Möminin qəlbinə sevinc bəxş etmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-11-2015, 01:34 | Şərh sayı: (0) | Baxılıb: 444
Möminin qəlbinə sevinc bəxş etmək
Ey əziz qardaş, bacardıqca möminlərin qəlbinə sevinc bəxş etməyə çalış! Bunun savabının həddi hüdudu yoxdur. Möminin qəlbinə sevinc bəxş etmək sanki bir şəhər inşa etmək kimidir.
Rəsulullah (s)-dan nəql edilən rəvayətdə buyurulur:
"Allah dərgahında ən sevimli əməllərdən biri möminin qəlbinə sevinc bəxş etməkdir" ("Usulul-kafi" c.2, səh.151, hədis: 2)
Həmçinin, Rəsulullah (s) buyurub:
"Kim mömini sevindirərsə məni sevindirər, kim məni sevindirərsə Allahı sevindirər" ("Usulul-Kafi" c.2, səh.150, "Biharul-Ənvar" c.74, səh.287)
İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurulur:
"And olsun Allaha ki, Rəsulullah (s) bir möminin ehtiyacı olduğunu eşitdikdə onun hacətini yerinə yetirməyə çalışırdı" ("Biharul-Ənvar" c.74, səh.328)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər