Əlinin (ə) hakimiyyətinin sonlarında Müaviyənin şiələrə qarşı törətdiyi cinayətlər |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 6-01-2016, 06:41 | Şərh sayı: (0) | Baxılıb: 1138
Əlinin (ə) hakimiyyətinin sonlarında Müaviyənin şiələrə qarşı törətdiyi cinayətlər
Hicri 39-cu ildən başlayaraq Müaviyə Əli (ə) şiələrinə qarşı geniş miqyaslı hücumlara başladı. Dinsiz, sərt və qaba sərkərdələr seçib şiələri qətlə yetirməyə göndərərək (bu bir soyqırım idi) Əlinin (ə) hakimiyyət dairəsini kiçiltməyə çalışır və böyük hərc-mərclik yaradırdı. Müaviyənin bu növ addımlarını aşağıdakı şəkildə sıralamaq olar:
1. Nöman ibn Bəşiri min nəfərlik qoşunla Eyn ət-Təmr əhalisini qırmağa göndərməsi;
2. Süfyan ibn Övfü altı min nəfərdən ibarət qoşunla Hit əhalisini qırmağa, oradan da Ənbar və Mədainə göndərməsi;
3. Əlinin (ə) qatı düşmənlərindən olan Abdullah ibn Məsədə Fəzarini min yeddi yüz nəfərlik qoşunla Təymaya göndərməsi;
4. Zəhhak ibn Qeysi üç min nəfərlə birgə Vaqiəyə, Əlinin (ə) tabeçiliyində olan şiələri qarət etməyə göndərməsi (İbn Qeysin qoşununa qarşı Əli (ə) də Hücr ibn Ədinin sərkərdəliyi ilə dörd min nəfərdən ibarət qoşun göndərmişdi);
5. Əbd ər-Rəhman ibn Qəbas ibn Əşyəmi Cəzirə bölgəsinə göndərməsi (İmam (ə) onların hücumunu dəf etmək üçün Kümeyli göndərmişdi);
6.Hərs ibn Nəmir Tənuxi də Cəzirə bölgəsinə göndərmiş və Əlinin (ə) tabeçiliyində olan hər bir insanı öldürməyi tapşırmışdı. Bu hadisədə çoxlu sayda insan tələfatı oldu;
7. Hicri 40-cı ildə Büsr ibn Ərtahın rəhbərlik etdiyi qoşunu Məkkə, Mədinə və Yəmənə göndərdi. O, Mədinəyə çatdıqda Əli (ə) tərəfindən Mədinə valiliyinə təyin edilmiş Übeydullah ibn Abbas Mədinəni tərk edib Kufədə Əliyə (ə) qoşuldu. Lakin Büsr onun hər iki övladını şəhid etdi. Büsrün yolu üstündə olan və qarət etdiyi bölgələrdən biri də Həmdan qəbiləsinin yaşadığı bölgə idi. Orada Əli (ə) şiələri yaşayırdılar. Büsr qəfildən onlara hücum edib çoxlu sayda kişini qətlə yetirdi, qadın və övladlarını isə əsir tutdu. İlk dəfə idi ki, müsəlman qadın və uşaqları əsir düşürdülər.Məsudi, Büsr ibn Ərtah haqqında yazır: "O, Xüzaə və Həmdandan bir qrup insanı, Yəməndə məskunlaşan "əl-Ənba” adlanan İran əsilliləri amansızcasına qətlə yetirdi. O, Əliyə (ə) azacıq meylli olanları, ona məhəbbət bəsləyənləri çəkinmədən qətlə yetirirdi”.İbn Əbu əl-Hədid yazır: "Büsr bütünlüklə Əli (ə) şiəsi olan həsbanlılara tərəf hücum etdi. Burada ağır döyüş keçdi və sonda onları acınacaqlı şəkildə qətlə yetirdi. Oradan Sənaya doğru getdi. Sənada fars əsilli yüzlərlə ixtiyar kişiləri qılıncdan kecirtdi. Buna səbəb kimi isə Übeydullah ibn Abbasın iki övladının onlardan birinin evində gizləndiyini göstərdi. Büsr bütün hücumları boyunca otuz min nəfəri qətlə yetirdi, çoxlu sayda insana od vurub yandırdı”. O, yazır: "Müaviyə bütün məmurlarına məktub yazaraq tapşırdı: "Heç bir Əli (ə) şiəsinə, əhli-beyitinə şəhadət icazəsi verilməsin. Buna qarşılıq olaraq Osman tərəfdarlarına sığınacaq verin, onlara hörmətlə yanaşın”.Öz məmurlarına ünvanladığı digər məktublarda isə yazırdı: "Əli (ə) şiəsi olduğu, qəlbində Əli (ə) məhəbbəti olduğu bəlli olan hər bir kəsin adı dövlət divanından çıxarılsın ona heç bir yardım edilməsin”. Məktubun digər bir hissəsində deyilir: "Əli (ə) sevgisini qəlbində daşımaqda ittiham olunan hər bir şəxs dustaq edilsin, evi dağıdılsın”. Bütün bu müsibətlər daha çox iraqlıların, xüsusilə də kufəlilərin başına gətirilirdi. Bir gün Müaviyə İmam Hüseynə (ə) dedi: "Ey Əba Abdullah! Bilirsənmi ki, biz atan Əlinin (ə) şiələrini qətlə yetirib, kəfənləyib, namazlarını qılıb dəfn etdik”?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər