Düzgün yol seçimi və İlahi kömək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 28-11-2015, 03:15 | Şərh sayı: (0) | Baxılıb: 512
Düzgün yol seçimi və İlahi kömək
"Sən öz yaxşılığınla düzgün yola hidayət edib, möhkəmləndirirsən”. Əgər bir şəxs haqq və savab yolunu adlamaq üçün tövfiq taparsa, bu əslində Allahın ona bir minnəti və bu yolda köməklikdir. Duanın bu cümləsi bildirir ki, insan pis və yaxşı yolu seçmək üçün azad yaradılsa da, əgər düzgün yolu seçirsə, bu, Allahın köməkliyi ilədir. Qüdsi hədisdə buyurulur: "Hər kəs Mənə bir addım yaxınlaşarsa, Mən ona iki addım yaxınlaşaram.”
Bu Allah tərəfindən olan ikiqat lütfdür; hər kəs Onun yolunu seçərsə, Allah ona kömək edər.
Allahın hikmətli qəzəb və rəhməti
Belə bir sual yarana bilər ki, Allah bütün yaxşılıq və kamilliklərin mənbəyidirsə, yaxşılıq və xeyirdən başqa bir iş görmürsə, onda nə üçün bəzi bəndələr bəla və müsibətlərə, hətta axirət əzabına düçar olur?
Həqiqət budur ki, biz Allahın işlərini naqis ağıl və zehnimizin quraşdırdığı müqayisə və meyarlarla ölçürük; sonra da Allahın fikirləşdiyimiz şəkildə bizimlə rəftar edəcəyini gözləyirik. Hansı ki, bizim elm və düşüncəmiz çox məhdud və naqisdir: "Sizə cüzi bir elm verilmişdir”.
Allahın bütün işləri hikmət əsasında və ən yaxşı nizamla möhkəmlənmişdir. Biz isə Onun prinsipial səbəb və məqsədlərindən xəbərsizik. Allah bəndələrinə mehribanlıq göstərməli olduğu məqamlarda təsəvvür olunmaz dərəcədə mehriban olur; lakin bəzən mehribanlıq və rəhmət üçün yer qalmır. Bu halda Allahın əzəmət və böyüklüyü cilvələnir. Belə məqamlarda cəzalanma və əzab labüddür. Beləcə, əzaba layiq olan kəslər üçün Allahın əzəməti kamilliyə çatır. Buna görə də duanın davamında deyilir: "İlahi, beləcə inancdayam ki, əfv və rəhmət üçün yer olduqda Sən hamıdan mehribansan; əzab və cəza zamanı isə Sən bütün cəzalandıranlardan sərt cəza verənsən; böyüklük və əzəmət göstərilən yerdə hamıdan əzəmətlisən”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər