İmam Sadiq (ə) və qiyamlar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 23:18 | Şərh sayı: (0) | Baxılıb: 297
İmam Sadiq (ə) və qiyamlar
O dövrün tarixini araşdıranda belə bir sual qarşıya çıxır ki, ümumiyyətlə İmam Sadiqin (ə) o vaxt şiələr tərəfindən baş verən qiyamlara qarşı münasibəti necə idi? Görəsən onları müsbətmi qarşılayırdı? Əgər razı deyildisə, səbəbi nə idi?
Ümumiyyətlə hər bir inqilabda, əsasən iki özəl hədəf güdülür: Birinci, nifrət qazanılmış mövcud hakimiyyəti yıxmaq. İkinci isə, yerində nəzərdə tutulan yeni, ideal hökumətin təməlini qoymaq.
Sualımızın cavabına gəldikdə isə əməvilər sülaləsinin son dövrlərindən tutmuş ta abbasilərin də dövranını nəzərdə tutmaqla belə qənaətə gəlirik ki, bu qiyamların əksəriyyəti mövcud hakimiyyətin əlindən cana doymuş xalqın kəskin e`tirazlarının alovlanmasının təzahürüdür. Hər zaman zülm həddini aşdıqda qiyamlar da ardınca şö`lələnirmiş. Zalım əməvi və abbasi sülalələrindən təngə gəlmiş məzlum xalq ədalət bayrağını qaldıracaq qəhrəmanın ardınca idilər ki, hər vaxt belə bir hadisə üz versəydi, dərhal ona qoşulurdular (adətən də belələrini seyyidlər və şiələrin böyük şəxsiyyətləri təşkil edirdi).
Bu qiyamlar öz gücünü demək olar şiə məktəbinin ideologiyasından, onun radikal, cəsarətli və son dərəcə din-imanında qətiyyətli adamlarından alsa da, əməvi və ya abbasilərin hakimiyyətinin devrilməsindən sonra yeni, ideal bir hökumətin qurulmasına o qədər də zəmanət verilmirdi. Bunun səbəbini aşağıda verilən amillərdə araşdırmalıyıq:
1. Mə`lum olduğu kimi bu qiyamların rəhbərləri elə də düzgün, kamil bir proqram irəli sürmürdülər və onların rəftar və ideyalarında çoxlu çatışmamazlıqlar müşahidə olunurdu.
2. İnqilabçı qüvvələr, adətən həm say həm də hərbi hazırlıq baxımından elə bir səviyyədə deyildilər ki, qələbəyə ümid gözü ilə baxa bilinsin.
3. Bu qüvvələrin arasında müxtəlif fikir və əqidəli qruplar iştirak edirdilər ki, bütünlüklə sağlam, dindar və e`tibarlı adamların hökumət başına gəlməsinə tam ümid yox idi.
Buna ən gözəl nümunə zülmkar abbasi sülaləsinin hakimiyyətə gəlməsini göstərə bilərik. Elə bu kitabda müşahidə etdiyiniz kimi Əhli-beytin (ə) mübariz tərəfdarlarının sayəsində cinayətkar əməvilər devrildikdən sonra dövləti ələ keçirən abbasilər sonralar zülmkarlıqda əməvilərin üzünü ağartdılar! Əgər imamlarımızın (ə) da bu qiyamlara müsbət münasibətini müşahidə etmiriksə, elə bu səbəblərə görədir və onlar o zamankı vəziyyəti çox gözəl analiz edirdilər. Şiənin böyük mütəfəkkirlərindən olan Məhəmməd Mehdi Şəmsəddin bu barədə belə yazır: "Risalətin davamçıları olan mə`sum imamlar çox yaxşı bilirdilər ki, bu qiyamlarda rəhbərliyə arxa olan qüvvələr sağlam inqilab ruhundan uzaqdır və onlarda sarsılmaz mübarizlik hissi yoxdur ki, inqilabı geniş miqyasda son qələbəyə kimi davam etdirə bilsinlər. Beləliklə, belə qüvvələrə arxalanan hər bir hərəkat məğlubiyyətə məhkumdur və onun ağır zərbəsinin təkcə özlərinə yox, bütün İslam ümmətinə dəyəcəyini təsəvvür etmək çox da çətin deyildi. Həmçinin, imamlarımız bilirdilər ki, qələbənin səmərəsindən faydalananlar da əksəriyyət təşkil edən qeyri-şiə və qeyri-sağlam qüvvələr olacaqdır. Elə buna görə də onlara qoşulmur və onlarla qarşı-qarşıya da durmurdular.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər