Xalqı güldürmək üçün görülən boş işlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-10-2015, 16:51 | Şərh sayı: (0) | Baxılıb: 475
Xalqı güldürmək üçün görülən boş işlər
Boş işlər dedikdə bu işi görən və bu işə tamaşa edən insanlar üçün dünya və axirət faydası olmayan, qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan unutmamalıdır ki, ömrün hər dəqiqəsi milyardlarca amil hesabına başa gəlir.
Şübhəsiz ki, qiymətli ömrünü boş yerə xərcləmək naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir.
Mühəddis Qumi "Mənazilül – axirət” kitabında yazır: "İbn Səməd adlı bir şəxs günün böyük hissəsini özünü hesaba çəkərdi.Bir gün ona məlum oldu ki, ömrünün altmış ili arxada qalıb. Altmış il 21900 gün edirdi. İbn Səməd fəryad çəkərək öz-özünə dedi: "Vay olsun mənə əgər gündə bir günah etmiş olsam, Allahın görüşünə 21900 günahla gedəsiyəm”. Bu sözlərdən sonra huşunu itirdi və dünyasını dəyişdi”.
Xalqın eyiblərini açmaq
İslam dinində müsəlmanların və möminlərin təmiz adını qorumaq vacibdir. Möminin abır-həyası onun qanı kimi möhtərəm sayılır. Əgər xalqın abır-həyasına zərbə dəyərsə cəmiyyətdəki etibar viran qalar.
Yalnız peyğəmbərlər, imamlar və övliyalar eyibsiz olmuşdur. Bütün qalan insanların gizli eyibləri vardır. Çox az insanlar üçün təmiz ad əhəmiyyətsizdir. Əksər insanlar eyibləri açıqlandığı zaman narahat olurlar. Başqalarının istənilən bir eybini açıb-ağardanlar böyük günaha yol verir və axirət əzabı qazanırlar. İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: "İnsan üçün küfrə ən yaxın əməl odur ki, bir şəxslə din əsasında qardaşlıq əqdi bağlayıb, onun səhvlərini öyrənsin və sonradan bu səhvləri açıb-ağartmaqla danlaq vursun.”
İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ey dildə İslamı qəbul edib, qəlbinə iman nüfuz etməyənlər! Müsəlmanları məzəmmət etməyin, onlarda eyib axtarmayın. Hər kəs müsəlmanlarda eyib axtarsa, Allah da onda eyib axtarar, Allahın eyib axtardığı kəs isə evində belə rüsvayçılıqdan gizlənə bilməz”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər