Böyük Qiyamətdən əvvəl olan kiçik Qiyamət |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 15-09-2016, 21:54 | Şərh sayı: (0) | Baxılıb: 326
Quranin çox sayda ayəsi və eləcədə Kəhf surəsi rəcət mövzusuna işarə edir və onun haqq olduğunu təsdiq edir. “Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz”. (Bəqərə,ayə 56).
“Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz”. (Bəqərə surəsi,ayə 73).
Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)». Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər. (Bəqərə,ayə 243).
(Ya Peyğəmbər!) Şübhəsiz, bu Qur’anı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir». (Qəsəs,ayə 85).
Hədislərimiz buyurur ki, bu ayə də rəcətə işarə edən ayələrdəndir. Bu ayədə hidayətlə gələn şəxs İmam Əlidir (ə.s).Allah Təala bu ayədə insanlara xəbərdarlıq edir ki,o zaman ki,Peyğəmbəriniz (s.a.v.v) gələcək ona iman gətirin.Hədislər buyurur bu ayədə Peyğəmbərə (s.a.v.v) yardım etmək,İmam Əliyə (ə.s) rəcət dövründə yardım etmək mənasındadır.Hədislər deyir ki bu yardım rəcət zamanı olacaqdır.
Rəcətə işarə edən başqa ayədə oxuyuruq: (Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın.
Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri,nə zaman və necə çıxması, bu sözün əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır). (Nəml,ayə 82)
Hədislər buyurur ki, bu insan İmam Əlidir (ə.s) ki, Qiyamətdən əvvəl Allah onu xaric edər, o halda ki, Musanın (ə.s) əsası əlində, Süleymanın (ə.s) üzüyü yanında olacaq.Mömini kafiri bir-birindən ayıracaqdır.
İmam Sadiq (ə.s) buyurur: Peyğəmbər (s.a.v.v) İmam Əlini (ə.s) məsciddə görür ki, məscidin çınqıllarını toplayır və sonra da başını o daşların üzərinə qoyub yatır. Peyğəmbər (s.a.v.v) onu tərpədir və buyurur: Qalx ey yerdən çıxan canlı! Orada olan səhabələrdən biri deyir: Ya Rəsulallah! Bizlərdən birimiz o birimizi bu adla çağıra bilərik? Həzrət (s.a.v.v) buyurdu: Yox. Allaha and olsun ki, heç kəs bu ada layiqli deyildir, Əli ibn Əbu Talibdən (ə.s) başqa. Sonra Həzrət Əliyə (ə.s) buyurur: "Ey Əli! O zaman ki, axəril-zaman olar, Allah səni ən yaxşı şəkildə xaric edəcəkdir. Səninlə elə əsa olacaqdır ki, onunla düşmənlərə vuracaqsan."
Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq”. (Kəhf,ayə 47). Bu ayə buyurur ki,Qiyamət olan zaman onları məhşur edərik.Heç kəsi buraxmarıq.Çünki bu böyük Qiyamətdir. Ancaq ondan əvvəl kiçik Qiyamət olar ki, hər bir ümmətdən insanlar məhşur olar. Hər ümmətdən bir neçə dəstənin məhşur olması böyük Qiyamət ola bilməz. Çünki böyük Qiyamətdə bütün insanlar məhşur olacaqdır.İmam Sadiq (ə.s) buyurur: Bu gün dedikdə - məqsəd rəcət günüdür. Əks halda Qiyamətdə bütün insanlar məhşur olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər