Qədir Xum gunu |
Müəllif: Hesen_Mucteba | Bölmə: Islam tarixi | Vaxt: 19-09-2016, 23:12 | Şərh sayı: (0) | Baxılıb: 569
Maidə surəsi,ayə 3: Bu gün dininizi sizin üçün kamil etdim,sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.
Bu axşam hicri qəməri tarixi ilə zil-hiccə ayının 18-ci günü daxil olur.Müsəlmanlar üçün əlamətdar olan bu gün mübarək "Qədir Xum"bayramı kimi qeyd olunur.
Allahın bütün Peyğəmbərləri bu günü bayram etmiş və xüsusi ehtiramını saxlamışlar.Bu gün Muhamməd (s.a.v.v) son vida həccindən geri dönərkən Həcc karvanını saxlamış və Qədir Xum adlanan məntəqədə müsəlmanlara xitab edərək: "Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz! və Həzrət Əlini (ə.s) xilafətin davamçısı eləan etmiş və buyurmuşdur." "Mən hər kimin mövlasıyamsa,Əli də onun mövlasıdır.İlahi! Onu sevəni sev və ona düşmən olana düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!"
Həsən bin Raşid nəql edir ki,İmam Sadiqdən (ə) Qədir Xum günü barədə soruşdum. Cavab verdi ki,Qədir Xum Qurban və Fitr bayramı günlərindən üstündür. Həmin günü oruc tutun və çoxlu salavat zikr edin
Zülhiccə ayının 18-nə keçən gecə (sentyabrın 19 dan 2o-nə keçən gecə) xüsusi namazın qılınması tövsiyə edilir.Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı ardıcıl qılınır və sonunda bir salam deyilir.Namazdan sonra dua edərək hacətlər istənilir.
Bayram gününün xüsusi əməlləri var:
1) Oruc tutmaq (Bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına,həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);
2) Bayram gününün qüslünü almaq;
3) Nüdbə duasını oxumaq;
4) Məsumları (ə) ziyarət etmək və ya Məsumların (ə) ziyarətnaməsini oxumaq;
5) Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan Əmin Allah ziyarətnaməsini oxumaq;
6) Zöhrdən yarım saat qabaq 2 rükətli namaz qılmaq. Birincü rükətdə Həmddən sonra Qədr surəsini, ikinci rükətdə Həmddən sonra İxlas surəsini oxumaq. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.Namazı qurtardıqdan sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edib,səcdədən durub Məfatihul Cinanda göstərilən məxsusi duanı oxumaq. Sonra da səcdəyə gedib, 100 dəfə “əlhəmdulilləh”, 100 dəfə də “şukranlillah” desin.
7) Möminlərlə görüşəndə aşağıdakı zikri demək:
“Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam.” (Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi).
6) Sədəqə vermək;
7) Qohum-əqrəbaya baş çəkmək;
8) Yeni libas geyinmək;
9) Möminlərlə bu günü yad etmək ilə bağlı yığışmaq;
10) 2 rükətli namaz qılmaq. Hər rükətdə Həmddən sonra 10 dəfə İxlas surəsi, 10 dəfə Ayətəl-Kürsi, 10 dəfə Qədr surəsi oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də,dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur
11) Məsumlara (ə.s) salavat göndərmək.
İmam Sadiq (ə) Qədir günü orucunu 60 mübarək ayın orucuna tay tutur. Məfatihül-cinan kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, birömrlük oruca,100 həccə,100 ümrəyə bərabər olduğu yazılıb.
Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir.
Bu duanı 100 dəfə təkrar etməyin savabı var: Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam. (Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi).
Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər.Əlbəttə buna imkanı olmayan ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən Əminallah ziyarətini vətəndə oxumaq olar
Qədir-Xüm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur.Ardınca Xanım Fatimənin təsbihi deyilir: 34 dəfə Allahü əkbər, 33 dəfə Əlhəmdü lillah və 33 dəfə Sübhan Allah. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.
Seyyid ibn Tavus Əl-İqbal kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə əlhəmdü lillah və 100 dəfə şükrən lillah söyləsə, sanki Qədir hadisəsində iştirak edib,Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.
İmam Rza (ə) buyururdu ki Allah bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar.Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən 2 dəfə artıq mömini cəhənnəm əzabından xilas edər. (Bunlar həqiqi möminlərə və Qədr gününü layiqli ibadətlə keçirən insanlara aiddir).
Qədir Xum günündə qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir.İmam Rza (ə.s) buyururdu ki,bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.
Təsadüfi deyil ki,xalq arasında Qədir-Xüm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək,onlara kiçik də olsa hədiyyə aparmaq,ümumən bir-birinin görüşünə getmək,möminlərin qəlbini sevindirmək tövsiyə edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər