bir kiçik bir heyvan gəlir və ayaq barmağımı gəmirir və onun ağrısına bir gecə gündüz dözürəm. Ondan soruşur ki,niyə? Cavab verir: Bir gün bir nəfərin evinə qonaq getmişdim. Bir meyvə gətirdi və meyvənin kənarına bir bıçaq da qoymuşdu ki, həmin bıçağın köməyi ilə meyvənin qabığını soya biləm. Bıçağın işləməsi çox gözəl idi və mənə maraqlı gəldi. Bıçağı cibimə qoyub getdim. İndi də həmin bıçaq evimdəki şkafın içindədir. Sahibi də sağdır. İmam Hüseynə xatir bıçağı götür və sahibinə qaytar.Burada mənə deyiblər ki,mal sahibinə qayıtmayanacan bu gəmirmə Qiyamətə qədər davam edəcəkdir." Dostu yuxudan ayılır və dostunun evinə gedir. Bıçağın nişanələrini verir və bıçağı tapıb gətirirlər. Oda sahibinə qaytarır. Cümə gecələrindən birində dostunu yenə də yuxuda görür və dostu ona təşəkkür edirdi."
Dünyaya nə üçün gəldiyimizi və nə üçün yaşadığımızı dərk etsək,aqibətimiz üçün azuqə toplasaq, dünyada olarkən o biri dünyamızı abadlaşdırsaq,ölümümüz də bizə başlanğıc olar.İlahi rəhmətə qovuşacağımız günə qədər həm ruhumuza və həm cismimizə görə məsul olduğumuzu hiss edərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər