Həzrət Əbülfəzl (ə)-ın babası və nənəsi ilə tanışlıq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 19:34 | Şərh sayı: (0) | Baxılıb: 329
Həzrət Əbülfəzl (ə)-ın babası və nənəsi ilə tanışlıq
Həzrət Əbülfəzl Abbas (əleyhissalam)-ın cəddinin adı Əbu Talibdir.«Əbu Talib» əslində onu əsl adı deyil, bəlkə də ləqəbidir. Onun əsl adı barəsində tarixçilər arasında ixtilaf vardır. Məşhur budur ki, Əbu Talibinəsl adı «Əbdül Mənar»dır.Əbu Talibin dörd oğlu olmuşdur. Onların adları: Talib, Əqil, Cə`fər və Əli (əleyhissalam) olmuşdur. Onların hər birisi digərindən on yaş böyük idi. Talib Əli(əleyhissalam)-dan 30 yaş böyük olub. Onun nəslinin kökü olmayıb. Qureyş tayfası «Bədr» döyüşünə gələndə onu da özü ilə zorla aparıblar Lakin yolda itgin düşdüyünə görə döyüşdə iştirak etməmişdir. Bə`ziləri nəql edir ki, dənizdə qərq olmuşdur.Əbu Talibin özü böyük şəxsiyyətlərdən olmuşdur. O, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) ilk iman gətirənlərdən olub və bu yolda əlindən gələn köməklikləri göstərmişdir. İmam Sadiq (əleyhissalam)-dan nəql olunan rəvayətlərin birində Əbu Talibin iman gətirməsi barəsində belə deyilir: «Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və insanların imanlarını başqagözünə qoysaq Əbu Talibin imanı ağır gələr».Nəhayət, be`sətin 10-cu ilində Əbu Talib öz dünyasını dəyişir. İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) hədsiz dərəcədə köməklik göstərən bu şəxsiyyətdən sonra müşriklər cür`ət tapıb Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) tərəf hücuma keçirlər. Əbu Talibin vəfatından 30 və yaxud 45 gün sonra Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcəsi mö`minə xanım Xədicə də dünyasını dəyişir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) həmin ili «hüzn ili» adlandırır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər