Ətraf mühiti təmiz saxlamaq imandandır |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 1-09-2016, 22:57 | Şərh sayı: (0) | Baxılıb: 253
İslam dini həm bizi tanıyır, həm də mühitimizi. Ona görə də bizimlə ətraf mühit arasında olan rabitəyə dəqiq tərif verə bilir. Bu rabitə müvəqqəti deyildir. Çünki hər birimiz Allahın xəlq etdikləriyik. Biz elə yaradılmışıq ki, ətraf mühitdən ayrılmazıq.
Həyat təravətimiz və halımızın xoş olması müxtəlif şeylərdən asılıdır. Əvvəl öz hal və əhvalımız, sonra isə ətrafımızda olanların halı. Ailədən, dostdan tutmuş qonşulara qədər. Sonra isə bizi əhatə edən ətraf mühit.
Bizim qədim əcdadlarımız elə yerdə yaşayırdılar ki, orada təbiətdən savayı başqa şey olmazdı. Su, hava, fərqli coğrafiyalar təbiətin müxtəlif simalarıdır. İnsan yaşadığı təbiətə təsir edər və ondan təsirlənər.
Biz şəhər əhalisi təbiətdən uzaq olduğumuz üçün səs-küydən tez yoruluruq. Bütün varlığımızla İmam Sadiqin (ə) bu nurani kəlamını dərk edirik: “Həyat üç şeydən başqası ilə xoş olmaz: pak hava, çoxlu dadlı su, yumşaq torpaq”.
Xülasə, hamımız bu şəhər həyatından yorulur və ruhumuza təravət qatmaq üçün ana təbitəin qoynunu axtarırıq. Yaşıllığa baxan zaman ruhumuz şadlanar. Yeni qüvvə əldə etmək üçün təbiətin qoynuna çıxmağa ehtiyac duyuruq. Gözəlliklərə tamaşa etmək istəyirik. Təbiət başqa şeylər kimi insan üçün xəlq edilmişdir. Bu nemətdən bəhrələnməyin də özünəməxsus qaydaları vardır.
İslam dini bizləri həmişə ağac əkməyə və ağaclara qulluq etməyə dəvət etmişdir. Əhli-beyt (ə) bu işə xüsusi əhəmiyyət verərdi. Belə ki, İmam Sadiq (ə) buyurur: “Əkinçilik edin, ağac əkin. Allaha and olsun ki, insanlar bundan pak və üstün iş görməyiblər”.
İmam Baqir (ə) buyurur: “Meyvə ağaclarını kəsməyin ki, Allah sizə əzab nazil edər”.
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: “Hər kim ağac əkər, Allah həmin ağacın verdiyi meyvələrin sayı qədər əməl dəftərinə savab yazar”.
Həzrət (s) başqa yerdə buyurur: “O müsəlman ki, ağac əkər və ya tarlanı əkərsə, insan, ya quş, ya heyvan ondan yeyərsə - onun üçün sədəqə hesab edilər”.
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: “Hər kəs ağac əksə və onun qulluğunda zəhmət çəksə ki, meyvə versin, ondan hər nə qədər meyvə əldə edərsə, Allah yanında mükafatı olar”.
İmam Sadiq (ə) buyurur: “İnsanların ehtiyacı olan suyu çirkləndirməyin”.
Əmirəl-möminin (ə) buyurur: “Zibili evin qapısının arxasına tökməyin, çünki şeytanların yeridir”.
İmam Əli (ə) başqa yerdə buyurur: “İlahi təqvaya Allah bəndələri və şəhərləri barəsində riayət edin. Çünki hətta məkanlar və heyvanlar barəsində sizdən sual olunacaqdır”.
Ona görə də deyə bilərik ki, ətraf mühiti təmiz saxlamaq – imandandır. Hər bir müsəlman ağaclara zərər vurmaqdan, təbiəti çirkləndirməkdən çəkinməlidir. Təbiətin qoynunda olan zaman atəş qalayarsa, ağaclara və heyvanlara ziyan vurmamalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər