RSS
 

Login:
Şifrə:
» » Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:37 | Şərh sayı: (0) | Baxılıb: 298

Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti


Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti Tiflisdə bağlı qapılar arxasında gərgin müzakirələr; SOCAR prezidenti qəfil Tiflisə getdi; ən ağır günlərində bu ölkəyə yardım əlini uzadan Azərbaycana münasibət niyə dəyişib?; Vahid Əhmədov: “Ola bilər ki, Tiflis Rusiyanın oyununda iştirak edir”
“Gürcüstanın ən ağır günlərində Azərbaycan həmişə onun yanında olub. Mənim yadıma gəlir, 1993-cü ildə baş nazirin 1-ci müavini işləyəndə rəhmətlik Heydər Əliyevin tapşırığı ilə gedib Şevardnadze ilə görüşdüm. Azərbaycan həmişə onlara kömək olub, pis günlərində yanında olub. Amma onlar indi fərqli mövqedən çıxış edirlər”.

Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi. İqtisadçı-alim Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə qazın idxalına dair apardığı gizli danışıqları şərh edərkən dedi ki, əslində gürcülər üçün real variant Azərbaycan qazından istifadə etməkdir: “Gürcüstan tərəf deyir ki, guya Azərbaycan qaz vermir. Elə bir şey yoxdur. Azərbaycanın kifayət qədər ehtiyatı var və Gürcüstana istənilən qədər qaz verə bilər. İndi bunlar bizim arxamızdan gedib Rusiya ilə danışıqlar aparmağa başlayıb, ruslar da deyir biz sizə ucuz qaz verəcəyik, məncə, bunlar hamısı ucuz siyasi manevrlərdir.

Ola bilər, Azərbaycan qazının qiymətini müəyyən qədər aşağı salmaq istəyirlər ki, sərfəli şərtlərə nazil olsunlar. Yəni bu, bir siyasi oyundur”. V.Əhmədov hesab edir ki, Bakı ilə Tiflis arasında ciddi problemin yaranacağını gözləmir. Deputat Azərbaycan qazının satış probleminin olmadığını da vurğuladı: “Azərbaycan qazının Avropaya çıxarılması üçün böyük işlər gedir. Hazırda boru kəməri çəkilir, böyük işlər gedir və bütün dünyanın diqqəti bundadır. Ola bilər ki, Gürcüstan da Rusiyanın hansısa oyununda iştirak edir. Görək cənab Rövnəq Abdullayevin Tiflisdə apardığı danışıqların nəticəsi nə olacaq”.

Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Sürixdə Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Yelena Burmistrova ilə gizli danışıqlar apardığı bəlli olub. Məxfi danışıqların üzə çıxması isə Gürcüstanda müxalifətin və ekspert çevrələrinin ciddi etirazlarına səbəb olub. Sözügedən danışıqlar Gürcüstanın Rusiyadan qaz almasına və bazarda Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın payının azaldılmasına yönəlmişdi.




Virtualaz.org-un xəbərinə görə, Gürcüstanın energetika naziri bundan əvvəl də “Qazprom”la bir neçə dəfə danışıqlar keçirib. Hər dəfə bu, Gürcüstanda etirazlarla qarşılanıb. Müxalifət hökuməti ölkəni Rusiyadan asılı vəziyyətə salmaq cəhdində və Azərbaycanla münasibətləri korlamaqda ittiham edir. Xəbərlərə görə, müxalif Vahid Milli Hərəkat Partiyasının fəalları “Qazprom”la danışıqlara etiraz olaraq hökumətin “boz kardinalı” hesab edilən milyarder Bdzina İvanişvilinin iqamətgahı qarşısında aksiya keçiriblər. Kaxa Kaladze isə etirazları sakitləşdirmək üçün aparıcı ekspertlərdən ibarət qrupla görüş keçirib. Nazir ekspertlərlə görüşündə deyib ki, Gürcüstan “Qazprom”dan qaz almağa məcburdur. Çünki ölkənin əsas qaz təchizatçısı olan Azərbaycandan alınan qaz tələbatı ödəməyə bəs etmir. Ekspertlərə görə, Kaladze Rusiya tərəfi ilə danışıqların məxfi keçirilməsini “Qazprom”un istəyi ilə əsaslandırıb.



Gürcüstanın ən ağır günlərində bu ölkəyə yardım əlini uzadan Azərbaycana qonşu ölkədən açıq sayğısızlıq nümayiş olunmaqdadır. Düzdür, hər bir ölkənin iqtisadi və siyasi maraqları var. Lakin Azərbaycan gürcülərə qazı hətta Azərbaycandakı qiymətlərdən də ucuz satdığı halda, qonşu ölkənin gah Rusiya, gah da İrandan qaz almaq üçün danışıqlara getməsi haqlı etiraz doğurur. Hətta Gürcüstanın sabiq prezidenti M.Saakaşvili Gürcüstan hökumətinin Azərbaycana qarşı bu davranışına etirazını bildirdi. Üstəlik, ölkə hökumətinin Rusiyaya meyllənməsi Gürcüstanın müstəqilliyinə təhdid sayılır.



Bu arada SOCAR rəhbəri Rövnəq Abdullayev Gürcüstana səfərə gedib. Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin hökumət rəsmiləri və SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında aparılan danışıqlarda konkret nə əldə edildiyi bilinmir. “APA-Economics”in xəbərinə görə, Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, SOCAR bu il Gürcüstanın təbii qaza olan tələbatını ödəyə bilməyəcək. “Azərbaycandan nəql olunan qazın həcminin artırılması üçün müvafiq investisiya qoyuluşu ilə texniki dəstəyin verilməsi vacibdir. Söhbət Gürcüstana nəql olunan qazın həcminin artırılmasından və bu layihədə SOCAR-ın iştirakından gedir. Tərəflər buna hazırdır”, - deyə K. Kaladze bildirib. O qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bağlı qapılar arxasında keçirilən görüşdə Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib. Xatırladaq ki, ötən gün K. Kaladze bildirib ki, Rusiya tərəfi Gürcüstana nəql olunan qaza görə Azərbaycandan daha ucuz qiymət təklif edir. Lakin baş nazirin müavini qiyməti açıqlamayıb. Bununla yanaşı, o qeyd edib ki, Rusiya tərəfinin təklif etdiyi qiymət SOCAR-a təqdim olunub.



Gürcüstan hazırda İran və Rusiyadan qaz idxal etmək istəyir. Hökumətin ötən il İran və Rusiya ilə ilk gizli qaz danışıqları üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı. Hazırda isə Gürcüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Əgər Rusiya və ya İran Gürcüstanın qaz bazarına daxil olarsa, SOCAR-ın payı azala bilər. Bu isə Azərbaycanın iqtisadi hədəflərinə uyğun gəlmir. Gürcü xalqı və müxalif siyasi partiyalar da Rusiyadan qaz ixracına etiraz edirlər. Onlar qaz ixracından Rusiyanın nə vaxtsa öz siyasi məqsədləri üçün istifadə edə biləcəyini düşünürlər.



Gürcüstanın təbii qaza olan tələbatı orta templə artır və qabaqcadan onu proqnozlaşdırmaq mümkün olur. Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov söyləyib. Onun sözlərinə görə, Gürcüstan lazım olan qazı zamanında alır: “Artım illik 8-9% nəzərdə tutulur. Əgər hansısa radikal dəyişikliklər olsa, biz bunun haqqında qabaqcadan xəbərdarlıq edirik. Gürcüstan qazı nəzərdə tutulan plan üzrə alır. Bizim Gürcüstana qaz ötürən iki qaz kəmərimiz var və onlar tam yüklənmiş halda işləyirlər. Qışda təbii qaza tələb daha çox olur, amma bizim resurslarımız kifayət qədərdir və ona görə də müntəzəm olaraq təchizatı artırırıq”. Mahir Məmmədovun da Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşü planlaşdırılıb.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor