RSS
 

Login:
Şifrə:
» » “Neft bahalaşsa, hər şeyin düzələcəyini deyənlər səhv edirlər” - EKSPERT

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Neft bahalaşsa, hər şeyin düzələcəyini deyənlər səhv edirlər” - EKSPERT

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 18:55 | Şərh sayı: (0) | Baxılıb: 244

“Neft bahalaşsa, hər şeyin düzələcəyini deyənlər səhv edirlər” - EKSPERT


“Neft bahalaşsa, hər şeyin düzələcəyini deyənlər səhv edirlər” - EKSPERT


İlham Şaban: “Neft 2016-2017-ci illərdə kəskin bahalaşmayacaq, maksimum qiymət artımı 10-20 dollar olacaq”

“Hazırda gündəmin ən əsas mövzusu manatın devalvasiyası və onun ölkə iqtisadiyyatına, eləcə də əhalinin sosial durumuna vurduğu ziyandır. Həm ekspertlər, həm də sadə vətəndaşlar bu durumun nə zaman, hansı şərtlərlə düzələcəyi haqqında müzakirələr aparır. Bəzi ictimaiyyət nümayəndələri manatın devalvasiyasına neftin dünya bazarındakı qiymətinin kəskin düşməsinin səbəb olduğunu əsas gətirərək, qeyd edir ki, neft bahalaşsa, mövcud problemlər həllini tapacaq”.

Bu fikirləri musavat.com-a müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov səsləndirib. O, bildirib ki, neftin qiyməti qalxarsa, hər şey də düzələr.

Eldar İbrahimovun əksinə olaraq, ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza proqnoz verib ki, yaxın iki il ərzində neftin qiymətlərində artım olmayacaq: “Yaxın gələcəkdə İran dünya bazarına Azərbaycandan iki dəfə artıq neft çıxaracaq. İran nefti dünya bazarına çıxan kimi qiymətlərin artımının qarşısı yenə alınacaq. Bu gün dünya bazarına bir gün ərzində ehtiyacdan 1 milyon barel artıq neft çıxarılır. Belə şəraitdə neftin yaxın iki il ərzində qalxması ehtimalı yoxdur".

Bəs, görəsən hazırda baş verən iqtisadi prosesləri nəzərə alsaq, bu iki fikirdən hansının doğrulma ehtimalı daha çoxdur? Neftin bahalaşma ehtimalı nə qədərdir? Neft bahalaşarsa, ölkə iqtisadiyyatındakı bütün problemlər həllini tapa bilərmi?

Musavat.com-un sualını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deputat Eldar İbrahimovun fikirlərini gülünc adlandırdı: “Millət vəkili “çox gözəl” deyib ki, neft bahalaşan kimi hər şey yoluna düşəcək. Onda bu 15 ildə, bu neftə heykəl qoymaq lazım idi. Çünki, 2006-cı ildə ümumdaxili məhsul 34 faiz artanda heç kim nefti yada salmırdı, hamı bunu Azərbaycan hökumətinin uğuru kimi qələmə verirdi. Son 15 ildə Azərbaycanın neftdən qazandığı uğurlar hökumətin uğuru kimi təqdim edildi. 2015-ci ildə Azərbaycan iqtisadiyyatında birdən-birə çökmə baş verdi, indi bunun günahını neftin üstünə yıxırlar. Ancaq bu böhranda “qara qızıl”ın günahı nə idi?

Neft dünya bazarına çıxdığı gündən hər zaman qiyməti ya qalxıb, ya da enib. Azərbaycan hökumətində niyə hələ də bunu anlayan olmayıb? Neftin qiyməti əgər 4 il ardıcıl olaraq 100 dollar civarında olubsa, bu, o demək deyil ki, hər zaman o səviyyədə qalacaq. Hökumət çox böyük səhv edib ki, neftin dünya bazarındakı qiymətinin hər zaman 100 dollar civarında qalacağını düşünüb. Hələ də elə bilirlər ki, neft yenidən bahalaşsa, bütün dərdlərə çarə olacaq. Lakin bu, belə deyil. 5 ildən sonra neftin qiyməti qalxıb, 60-70 dollar olacaqsa da, bu pul əvvəlki dəyərində olmayacaq. Burada inflyasiyanı da nəzərə almaq lazımdır”.

İ.Şabanın sözlərinə görə, İMF-də və Dünya Bankında dəqiq hesablanıb ki, bir neçə ildən sonra neft bahalaşsa, həmin pul inflyasiya göstəricisi ilə nə qədər aşağı düşəcək: “Əgər 2025–ci ildə neft 100 dollar olacaqsa, o 2010-cu ilin qiymətləri ilə 89 dollar dəyərində olacaq. Yəni, 2025-ci ilin 100 dolları, 2010-cu ildə alıcılıq qabiliyyətinə görə, 89 dollara bərabər olacaq. Başqa bir məsələ də odur ki, 2025-ci ildə Azərbaycanın neft hasilatı da azalacaq. Gərək hörmətli deputatlar oxusunlar və bu məsələlərdən məlumatlı olsunlar ki, nefti çıxarmaq bir düyməni basmaqla baş tutan iş deyil. Hər il Azərbaycanda neft hasilatı azalır. Neft azaldıqda isə maya dəyəri artır. Çünki, ona qoyulan kapital və istismar xərcləri artır. Belə məsələləri bilmədən ancaq millət vəkili olub, hökumətə yarınmaqla heç nəyə nail olmaq mümkün deyil.

Beyin mərkəziləri isə deyir ki, Azərbaycan bundan sonra 50 milyon ton neft də hasil etsə, 2010-cu ildəki rifahı görə bilməz. Çünki, manat və ölkə iqtisadiyyatı artıq 2010-cu il səviyyəsində deyil. Artıq böhran geri dönmək qabiliyyətində deyil. Ona görə ki, hər şey idxala bağlıdır”.

İlham Şaban qeyd etdi ki, dünya bazarında neftin bahalaşması perspektivi olmadığından bütün iri neft şirkətləri ixtisara başlayıb. Belə bir məqamda Azərbaycan hökumətinin neftin bahalaşmasına ümid etməsi absurddur: “Metyu Brayza da bu haqda proqnoz verib ki, 2 il ərzində neftin ucuzlaşması gözlənilmir. Ancaq bu şəxs neft sahəsi ilə bağlı adam deyil. Mən BP Global şirkətinin rəhbərliyinin açıqlamasını qeyd etmək istərdim. 2 gün öncə BP şirkəti elan etdi ki, 2010-cu ilin sonuna qədər 6 milyarddan artıq investisiya xərclərini azaldır. Ona görə ki, 2018-ci ilə qədər neftin qiymətinin artması müşahidə edilməyəcək. Bununla bağlı şirkət xərcləri maksimum azaltmağı düşünür. Bütün beynəlxalq şirkətlər bu istiqamətdə addımlar atıblar.

Əgər 2016-cı ildə neftin bahalaşması gözlənilirdisə, o zaman niyə BP, o cümlədən, digər neft şirkətləri bunu bilə-bilə öz yüksək ixtisaslı işçilərini ixtisar edirdilər? Bu, gözlə görünən bir məsələdir ki, neft 2016-2017-ci illərdə kəskin bahalaşmayacaq, maksimum qiymət artımı 10-20 dollar olacaq. Bu, bizim yaramızı sağaldacaqmı? Biz neftimizi dünya bazarına 2014-ci ildə 101 dollara, 2013-cü ildə 109 dollara, 2012-ci ildə 113 dollara çıxartmışıq. O zaman hasilatın həcmi də indikindən çox idi. Bir ildə nefin həcmi təqribən 300-500 min ton arasında azalırsa, neftin bahalaşacağına, hər şeyin düzələcəyinə necə ümid etmək olar? Mənə çox qəribə gəlir ki, bu reallığı hökumətdə qəbul etmək istəmirlər”.

Ekspert bildirdi ki, Azərbaycan iqtisadiyyatının zəif nöqtəsi onun idxaldan asılı olması ilə bağlıdır və bu asılılıq minimuma enmədikcə, problem həll olunmayacaq: “Digər bir məsələ də odur ki, Azərbaycan iqtisadiyyatında neftin rolu ilə qeyri-neft sektorunun rolunu bərabərləşdirməyə çalışırlar. Əgər bu, bərabərdirsə, onda qeyri-neft sektoru hesabına niyə büdcəni doldurmurlar? Axı, qeyri-neft sektorunun gətirdiyi gəlir, neft gəlirlərinin yanında bir zərrədir. İstehsal olmayan ölkədə vəziyyət belə olmalıdır. Son 11 ayda Azərbaycanda idxal yenə 1 faiz artıb. Böhrana düşən bütün ölkələr idxalı azaldır. Bəs, Azərbaycan niyə idxalı azaltmır? Çünki, burada maraqlı olan qüvvələr var. Neftin qiyməti 2014-cü ilin iyulundan düşməyə başladı. Azərbaycan hökuməti o vaxtdan idxalı azaltmaq, istehsalı artırmaqla bağlı niyə proqram qəbul etməyib? Ölkə idxaldan asılıdır. Nə qədər ki, Azərbaycan daxili istehsala başlamayıb, iqtisadiyyatda heç bir irəliləyiş olmayacaq”.

Nərgiz LİFTİYEVA,
Musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor