İnsanların düşüncə tərzində filmlərin təsiri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-05-2016, 23:48 | Şərh sayı: (0) | Baxılıb: 281
İnsanların düşüncə tərzində filmlərin təsiri
Şübhə yoxdur ki, kino sənəti əsrimizin ən böyük nailiyyətlərindən biridir. İnsan bu informasiya vasitəsi ilə öz elmini, dünyagörüşünü artırır və bir çox şeyləri öyrənməyə başlayır.
İslam yeganə dindir ki, insanları elmə, sənətə sövq edir və onların mənəvi inkişafını dəstəkləyir. Lakin hər bir film elmi əhəmiyyət daşımır. Bir çox filmlər reklam edilməyə layiq deyil və məhəbbət macəraları, cinayət hadisələri ilə dolu olan filmlər yenicə formalaşmaqda olan uşaqların düçüncə tərzini zədələyir.
İnsan göz və qulaq vasitəsi ilə bilmədiklərini öyrənməyə başlayır. Bu baxımdan, hazırki dünyamızda təlim-tərbiyə radio və televiziya əsasında qoyulur.
Baba Tahir Üryan deyir:
Göz ilə qəlbimin əlindən fəryad,
Çünki göz görəni qəlbim edir, yad.
Poladdan bir xəncər düzəldim gərək
Çıxardım gözümü, qəlb olsun azad.
Təəssüflər olsun, bu gün qeyd edilən vasitələrdən əks nəticə alınır. Yeniyetmələrin radio və televiziyada eşidib-gördükləri mənfi xarakterli proqramlardır. Bu gün kino-teatrlarda ekranlaşdırılan əksər filmlər gəncləri fəsada sürükləyən sevgi macəraları və cinayətə sövq edən səhnələrlə doludur. Bu film lərin cəmiyyətdə qoyduğu təsirlərlə tanış olmaq üçün bir neçə dəfə belə filmlərə tamaşa etmək, uşaqlarla həmsöhbət olmaq kifayət edər.
Əksər uşaqlar bekar vaxtlarda tamaşa etdikləri kino qəhrəmanlarını təqlid edir və bu aktyorların adlarını özlərinə seçərək evdə, məktəbdə, küçədə, bazarda bir-birilərinin canına düşüb, qalmaqal salmaqla yeni "döyüş səhnələri” yaradırlar. Bəzən belə hallar çox ağır hadisələrlə nəticələnir.
Bir neçə il əvvəl bir dəstə uşaq evdən qaçaraq ölkənin Şimal meçələrinə getmiş və milli Tarzan olmaq fikrinə düşmüşdülər.
Həmçinin, müəllimlərdən birinin dediyinə əsasən, "Yetim” kinosuna baxan bir şagird sinif yoldaşlarından bir neçəsini yoldan çıxararaq başqa şagirdlərin dərs əşyalarını oğurlayırmışlar.
Bu uşaqlarda heç bir günah yoxdur. Çünki film ən əlverişli təbliğat və tədris vasitəsidir.
Yaradılış sistemi hökmvermə bacarığını insanın ağlına tapşırmışdır.O,hökm verməli, digər güc üzvləri isə əmri icra etməlidir.
Cinsi meyl insan nəslinin davamı üçün nəzərdə tutulmuşdur.Bu meyl əqlin göstərişi altında hərəkət etməlidir. Əks təqdirdə, yaşayış sistemi nəzmini pozacaq, fəzilət və əxlaqi dəyərlər məhv olacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər