Azərbaycan Gürcüstana qaz tədarükünü artıracaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 23:15 | Şərh sayı: (0) | Baxılıb: 337
Azərbaycan Gürcüstana qaz tədarükünü artıracaq
SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq.
Trend-in məlumatına görə, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.
O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz qış mövsümündə qaz verilişini müzakirə etdik. Belə ki, qış mövsümündə qaz istehlakı xeyli artır. Biz qaz tədarükünü maksimum - sutkada 7 milyon kubmetrədək artıracağıq".
M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstana tədarük edilən qazın həcminin artırılması üçün yollar axtarır: "Xüsusilə də "Şahdəniz-1" mərhələsi çərçivəsində qış mövsümündə qazın verilişini artıracağıq".
Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, ölkənin qaz istehlakı sutkada 11 milyon kubmetri ötüb.
Hazırda SOCAR Gürcüstana 6 milyon kubmetr qaz tədarük edir ki, mövcud boru kəmərləri ilə bundan artıq almaq mümkün deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər