Yuxusuzluğun fəsadları - Erkən ölümə yol açır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-12-2015, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 295
Yuxusuzluğun fəsadları - Erkən ölümə yol açır
Yuxusuzluq və sərxoşluq. “Bu ikisi arasında nə əlaqə var” deməyə tələsməyin. Kanadalı həkimlər insanın yuxusunu almadan işə getməyini elə sərxoşluğa bərabər sayırlar. Onların sözlərinə görə, bu zaman diqqət yayınır, düzgün qərarlar qəbul etmək çətinləşir. İnsan stress keçirir, özünü lazımi qaydada idarə edə bilmir. Yuxusuz qalmaq eyni zamanda insan beyninin erkən qocalmasına da gətirib çıxarır. Yata bilməyən beyin gücləndirilmiş iş rejimi ilə işləyir ki, bu da onu vaxtından əvvəl yorur və beyində qısa müddətdə çox sayda neyron ölür. Üstəlik proses təkcə qocalma ilə yekunlaşmır. Bundan başqa yaddaş zəifləyir, insan qərar qəbuletmə bacarığını itirir, aqqressivləşir. Hətta ifrat yuxusuzluq, ölümlə də nəticələnə bilər. Müasir dünyada gecə əyləncələrinin üstünlük təşkil etdiyi və çox sayda insanın məhz buna üstünlük verdiyini də nəzərə alan alimlər yuxusuzluğu dünyanın bir nömrəli sosial problemi adlandırır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər