RSS
 

Login:
Şifrə:
» » Bu gedişatın sonu nə olacaq?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bu gedişatın sonu nə olacaq?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-11-2015, 04:18 | Şərh sayı: (0) | Baxılıb: 330

Bu gedişatın sonu nə olacaq?


Bu gedişatın sonu nə olacaq?


Birdən elə şeylər eşidirsən ki, matın-qutun quruyur. Çox şeyin xarab olduğunu bilirsən, çox adamdan çox şey gözləyirsən, amma bu qədərini də yox. Canın sıxılır, bir yerə, bir göyə baxırsan və hər şeyin yerbəyer olmadığını hiss edirsən. Hiss edirsən ki, nəsə ətrafında ciddi bir dəyişiklik var, çox şey pozulub, çox şey xarab olub və bu düşüncə ilə sanki udmağa hava tapmırsan, boğulursan. Elə bil hər şeyin bərəkəti qaçır, ağzının dadı itir, çox şeydən əlini üzürsən, gördüklərinlə barışa bilmirsən.

İnternet xəbərlərindən birində Çindən yayımlanan bir görüntü məni dəhşətə gətirdi. Demək belə, hanısa zəngin turistləri yaxşıca əyləndirmək üçün zooparkın ortasındakı geniş ərazidə "şellənən" aslanların arasına canlı bir dana buraxır və vəhşilərin o yazıq heyvanı necə parçalayacağını əyani şəkildə nümayiş etdirirlər. Yük maşınının kuzasından yerə düşürülən heyvan o andaca aslanların diqqət obyektinə düşür və heç 15-20 addım qaçmamış onların pəncəsi altında yerə sərilir. Dəhşətli bir ölümlə üz-üzə qalan danadan elə bir böyürtü çıxır ki, sözlə ifadə etmək mümkün deyil. Əslində o böyürtünün ən doğru adı fəryad idi, eyni vəziyyətə insan düşsəydi, onun da çıxardığı səs bundan az fərqli olardı. İki aslanın boğub yarımcan hala gətirdiyi, orasını-burasını parçaladığı heyvanı indi də bir maşının arxasına qoşaraq aslanların arasından çıxarırlar. Aslanlar yenə də ondan aralanmır və əldən çıxmaqda olan ovdan "nə qoparsan qənimətdir" məntiqi ilə daha çox qoparmağa çalışırlar.

Bu mənzərəni görmək də, yazıya almaq da, danışmaq da insana ağır gəlir. Dilsiz-ağızsız bir heyvana o işgəncəni verə bilmək üçün insanın insanlıqdan nə qədər uzaq olması lazımdır, heç bunu düşünürsünüzmü? İnsan gərək Allah xofundan xəbərsiz olsun ki, bu cür vəhşiliyi işləyə bilsin. Aslanların nə təqsiri var ki? Bir dananı parçalamaq aslan üçün nə cinayət sayılar, nə günah. Yəni onun yaşaması, balalarını doyurması üçün bu dana bir neçə öynəlik yemdən başqa bir şey deyil. Daha doğrusu, aslanın dananı parçalaması vəhşilik deyil, vəhşilik bu mənzərəni təşkil etmək və o dəhşətli mənzərədən zövq ala bilməkdir. Söhbət bir dananın söhbəti deyil, söhbət məhv olmağa üz tutmuş insanlıq söhbətidir. Görün özünü insan adlandıran bu zavallılar nə hala gəliblər ki, aslan ağzında parçalanan bir dananın fəryadında zövq axtarırlar.

İnəyin, qoyunun yaradılış qayəsi insanın ərzaq ehtiyacını ödəməkdir. Bu heyvanları əyləncə obyektinə çevirmək, əyləncə bir tərəfə qalsın, bir canlının aslan ağzında parçalanmasından zövq almaq bəşəriyyətin çox böyük bir təhlükə ilə üz-üzə qaldığını xəbər verir. Biz nağıllarda oxumuşduq ki, padşah kimə hirslənsə, onu aslanların qabağına atdırır. Sivilizasiyanın yüksək mərhələsi sayılan XXI əsrdə bu vəhşiliyi gözümüzlə görürük.

Hər il İspaniyada nə qədər öküz on minlərlə tamaşaçının gözü qarşısında nizələnərək öldürülür. Motodor hər dəfə nizəni öküzün belinə sancanda yazıq heyvan səndələyir, tamaşaçılarsa əl çalırlar. Buyurun, bu da sizə sivil Avropa mədəniyyəti. Bir də ki, Əndəlüsdə vicdanı sızlamadan müsəlmanların kökünü kəsən bir toplumun öküz öldürməkdən zövq alması bizə niyə qəribə gəlməlidir axı?

Gələk özümüzə. Guya bizdə azdirmi belə hallar? 1990-cı il yanvarın əvvəllərində və bir də 1993-cü ilin yayında gördüyüm mənzərələrdən bu yazımın əvvəlində dediyim o vəziyyətə düşmüşdüm, yəni udmağa havam çatmırdı. Hər dəfə də elə ağır zərbələr aldıq ki, hələ də belimizi dikəldə bilmirik və Allah bilir dikəldə biləcəyikmi? Anladığım və inandığım bir gerçək var: neyləyirsən-elə, amma ədəbinə, əxlaqına uyğun elə. Əgər düşmənlə üz-üzəsənsə, ölümünü gözaltına alıb savaşacaqsan. Savaşacaq və öldürəcəksən; təbii ki, savaşda ölmək də var. Və əmin olduğum bir gerçək də var ki, düşmənlə savaşan mərd oğullar heç zaman düşmənin hər hansı şəraitdə ələ düşmüş qoca qarısını təpikləyərək öldürməz. Ömər Muxtarın təbirincə desək, başının tükü sayda düşmən öldürər, amma birini də təhqir etməz. Hərdən mənə elə gəlir ki, biz düşmənlə savaşa-savaşa düşmənə oxşamağa başlayırıq.

Nə deyim, vallah, hərdən gördüklərimdən heyrətə düşürəm, boğula-boğula qalıram, deməyə söz tapmıram. Cahillər dünyanı yaşanmaz hala gətirdilər; istər Asiyada, istər Avropada, istərsə də elə evimizin içində. Cavidin sözü yada düşür: "Təməddünün sonu vəhşətmidir, nədir əcəba?!" Yəni bu cür mədəniləşmənin sonu vəhşilikmidir?

Bəli, hər kəs əslinə dönəndə özü olur, daha xeyirli və daha rahat bir həyat içində yaşayır. Biz də o dönüşü istəyirik, amma çox qəribədir ki, hara dönmək, kim olmaq məsələsində heç də həmfikir deyilik. Ona görə də bu haqda fikirləşməli, tarixi kimliyimizi bərpa etmək haqqında düşünməliyik.
"Zaman Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor