RSS
 

Login:
Şifrə:
» » Qədir Xumm gününün müstəhəb əməlləri

Xəbər lenti

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM...
Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...
İmadəddin Nəsimi həyatı və yaradıcılğı
İmadəddin Nəsimi həyatı və yaradıcılğı...
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qədir Xumm gününün müstəhəb əməlləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-09-2016, 16:11 | Şərh sayı: (0) | Baxılıb: 211

Qədir Xumm gününün müstəhəb əməlləri


Qədir Xumm gününün müstəhəb əməlləriMəşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir?"

İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.

Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.

Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).

Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).

Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.

Qədir Xumm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.

Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir Xumm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.

İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir).

Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.

Təsadüfi deyil ki, xalq arasında Qədir Xumm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.

Qeyd edək ki, bu il Qədir Xumm bayramı sentyabrın 20-nə təsadüf edir.

islam.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor