RSS
 

Login:
Şifrə:
» » QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ- `Oruc`

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ- `Oruc`

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 2-06-2016, 20:06 | Şərh sayı: (0) | Baxılıb: 696

QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ- `Oruc`


QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ- `Oruc`Oruc

Oruc, obaşdandan ilk axşam saatlarınadək qidalanmadan çəkinməyə deyilir. Bu əməl insan orqanizminə, eləcə də onun psixoloji durumuna olduqca müsbət təsirlər göstərir. Quranda bu əməl haqqında bir neçə mərhələdə söhbət açılmışdır.
İlk mərhələdə oruc tutanlara böyük mükafat vəd edilir.
“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (“Əhzab” surəsi, ayə: 35)

Növbəti mərhələdə oruc müsəlmanlara vacib edilmişdir.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.” (“Bəqərə” surəsi, ayə: 183-185)

QISA TARİX

Oruc İslama qədərki dinlərdə müəyyən şəkildə (sükut orucu və s.) mövcud olmuşdur. Quran orucun tarixi haqqında iki ayədə söhbət açır. İlk dəfə orucu vacib edərkən buyurur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə” surəsi, ayə: 183)
Digər bir ayədə isə həzrət Məryəmin (ə) orucuna işarə vuraraq buyurur:
Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!" (“Məryəm” surəsi, ayə: 26. Həzrət Məryəm sükut orucu tutmuşdu. Ayədən anlaşılır ki, orucun bu növü dövrün cəmiyyəti tərəfindən qəbul edilirmiş. İslamda isə bu növ oruc yoxdur (“Təfsiri-nümunə”, c.13, səh.45))
Müqəddəs kitabda da yəhudi və xristianlara oruc tutmaq tövsiyə olunur və həzrət Musanın, eləcə də İsanın (ə) oruc tutması yad edilir. “Musa (ə), İliya və İsanın (ə) qırx gün oruc tutması möcüzəli şəkildə olmuşdur.” (“Samuil”, 7/6; “Hakimlər”, 19/8) Həzrət İsa (ə) şagirdlərinə onun vəfatından sonra oruc tutmalarını tapşırardı. (“Luka”, 5/34, 35) O həzrətin həvariləri lazım gəldikdə oruc tutardılar. Lakin bu onlara vacib olunmamışdı. (“Matfey”, 6/16, 18)

ELMİ SİRLƏR
Orucun elmi sirləri, bəzi xəstəliklərin profilaktika və müalicəsindəki rolu haqqında bir çox həkimlər, elm adamları fikir söyləmiş, əsər yazmışlar. Əhli-beytdən gələn rəvayətlərdə də bu haqda söhbət açılmışdır ki, aşağıda diqqətinizə çatdırırıq.
1. Rəvayətlər.
Bir çox hədislərdə orucun faydaları, xüsusilə mənəvi faydası haqqında söhbət açılmışdır. Burada bir hədisi qeyd etməklə kifayətlənirik.
Peyğəmbər (s) buyurmuşdur: صوموا تصحوا “Oruc tutun ki, sağlam olasınız.” (“Bihar əl-ənvar”, c. 96, səh. 255)
2. Oruc insanın iradəsini gücləndirir.
Bəzi həkimlər bu haqda yazırlar:
“Oruc cismani faydaları ilə yanaşı insanın ruhuna, psixikasına da müsbət təsir göstərir. Belə ki, onda emosionallıq, xeyirxahlıq, təmkin müşahidə olunur. Oruc tutan transsendental ruha, fövqəladə zəkaya malik olduğunu hiss edir.” (“Quranda təbabət”, səh. 213)
Bundan başqa oruc insana cinsi meyllərini cilovlamaqda da böyük dayaqdır. O, günahdan çəkinməyin ən uğurlu metodlarından biridir. Peyğəmbər (s) ailə qurmaqdan boyun qaçıran gənclərə müraciətlə buyurur:
“Ey gənclər! Ev tədarükü olanlarınız ailə qursun. Buna gücü çatmayanlar isə oruc tutsun. Oruc onun üçün günahlara qarşı sipərdir”.
3. Orucun xəstəliklərə müsbət təsiri.
Bəzi həkimlər yazırlar:
“Günümüzdə artıq orucun bir çox xəstəliklərə müsbət təsiri sübuta yetirilmişdir. Bu xəstəliklərə aşağıdakıları misal göstərmək olar:
Həzm sistemi ilə bağlı xəstəliklər. Xüsusilə kəskin mədə iltihabı, piylənmə, ateroskleroz, qan təzyiqi, inaq, xroniki böyrək iltihabı, astma, etik və psixi anomaliya və s. (“Quranda təbabət”, səh. 214)
4. Orucun profilaktik faydaları.
Bəzi həkimlər yazırlar:
“Oruc insan yaşamının müxtəlif tərəflərini nizamlayan dövri ayindir. Burada insan ildə bir dəfə bu ayinə əməl etməyi zəruri hesab edir və bu onun ruhunda, orqanizmində dərin iz buraxır.
Oruc pəhriz rejimi, müalicə üsuludur. Çox güman ki, ondan ən çox yararlanan həzm sistemidir. Çünki qidalanma prossi qidanı udmaqla bitmir. Əslində bu qidalanmada ilkin mərhələdir. Qida udulduqda bütün orqanizm onu ən yaxşı şəkildə həzm etmək, sovurmaq üçün fəaliyyətə keçir. Buna görə də orqanizmdə ən işlək sistem həzm sistemidir. Digər orqanların istirahəti zəruri olduğu kimi həzm sistemi üçün də istirahət həyati əhəmiyyət daşıyır. Bu istirahətin bir ay sabit pəhriz rejimi çərçivəsində baş verməsi bir çox müsbət nəticələr verir. Bunlar aşağıdakılardır.
Orqanizmdə yığılıb qalmış artıq piylərin əriməsi (əks təqdirdə piylənmə xəstəliyi törədir).
Orqanizmdə mövcud olan zəhərli artıq maddələrin aradan getməsi.
Orqanizmdə mövcud hüceyrə və vəzilərə funksiyalarını ən yaxşı şəkildə həyata keçirmə fürsəti verir.
Böyrək və sidik kisəsinin nisbi istirahəti.
Arteriyalarda piy yığıntılarının azalması və aterosklerozun profilaktikası.
Aclıq oruc müddəti bitdikdən sonra orqanizmin reaksiyasına səbəb olur. Bu reaksiya özünü qidalanmaya meyl, gümrahlıq, aktivlik şəklində göstərir. Halbuki bundan öncə qidalanma yorucu vəziyyət almışdı. Oruc şəriətdə göstərildiyi qaydada həyata keçirilsə, ən yaxşı müalicə metoduna çevrilər. Hansı ki, bu gün Avropa alimləri müəyyən şəraitdə ac qalmağı müalicə üsulu kimi dəyərləndirirlər. Avstraliyalı həkim Barselius yazır: “Aclığın müalicəvi funksiyası pereparatlardan istifadəni üstələyir”. Helba adlı digər həkim isə ona müraciət edən xəstələri bir neçə gün ac saxlayar, sonra yüngül qida məhsullarından istifadə etməyə icazə verərdi”.
Oruc funksiyasını itirmiş toxumalara yeni həyat bəxş edir. Elə buna görə də doktor Bachwitn “Oruc gəncliyi geri qaytara bilər” deyə bildirir.

YEKUN
Bir neçə məqama nəzər salaq.
1. Orucluq ayini və orucun vacib edilməsi peyğəmbərlərin (ə) bəşərə təqdim etdiyi ilahi hədiyyədir.
Orucun müalicəvi və profilaktik əhəmiyyəti tam aydındır. Bu elmi məslədir və ilahi dinlərdə də mövcud olmuşdur. O dönəmdə insanların orucun elmi hikmətini bilmədikləri halda icbari şəkildə tutmalarını nəzərə alsaq, bunun ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar. Əlbəttə, belə bir ehtimal da mövcuddur ki, qidalanma ilə bağlı pəhriz rejimi daim müalicəvi üsul kimi həyata keçirilmişdir. Oruc isə bu tibbi metodun təsdiqi kimi göstərilmişdir. Lakin bu ehtimal yanlışdır. Çünki ilahi dinlərə görə oruc sağlam insanlara vacibdir. Xəstələr isə bu hökmdən istisnadır. Halbuki pəhriz rejimi tibdə xəstələrə tətbiq olunur.
1. Oruc Qurana məxsus elmi möcüzə deyil. Çünki qeyd etdiyimiz kimi İslamdan öncə də mövcud olmuşdur.
2. Orucun adı çəkilən bir çox xəstəliklərə müsbət təsiri həkim nəzarətindən asılıdır. Ola bilər ki, oruc həkim məsləhətlərinə görə bir çoxlarına ziyan olsun. Belə olduqda oruc haramdır. Deməli, orucun qeyd olunan xəstəliklərə müsbət təsiri yalnız bəzi hallarda özünü göstərir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor