RSS
 

Login:
Şifrə:
» » İlahi sevgidən məhrum israfcıl

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İlahi sevgidən məhrum israfcıl

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-12-2015, 01:51 | Şərh sayı: (1) | Baxılıb: 456

İlahi sevgidən məhrum israfcıl


İlahi sevgidən məhrum israfcıl


Qurani-Kərimdə təkid olunan mövzulardan biri də israfdır. “İsraf” sözü müxtəlif ibarələrlə 23 ayədə işlənmişdir və çox geniş məfhum daşıyır. Sadə sözlə desək, israf həddi aşmaq, əndazədən çıxmaq və normadan kənarlaşmaq anlamındadır. Onun kökünə diqqət yetirdikdə, incə və zərif məqamlarla rastlaşırıq. “İsraf” “sürəfə” sözündən alınmış və ərəb dilində ağacqurduna deyilir. İçində qurd olan ağac kənardan nə qədər təravətli və ürəkaçan görünsə də, içi bir o qədər çürük və xarabdır. Zaman keçdikcə, onun fəsadları üzə çıxır və günbəgün onun solğunluğu va təravətinin aradan qalxmasına səbəb olur. Cəmiyyət arasında baş verən israfçılıq da həmin cəmiyyətin solğunluğu və süqutu ilə nəticələnəcəkdir. Beləliklə, hər bir sahədə normadan kənara çıxmaq, həddi aşmaq və cəmiyyətdə fəsadın yayılmasına səbəb olan hər bir iş israf hesab olunur. Amma bu söz insanlar arasında daha çox iqtisadi məsələlərdə işləndiyi üçün onun digər mənaları barədə ya az danışılıb, ya da ümumiyyətlə danışılmayıb. Halbuki müqəddəs Quran ədəbiyyatında israf sözü bir çox sahələri əhatə edir ki, burada onlardan bəzisini şərh etməyi lazım bilirik:



1. İNAM VƏ ƏQİDƏDƏ İSRAF

Bəzi ayələrdə şirk, küfr, ilahi peyğəmbərləri danmaq, tövhid inancından sapmaq, ilahi ayələri inkar etmək və digər dini mövzularda həqiqətlə əlaqəsi olmayan iddialar irəli sürmək israf olaraq göstərilir. Quran nöqteyi-nəzərindən varlığa bu cür baxış normadan çıxmaq və həddi aşmaq hesab olunur. Elə bu səbəbdən də, bu xislətə sahib olan insanların müxtəlif ayələrdə məzəmmət olunduğunu müşahidə edirik. Misal üçün, “Qafir” surəsinin 34-cü ayəsində nübüvvəti inkar edənlərin israfcıl olduğu buyurulur:

كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ

“.....Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!”



“Yasin” surəsinin 19-cu ayəsində Allah tərəfindən göndərilən iki peyğəmbər onlarla müxalif olan, onları qətl və işgəncə ilə hədələyən tayfanı israfcıl adlandırır:

بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

“...Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”



Qurani-Kərimdə həddini aşaraq allahlıq iddiası edən Firon israfcıl adlandırılır. “Yunus” surəsinin 83-cü ayəsində Fironun etiqadi baxımdan israfcıl olduğu haqda belə buyurulur:

وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ

“...Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı.”



Şübhəsiz, uyğun ayələrdə işlənən israf sözündə, əsasən, etiqadi azğınlıq nəzərdə tutulur.



2. ƏXLAQİ İSRAFÇILIQ

Günaha aludə və maddiyyata qərq olaraq Allahla əlaqəni kəsən insanın haqq yoldan çıxması danılmaz bir məsələdir. Odur ki, hər bir kəsin Allaha qarşı üsyankarlığı və günaha batmaqla özünə pislik etməsi də israfdır. Günaha qərq olan insan öz nəfsinə zülm etməklə yanaşı, ilahi hədləri aşır və onun sərhədlərini pozur. “Zümər” surəsinin 53-cü ayəsində belə buyurulur:

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا....

“(Ya Peyğəmbər! Mənim bəndələrimə) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”

“Yunus” surəsinin 12-ci ayəsində çirkin əməllərinin gözəl olduğunu düşünənlər də israfcıl adlandırılırlar. Həmin ayədə buyurulur:

كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ

“...İsraf edib həddi aşanlara etdikləri əməllər beləcə zinətləndirilmişdir.”



Həmçinin cinsi sahədə baş qaldırmış inhiraf və azğınlıqlar da Qurani-Kərimdə israf adlanır. “Əraf” surəsinin 81-ci ayəsində qadınlardan üz çevirib, öz həmcinslərinə rəğbət göstərən Lut peyğəmbərin qövmü israfcıl adlandırılır və buyurulur:

إِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاء بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ

“Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”



3. İCTİMAİ İSRAFÇILIQ

Cəmiyyətdə özbaşınalıq, zülm, haqsızlıq, hegemonluq, istismar və bu kimi yer üzündə baş verən fəsadlar, əslində, böyük israfçılıq və israfçılığın ən bariz nümunələridir. Qurani-Kərimin “Maidə” surəsinin 30-31-ci ayələrində yer üzünün ilk fəsad törədən insanı olan Qabilin öz qardaşı Habili qətlə yetirməsi haqda söz açıldıqdan sonra, həmin surənin 32-ci ayəsində İsrail övladlarını günahsız insanların qanını tökməkdən və yer üzündə fəsad törətməkdən çəkindirilir və onların bu kimi işləri, başqa sözlə, ictimai azğınlıqları israfçılıq adlandırılır. Həmin ayədə buyurulur:

مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ

“Buna görə də, İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail övladlarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.”

Ümumiyyətlə, Quran məntiqinə əsasən, yer üzündə fəsadın yaranmasına səbəb olan hər bir kəs israfcıl adlanır. “Şüəra” surəsinin 151-152-ci ayələrində yer üzündə fəsad törədən insanların israfcıl olduğu buyurulur və onlara itaət qadağan edilir:

وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ. الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

“(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!”



4. İQTİSADİ İSRAFÇILIQ

Bəzi ayələrdə də iqtisadi israfçılıqdan söz açılır. Belə ki, həmin ayələrdə maddi imkanlardan düzgün istifadə etməmək və yaxud istifadə zamanı normaları aşmaq israfçılıq hesab olunur. Misal olaraq, “Əraf” surəsinin 31-ci ayəsində belə buyurulur:

يَا بَنِي آدَمَ خُذُواْ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وكُلُواْ وَاشْرَبُواْ وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ

“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”

Qeyd olunan ayələrə diqqət yetirdikdə, israfçılığın ağır nəticələrinin şahidi oluruq. Nəticə etibarilə burada ən önəmli məsələ, israfcıl insanın Allah sevgisindən məhrum olmasıdır. İlahi sevgidən uzaq düşən insan isə böyük Yaradanın qəzəbinə tuş gəlməyə məhkumdur. Gəlin varlığın ən şirin neməti olan ilahi sevgidən özümüzü məhrum etməyək!



Şərhlər

 
 
| | |

eliyeva.s

9 dekabr 2015 14:11 Offline
Tesekkurler
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor