RSS
 

Login:
Şifrə:
» » Zilhiccə ayının 18-i (20 sentyabr) Qədir Xumm hadisəsi günüdür

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Zilhiccə ayının 18-i (20 sentyabr) Qədir Xumm hadisəsi günüdür

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-09-2016, 11:59 | Şərh sayı: (0) | Baxılıb: 311

Zilhiccə ayının 18-i (20 sentyabr) Qədir Xumm hadisəsi günüdür


Zilhiccə ayının 18-i (20 sentyabr) Qədir Xumm hadisəsi günüdürQədir Xumm hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm (əslində Ğədir əl-Xumm) vahəsində baş vermiş məşhur hadisənin adıdır.

Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Məkkə ilə Mədinənin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən 6 mil (təqribən 10 km.) məsafədə Cühfə kəndi yerləşirdi. Cühfənin adı əvvəllər «Məhyəə» idi, sel buranı dağıtdıqdan sonra «Cühfə» adlanmağa başladı (ərəb dilində «cühfə» - «dağıdılmış» deməkdir). Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl Qədir-Xumm hadisəsi baş vermişdir.

Karvan Cühfəyə çatanda Allah-təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Cühfədən 2 mil (təqribən 3 km.) məsafədə Qədir-Xumm vahəsi yerləşirdi. Ərəblər səhranın çökəklik yerlərinə «ğədir» deyirlər. Yağış mövsümündə bu çökəkliklərə su yığılır, sonra istinin təsiri ilə su tədricən buxarlanıb çəkilir. Nəhayət, yayın qızmar günlərində bu çökəklik də səhranın bir hissəsinə çevrilir. «Xumm» sözünün mənşəyi barədə bir neçə fərqli məlumat vardır. Bu sözü həm şəxs adı kimi, həm də «qamışlıq», «bulaq çıxan yer», «gölməçənin yanında qazılmış quyu» kimi mənalandırmışlar. Həqiqətən, Qədir-Xummdə bir quyu var idi. Onu Peyğəmbərin yeddinci nəsildən ulu babası Mürrə ibn Kəb qazımışdı.

Yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər karvana köç salmaq əmrini verdi. Karvanın dayandığı yerdə 5 ədəd «səmürə» adlı iri səhra kolu bitmişdi. Peyğəmbər tapşırdı ki, kolların altını süpürsünlər. Kollardan birinin üstünü parça ilə örtüb kölgəlik yaratdılar, orada dəvə kəcavələrindən minbər qurdular.

Həzrət Mühəmməd Peyğəmbər camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi.

Peyğəmbər xütbənin əvvəlində Allaha həmdü-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur «səqəleyn» hədisini bir daha söylədi. O həzrət müsəlmanlara xatırlatdı ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və öz itrətini (nəslini) ümmətə tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.

Sonra Peyğəmbər yanında durmuş Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və soruşdu: «Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?». Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).

Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Əli ibn Əbu Talibə təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi.

Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Ömər bu sözləri demişdi: «Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!».

«Peyğəmbərin şairi» ləqəbi ilə tanınan Həssan ibn Sabit bu hadisəni elə oradaca nəzmə çəkdi və Peyğəmbərin icazəsi ilə 10 beytlik «Qədir-Xumm» qəsidəsini söylədi.

Tarix boyunca Qədir-Xüm əhvalatı səhih və mötəbər rəvayətlər sırasında durmuşdur. Tarixçilər, hədis alimləri, təfsir ustaları, filosoflar və şairlər öz əsərlərində Qədir-Xüm əhvalatını təsvir etməyi fəxr bilmişlər. Qədir-Xumm hadisəsinin təsvir edilmədiyi mötəbər tarix, hədis və təfsir kitabı tapmaq çətindir. Əldə olan məlumatlara görə, bu hadisə barəsində indiyə kimi 26 müstəqil kitab qələmə alınmışdır. Təbəri, Hakim Həskani, İbn Üqdə, Əbu Səd Sicistani, Mir Hamid Hüseyn Hindi kimi dünya şöhrətli alimlər Qədir-Xumm hədisinə bütöv kitab həsr etmişlər. O cümlədən, Əbu Səd Sicistani 17 hissədən ibarət olan «Kitabüd-dirayə fil-hədisil-vəlayə» əsərində Qədir hədisini 120 nəfər səhabənin dilindən 1300 sənədlə rəvayət etmişdir. XX əsrin ən məşhur cəfəri alimlərindən sayılan təbrizli Əllamə Əbdülhüseyn Əmini İslam tarixinin bu iftixarlı hadisəsini 11 cildlik «əl-Ğədir» kitabında araşdırmışdır. Həmin kitabda Qədir-Xumm hədisi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xumm mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb.

Əşəreyi-mübəşşərəyə (əhli-sünnə əqidəsinə görə, Peyğəmbərin cənnətlə müjdələdiyi 10 nəfərə) aid olan 10 məşhur səhabə, Abbas ibn Əbdülmüttəlib, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Əbuzərr, Salmani-farsi, Əsəd ibn Zürarə, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn, Əbu Əyyub Ənsari, Abdullah ibn Ömər, Bəra ibn Azib, Zeyd ibn Sabit, Əbu Səid Xüdri, Miqdad, Əbu Hüreyrə, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm, Ənəs ibn Malik, Üsamə ibn Zeyd, Həzrət Fatimə, ümmül-möminin Aişə, Ümmi-Sələmə, Əsma bint Ümeys və başqaları Qədir-Xumm hədisinin raviləri sırasındadırlar. Göründüyü kimi, hədis mütəvatir dərəcəsindədir. Miladi XVII əsrdə yaşamış yəmənli alim Ziyaüddin Müqbili yazırdı: «Əgər Qədir hədisini səhih hesab etməsək, gərək İslamda heç nəyi səhih saymayaq» («əl-Ğədir», I, 307).

Əhli-sünnənin mötəbər hədis məcmuələrindən sayılan «Sünənüt-Tirmizi» («Kitabül-mənaqib», 19-cu bab, 3713-cü hədis) və «Sünənü İbn Macə» («Kitabüs-sünnə», 11-ci bab, 116-cı və 121-ci hədis) kitablarında Qədir-Xumm hədisi qeyd edilmişdir. İmam Əhməd ibn Hənbəl «Müsnəd» kitabında Qədir hədisini müxtəlif səhabələrin (Əli ibn Əbu Talib, Büreydə Əsləmi, Zeyd ibn Ərqəm, Bəra ibn Azib və b.) dilindən on dəfələrlə təkrar etmişdir. İmam Nəsai «Xəsaisü Əmirəl-möminin Əli ibn Əbi Talib» əsərində Qədir-Xumm hədisinə 14 dəfə müraciət etmişdir (9, 12, 24, 77, 79, 80, 87, 93-96, 98, 99 və 157 saylı hədislər ).

Dini sənədlərdə Qədir-Xumm günü «Ali-Mühəmmədin bayramı» adlandırılır.

Bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşdu: «Müsəlmanlar üçün cümə, Fitr və Qurban günlərindən savayı bayram varmı?». İmam cavab verdi: «Bəli..». Həmin adam soruşdu: «Bəs, o hansı bayramdır?». İmam buyurdu: «O həmin gündür ki, Allahın Rəsulu Əmirül-möminin Əlini (ə) öz yerinə canişin təyin edib söylədi: «Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». Bu bayramın vaxtı zilhiccə ayının 18-ci günüdür». Sual verən adam yenə soruşdu: «Həmin gün hansı əməlləri yerinə yetirmək lazımdır?». İmam Sadiq (ə) buyurdu: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin».

Əbu Reyhan Biruni, Məsudi, Təbəri, İbn Xəllikan kimi məşhur tarixçilərin əsərlərindən məlum olur ki, onların dövründə Qədir-Xumm günü ən böyük şiə bayramlarından sayılırmış. İran və İraq ərazisində Büveyhilərin (932-1062) və Səfəvilərin (1501-1732), Misirdə isə Fatimilərin (909-1171) hakimiyyəti dövründə Qədir günü rəsmi dövlət səviyyəsində qeyd edilirdi. Həmin gün xəzinənin hesabına subaylar üçün toy mərasimi keçirir, kölələri azad edir, qurban kəsib ətini aclara paylayırdılar (Əllamə Mühəməd Hüseyn Müzəffər – «Şiəliyin tarixi», səh. 294-297).

Azərbaycanda da Qədir-Xumm bayramı şiələr tərəfindən qeyd edilir. Qədir gününü xalq arasında «seyyidlər bayramı» da adlandırırlar.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor