6 dəstənin 6 xüsusiyyətə görə cəzalandırılması |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-12-2015, 01:08 | Şərh sayı: (0) | Baxılıb: 232
6 dəstənin 6 xüsusiyyətə görə cəzalandırılması
İslam dinində cəza və savab nəzm üzərindən həyata keçər. İslam elə bir dindir ki, burada heç kəsə ədalətsizlik və zülm edilməz. Hər kəs yerinə yetirdiyi əmələ görə təşviq və ya tənbeh olunar.
İmam Əli (ə) 6 dəstəni 6 xüsusiyyətinə görə məzzəmət edir və buyurur: "Allah 6 dəstəni 6 xüsusiyətinə görə cəzalandırar: ərəbləri təəssübkeşliklərinə görə, kəndxudanı təkəbbürünə görə, rəhbərləri zülmlərinə görə, fəqihləri həsədlərinə görə, ticarətçiləri xəyanətə görə, kəndçiləri cəhalətlərinə görə".
Bu nirani hədisdə İmamın (ə) buyurduğu kateqoriyalar üzərində duraq.
1. Təəssübkeş ərəblər
Ərəbləri etdikləri yersiz təəssübkeşliklərinə görə Allah cəzalandıracaqdır. Çünki təəssübkeşlik haqqın və həqiqətin qəbul olmasına mane olar və həqiqətləri görməyin qarşısını alar. Allah bəndəsi o kəsdir ki, Allaha təslim olar və təvazökarlıq edər. Əksinə, hər cür təəssübkeşlik haqdan uzaqlaşmağa səbəb olar. İlahi peyğəmbərlərin (ə) həyatına nəzər salan zaman görmək olur ki, ümmətlərinin məhv olmasının və ya yolunu azmasının səbəbi üç şey olmuşdur: təəssübkeşlik, tərslik və kor-koranə təqlid etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəsin ürəyində xardal dənəsi qədər təəssüb olarsa, Allah Qiyamət günü onu cahil ərəblərlə məhşur edər".
2. Təkəbbürlü kəndxudalar
Kəndxuda dedikdə, kəndin böyüyü nəzərdə tutulur. Allah Təala bu insanı təkəbbürünə görə cəzalandırar. Çünki bu insanların bəzisi o qədər təkəbbürlüdür ki, insanlarla heyvan kimi rəftar edir. Onlara ən az dəyəri verir.
3. Zalım rəhbərlər
İnsanlara hökmranlıq edən kəslər nəzərdə tutulur. Bu insanlar etdikləri zülmə görə cəzalandırılacaqlar.
4. Həsəd aparan fəqihlər
Həsəd də İlahi əzaba səbəb olan amillərdəndir. Bu rəzil əxlaqi sifət fəqihləri ağır İlahi əzaba düçar edəcəkdir. İmam Baqir (ə) buyurur: "Necə ki, atəş odunu yeyər, həsəd də imanı yeyər".
5. Xəyanət edən ticarətçilər
Allah bu insanları başqalarının malına xəyanət etdiklərinə görə cəzalandırar. Ticarətdə hiylə işlətmək, fırıldaq - xəyanətin növlərindəndir.
6. Cahil kəndçilər
Kənd əhalisi dindən uzaq olduqları və cahil olduqları üçün cəzalandırılacaqlar. Belələrinin hər nə sualı olar, onu soruşmaz və araşdırmaz. Ona görə də cahil qalar və bu amil onun cəzalandırılmasına səbəb olar.
Bəli, bu 6 xüsusiyət rəzil əxlaqi sifətlərdir: təəssübkeşlik, təkəbbür, zülm etmək, həsəd aparmaq, xəyanət və cahillik. Bu 6 sifət insanı məhv edər və İlahi əzaba düçar edər.
Deyerler
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər