RSS
 

Login:
Şifrə:
» » Bakının zonaları təsdiqləndi - Qərar

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bakının zonaları təsdiqləndi - Qərar

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:57 | Şərh sayı: (0) | Baxılıb: 367

Bakının zonaları təsdiqləndi - Qərar


Bakının zonaları təsdiqləndi - Qərar


Bu il yanvarın 1-dən Azərbaycanda qüvvəyə minən mənzil və qeyri-yaşayış sahələrinin satışı zamanı yeni qaydada ödəmə mənbəyində sadələşdirilmiş verginin tətbiq ilə əlaqədar Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri təsdiq edilib.

Məlumata görə, bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi haqqında qərar verib.

Qərara əsasən Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 1-ci zonanın sərhədləri Əl Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək ərazini əhatə edir.

2-ci zonanın sərhədləri Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə kəsişməsindən başlayaraq, şimal istiqamətində Hüsü Hacıyev küçəsi üzrə Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə şimal istiqamətində Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə şərq istiqamətində Xətai prospekti ilə kəsişənədək, bu kəsişmə yerindən metronun “28 May” stansiyası və Dəmir Yolu Vağzalı daxil olmaqla, Puşkin küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində küçənin Hüsü Hacıyev küçəsi ilə kəsişdiyi yerədəkdir.

3-cü zonanın sərhədləri Şəhidlər Xiyabanından başlayaraq, şimal istiqamətində Mehdi Hüseyn küçəsi üzrə Nəriman Nərimanov prospektinədək, Nəriman Nərimanov prospekti üzrə İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə cənub istiqamətində Süleyman Vəzirov küçəsi ilə kəsişənədək, Süleyman Vəzirov küçəsi üzrə şərq istiqamətində Xaqani Rüstəmov küçəsi ilə kəsişənədək, Xaqani Rüstəmov küçəsi üzrə cənub istiqamətində Dənizkənarı küçəni kəsərək keçən düz xəttin dənizin sahil xətti ilə kəsişməsinədək, dənizin sahil xətti üzrə qərb istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə şimal istiqamətində Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində Puşkin küçəsi ilə kəsişənədək, Puşkin küçəsi üzrə şimal istiqamətində Dəmir Yolu Vağzalının şərq tərəfindən keçərək Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə qərb istiqamətində Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə cənub istiqamətində Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə qərb istiqamətində Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə cənub istiqamətində İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə qərb istiqamətində Niyazi küçəsi ilə kəsişənədək, Niyazi küçəsi üzrə cənub istiqamətində Mikayıl Hüseynov prospekti ilə kəsişənədək, Mikayıl Hüseynov prospekti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək, Əl Oyunları stadionundan Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək ərazini əhatə edir.

4-cü zonanın sərhədlərinə Şəhidlər Xiyabanından başlayaraq, Azərbaycan Respublikasının Milli Məclisi və hərbi hissənin stadionu daxil olmaqla, şimal istiqamətində Yasamal rayonunun inzibati sərhədi üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov prospektləri kəsişənədək, Nəriman Nərimanov prospekti üzrə cənub istiqamətində Mehdi Hüseyn küçəsi ilə kəsişənədək, Mehdi Hüseyn küçəsi üzrə cənub istiqamətində Şəhidlər Xiyabanınadək ərazi daxildir.

5-ci zonanın sərhədləri Metronun “20 Yanvar” stansiyasından başlayaraq, cənub istiqamətində Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə cənub istiqamətində İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə cənub istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə qərb istiqamətində Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək, Həsən bəy Zərdabi və Mətbuat prospektləri üzrə cənub istiqamətində Abbas mirzə Şərifzadə küçəsi ilə kəsişənədək, Abbas mirzə Şərifzadə küçəsi üzrə şimal istiqamətində Müzəffər Həsənov küçəsi ilə kəsişənədək, Müzəffər Həsənov küçəsi üzrə qərb istiqamətində Ülvi Bünyadzadə küçəsi ilə kəsişənədək, Ülvi Bünyadzadə küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva prospekti üzrə cənub istiqamətində metronun “20 Yanvar” stansiyasınadəkdir.

6-cı zonanın sərhədləri İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən başlayaraq, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə qərb istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə şimal istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şimal istiqamətində 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə qərb istiqamətində Moskva prospekti ilə kəsişənədək, 2-ci köndələn küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, şərq istiqamətində Nizami rayonunun inzibati sərhədi boyunca metronun “Koroğlu” stansiyasınadək, metronun “Koroğlu” stansiyasından başlayaraq, cənub istiqamətində Qara Qarayev prospekti üzrə Bəhruz Nuriyev küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə cənub istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmiryol xətti ilə kəsişənədək, dəmiryol xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə bu küçənin Heydər Əliyev prospekti ilə kəsişdiyi yerədək, Əl Oyunları stadionundan başlayaraq, şimal-şərq istiqamətində 3-cü zonanın sərhədi üzrə Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək, Şəhidlər Xiyabanından şimal istiqamətində 4-cü zonanın Azərbaycan Respublikası Milli Məclisinin və hərbi hissənin stadionunun yanından keçən sərhədi ilə Səbail rayonunun inzibati sərhədinin Mətbuat prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişənədək, bu kəsişmə yerindən qərb istiqamətində Səbail rayonunun inzibati sərhədi üzrə cənub-qərb istiqamətində davam edir və bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir. 6-cı zonaya Heydər Əliyev Beynəlxalq Aeroportunun və aeroport yarmarkasının yerləşdiyi ərazi də daxildir.

Bakıda 7-ci zona Metronun “20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmiryol xətti ilə kəsişənədək, dəmiryol xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.

8-ci zona dənizin sahil xəttindən başlayan və şimal istiqamətində Xaqani Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə kəsişməsinədək, Süleyman Vəzirov küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə şimal istiqamətində Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi üzrə qərb istiqamətində Qara Qarayev prospekti ilə kəsişənədək, Qara Qarayev prospekti üzrə şimal istiqamətində Böyük Şor küçəsi ilə kəsişənədək, Böyük Şor küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şimal istiqamətində Böyük Şor gölünün sahilinədək, Böyük Şor gölünün sahili üzrə şərq istiqamətində Böyük Şor şosesi ilə kəsişənədək, Böyük Şor şosesi üzrə şimal istiqamətində Sabunçu dairəsinədək, Sabunçu dairəsindən şəhər şosesi üzrə şimal istiqamətində Sabunçu qəsəbəsinin şimal sərhədi boyunca şərqə doğru Suraxanı rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Suraxanı rayonunun sərhədi üzrə cənub istiqamətində sərhədin Məmmədhəsən Hacınski küçəsi ilə kəsişməsinədək, Məmmədhəsən Hacınski küçəsinin Nizami İsmayılov küçəsi ilə kəsişənədək, Nizami İsmayılov küçəsi üzrə qərb istiqamətində Əhməd Möhbalıyev prospekti ilə kəsişənədək, Əhməd Möhbalıyev prospekti üzrə cənub istiqamətində Xətai rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Xətai rayonunun sərhədi üzrə cənub istiqamətində davam edərək, bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir.

9-cu zonaya Babək prospektinin 3-cü dairəvi küçə ilə kəsişdiyi yerdən başlayaraq, dəmiryol xətti üzrə cənub istiqamətində Aşıq Ələsgər küçəsinədək, Aşıq Ələsgər küçəsi üzrə şərq istiqamətində Məhəmməd Hadi küçəsi ilə kəsişənədək, Məhəmməd Hadi küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində prospektin 3-cü dairəvi küçə ilə kəsişməsinədək, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri və bu rayonun digər zonalarla əhatə olunmayan əraziləri daxildir.

Bakıda 10-cu zonaya Yasamal rayonunun digər zonalarla əhatə olunmayan hissəsi, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri, Binəqədi rayonunun Binəqədi qəsəbəsinin cənub sərhədi üzrə şərqdən qərbə doğru keçən xəttin şimalında yerləşən və digər zonalarda göstərilməyən ərazisi, Pirallahı rayonunun ərazisi aiddir.

11-ci zona Zığ, Sahil, Ramana, Zabrat qəsəbələrini, 12-ci zona Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan əraziləri əhatə edir.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, fiziki şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Bu zaman bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunacaq. Bakıda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal 1-ci zona üzrə 4, ikinci zona üzrə 3, 3-cü və 4-cü zona üzrə 2,2, 5-ci və 6-cı zona üçün 1,8, 7-ci,8-ci və 9-cu zona üçün 1,5, 10-cu,11-ci və12-ci zona üçün 1,2-dir.Məsələn, Bakıda 1-ci zonada hər hansı fərdi şəxs mülkiyyətində olan 60 kv.m mənzili satarkən 3600 manat (60 kvm*15AZN*4=3600 manat), 12-ci zonada hər hansı fərdi şəxs 60 kv.m mənzilini satarkən 1080 manat (60 kvm*15AZN*1,2=1080 manat) vergi ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şirkətlər tikilən binanın qeyri-yaşayış sahələrini, habelə mülkiyyətlərində olan binaların qeyri-yaşayış sahələrinin satan fiziki şəxslər isə sadələşdirilmiş vergi verərkən vergi hesablanmış məbləğə əlavə olaraq1,5 əmsal tətbiq edilməklə hesablanacaq.

Xatırladaq ki, yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən mülkiyyətində olan mənzil sahəsi ilə bağlı bu vergiyə cəlb olunmayacaq şəxslər də müəyyənləşdirilib. Mənzil və ya qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən fiziki şəxslərə ödənilən kompensasiya, aktivlər ər və arvad arasında verildikdə , aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə, nəhayət, fiziki şəxslər azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini satan zaman vergiyə cəlb olunmur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor