“Fatimə” adı haqqında |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 09:20 | Şərh sayı: (0) | Baxılıb: 1270
“Fatimə” adı haqqında
İslam tarixçiləri və tədqiqatçıları mötəbər hədis söyləyənlərin sözlərinə əsasən o böyük qadının adı haqqında belə yazırlar: "Fatimə” – "şərdən saxlayan”, "pislikdən ayıran”, "şərdən və pislikdən ayrılmış” deməkdir. Bu təfsir və izahlar böyük imam, məzhəb başçısı, bərəkətli Cəfəri məktəbinin və fiqhinin banisi həzrət Sadiqin (ə) qeydə aldığı çoxsaylı mötəbər hədislərdə gəlib çatmışdır. O həzrət ulu babası – Allahın Rəsulundan (s) rəvayət edir ki, bir gün Peyğəmbər (s) öz sevimli qızına
belə buyurmuşdu: "Qızım, bilirsənmi niyə sənin adını Fatimə qoymuşam?”
Pakların pakı Zəhra (ə) soruşdu: "Əziz atam, niyə?”
Allahın Rəsulu (s) cavabında buyurdu: "Allah-təala səni və səninlə qoşa addımlayan dostlarını, əsl şiələri məhşər günündə cəhənnəm odundan kənarda saxlayacaq...”
Böyük ruhani alim, fəqih mərhum Şeyx Səduq "Xisal” və "Əmali” adlı iki çox dəyərli əsərində mübarək "Fatimə” adının izahı ilə bağlı imam Sadiqdən (ə) belə nəql etmişdir: "Ona görə onu Fatimə çağırmışlar ki, o, dinsizlikdən, şərdən və pislikdən ayrılmışdır. Əgər Əli (ə) olmasaydı, ona bənzər şəxs tapılmazdı.”
Mübarəkə
Fatimənin (ə) başqa adlarından biri də Mübarəkədir.
Bu əziz adın mənası haqqında qısaca olaraq belə demək olar: bərəkət, inkişaf, səadət və yaxşı olan nə varsa, hamısını Allah-təala İslam peyğəmbərinin (s) nəsli üçün bəxş etdi. Eyni zamanda onların hamısını pakların pakı Zəhranın (ə) mübarək vücudu və pak nəsli üçün də buyurdu. Bəli, uca Tanrı Fatiməni (ə) Kövsərin açıq-aşkar təsdiqi və İslam peyğəmbəri (s) üçün özünün sonsuz nemətinin, tükənməz hədiyyələrinin simvolu kimi bəxş etdi. Belə ki, iki qollu-budaqlı oğlu – Həsən (ə) və Hüseyn (ə) və iki fəzilət sahibi qızı – Zeynəb(ə) və Ümm Gülsüm (ə) vasitəsilə İslam peyğəmbərinə (s) elə xoşbəxt və mübarək nəsl bəxş etdi ki, daim artmaqda, böyüməkdə, inkişafda və xeyir-bərəkətlə çoxalmaqdadır. Elə bir bərəkət bəxş etdi ki, Qiyamət gününədək sonra yetməyəcək. Daim artmaqda olan həmin bərəkət Fatimənin (ə) nəslinə görədir. Onun adlı-sanlı adlarından biri olan "Mübarəkə” adı da bu xüsusiyyətin parlaq təzahürünə çevrilmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər