RSS
 

Login:
Şifrə:
» » 10 böhran sonun əvvəli ola bilər

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

10 böhran sonun əvvəli ola bilər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 20:56 | Şərh sayı: (0) | Baxılıb: 854

10 böhran sonun əvvəli ola bilər


10 böhran sonun əvvəli ola bilər


Avropa İttifaqını bir-birindən asılı bir sıra böhranlar bürüyüb. Onlardan bəziləri institusionaldır. Digərləri obyektiv səbəblərə dayanır və göstərir ki, rəsmi Brüssel yeni təhlükələrlə bacarmır. Bəziləri isə idarəolunandır, haradakı ABŞ (Aİ-nın əsas hərbi, siyasi və iqtisadi tərəfdaşı) öz məqsədləri naminə böyük rol oynayır.

Avro inteqrasiya siyasətinin ümumi böhranı

Məşhur rusiyalı politoloq Leonid Sakin "Geopolitika" nəşrindəki açıqlamasında vurğulayıb ki, ümumi ərazinin yaranması ilə bağlı formalaşan ruh yüksəkliyi və pafos açıq şəkildə tükənib. Xüsusən də, Aİ-nın əsas benefisiarları məlum olandan sonra (Almaniya və Fransa). Aİ-də müəyyən siyasi qərarlar demokratik dəyərlərə ziddir və bürokratiyanın genişlənməsinə şərait yaradır. Milli hökumətlərin suverenliyinin məhdudlaşdırılması onların beynəlxalq arenadakı mövqeyini də zəiflədir. Əvvəllər Almaniya, Fransa və İtaliya kimi ölkələr güc mərkəzi olmağa əsas namizəd kimi göstərilirdilərsə, indi onların imkanları nəzərəçarpacaq dərəcədə zəifləyib. Ölkələrin zəifləməsi təkcə beynəlxalq arenadakı fikir ayrılığı ilə deyl, eyni zamanda daxili siyasətdəki qeyri-stabilliklə də müşahidə olunur. Misal üçün, Almaniya bir vaxtlar Fransanın dəstəklədiyi "Aralıq dənizi birliyi" layihəsinə qarşı çıxmışdı (4npress). Bu da tərəflər arasındakı münasibətləri soyutmuşdu. Analoji addımlar Aİ-ni zəif qüvvəyə çevirməkdədir. Əgər əvvəllər Avropa dünyada əsas güc və söz sahibi idisə, hazırda onların birləşmiş qüvvələri belə kifayət qədər ciddiyə alınmır.

İqtisadi böhran

Yunanıstanın Avrozonadan çıxma ehtimalı, eləcə də digər üzvlərin defolt təhlükəsi Aİ-də iqtisadi problemlərin göstəricisidir. Lakin Corc Sorosun qismində bir sıra yeni liberal baxışlar və məsləhətlər qabarmağa başlayıb. Aİ isə tam liberalizasiyadan ehtiyatlandığı kimi, balanslaşdırılmış bank sektoru idarə formasından da ehtiyatlanır. Bundan başqa, Aİ - Transatlantika ticarət əməkdaşlığına cəlb olunması təhlükəsi ilə də üz-üzə qalıb. Bunun lobbiçiliyi ilə isə rəsmi Vaşinqton məşğuldur.

Avropa ictimaiyyəti ABŞ-ın bu təşəbbüsünə qarşıdır. Buna baxmayaraq qeyd olunur ki, beynəlxalq normalara və qanunlara əsasən, Aİ-nin məmurları ancaq danışıqlar aparmaq mandatına sahibdirlər. Lakin danışıqlar qapalı qapılar arxasında və rəsmi Vaşinqtonun təzyiqi çərçivəsində gedir. Bu azmış kimi, ABŞ-ın bir neçə dəfə Avropa qaydalarına zidd davranması ilə bağlı dəlillər var. ABŞ bu fəaliyyətini lobbiçiliklə məşğul olan şirkətlər tərəfindən həyata keçirir. Bu şirkətlərin strukturu isə ABŞ-ın keçmiş dövlət məmurlarından formalaşdırılır.

Bəs Avropa İttifaqı "Transatlantik" şirkətinin təzyiqlərinə dözə biləcəkmi? Bu Aİ-yə üzv olan dövlətlərin başçılarından çox asılıdır.

Aİ-dəki makroiqtisadi göstəriciləri təhlil edərkən almaniyalı mütəxəssis Erik Zyusse İttifaqın "Transatlantik" şirkətinə qoşulması ilə bağlı belə bir yekuna gəlib.

İlk 10 ildə razılaşmaya əsasən, Avropanın ixracatı itkilərlə müşahidə olunacaq. Daha çox Şimali Avropa ziyan çəkəcək - 2.07 %, Fransa - 1.9%, Almaniya - 1.14 %, eləcə də Böyük Britaniya - 0.95 %.

Razılıq ÜDM (Ümumi Daxili Məhsul) kəskin düşməsi ilə nəticələnəcək. Bu dəfə də daha çox Şimali Avropa zərər çəkəcək. Ümumi olaraq 0.5 %. Fransa - 0.48%, Almaniya - 0.29%.

Əmək gəlirlərində də düşüş olacaq. Ən çox ziyan Fransaya dəyəcək. Bir nəfər işəqabiliyyətli adam üçün illik 5.500 avro. Şimali Avropa - 4.800 avro. Böyük Britaniya - 4.200 avro, Almaniya - 3.400 avro.

Razılaşma iş yerlərinin məhdudlaşdırılması ilə nəticələnəcək. Aİ-də təxminən 600 min iş yeri bağlanacaq. Şimali Avropada - 223 min, Almaniyada - 134 min, Fransada - 130 min, Cənubi Avropada - 90 min.

Anlaşma dövlət gəlirlərinə də böyük zərbə vuracaq. Bu daha çox vergilərdə özünü əks etdirəcək. Bundan daha çox Fransa ziyan çəkəcək. Avropa ölkələrinin böyük əksəriyyətində 3%-lik defisit müşahidə olunacaq.

Razılaşma maddi sıxıntılar və qeyri-stabilliklə müşahidə olunacaq. Eksport gəlirlərini, əhalinin qazancını və dövlət gəlirlərini azaldacaq. Bir sözlə, Obama tərəfindən yaradılan "Transatlantik ticarət əməkdaşlığı" Avropa üçün faciə ilə nəticələnəcək.

Avropada mədəniyyət böhranı

Aİ-nın ümumi ərazisinin formalaşdırılması ona gətirib çıxarıb ki, bu ideyanı dəstəkləyən bir sıra proqramlar yaradılıb. Məqsəd ittifaqa daxil olan ölkələrin birliyini təmin etməkdir. Lakin qədim tarixi ənənələrə və keçmiş Avropa mədəniyyətinə yönəlmək əvəzinə rəsmi Brüssel müasir model olan multikulturalizmi təbliğ edir. Bu modelin uğursuluğu haqda Fransa və Almaniya rəsmi şəkildə bəyanat da yayıb. Multikulturalizmi tənqidi isə İslamın Avropada yayılması və demoqrafik disbalansla müşahidə olunur. Bunun nəticəsində təhsil sistemində də müəyyən problemlər yaranıb ki, bu da intellektual deqradasiya ilə nəticələnir. Nəticədə bu Avropanın antropoloji şəklini dəyişəcək. Bunun əyani sübut, eynicinsli nikahların yayılmasıdır.

Gender şəxsiyyəti böhranı

ABŞ tərəfindən irəli sürülən transhumanizm layihəsi Aİ-nin zəngin ənənələri və tarixinin dağıdılmasına hesablanıb. Təəssüf ki, bir sıra qanunlar, xüsusən də eynicinsli nikahlar, gender təhsili, artıq Avropa ölkələrində yayılmaqdadırlar. Lakin bütün bunlar çoxluq tərəfindən etirazla qarşılanır və gələcəkdə bu meyarlara baxış dəyişə bilər. Lakin bu Aİ-nin imicinə böyük zərbə vurur. "Qeyropa" amili artıq geniş müzakirələrə və elmi təhqiqatlara səbəb olub.

Hərbi-siyasi böhran

Ukrayna konflikti və Rusiya timsalındakı yalançı hədəf Aİ-nın hərbi islahatlara getməsinə səbəb olub. Daha doğrusu, bu hadisələr Aİ-ni ABŞ-dan asılı vəziyyətə düşməyə vadar edib. NATO üzvü olan Avropa dövlətləri rəsmi Vaşinqtonun əmrlərindən asılı bir vəziyyətə düşüblər. 2015-ci ilin fevral ayında hərbi-siyasi qrup Aİ-yə müraciət edərək bildirib ki, İttifaqın bütün üzvləri hərbi təlimlərin keçirilməsini dəstəkləyir. Bu halda hərbi müdaxilələr də istisna edilmir.Bu təklif nəticəsində, Aİ yarana biləcək hərbi xərclərin tənzimlənməsi məqsədi ilə kod adı "Athena" olan qurumun fəaliyyətinə razılıq vermişdi. Əsas məqsəd Aİ-ni təhlükəsizlik mənbəsi kimi təqdim etməkdən ibarətdir. Qeyd edək ki, Aİ-nın hərbi fəaliyyəti daha çox İttifaqın sərhədlərindən uzaqda həyata keçirilir. Misal üçün, Cibuti, Əfqanıstan, Somali, Seyşel adaları, Tanzaniya, Konqo, Mali, Niger, Fələstin, Kosovo, Bosniya, eləcə də Gürcüstan və Ukrayna.

Martın 27-si analoji əməliyyatları həyata keçirmək baxımından maddi, kompensasiya və hesabat xarakterli məsələləri təmin edən qərar qəbul olunmuşdu. Belə bir bürokratik qərar reallıqla uyğun gəlmədiyi üçün ictimaiyyət tərəfindən qınaqla müşahidə olundu. İstək və mümküniyyət arasındakı disbalans (xüsusən də maddi sferada) Aİ-də analoji addımın atılmasını mümkünsüz etdi.

Mehriban qonşuluq münasibətlərindəki böhran

Avropanın qonşuluq siyasəti qədim tarixə malikdir. Bu zona ətrafındakı bufer zonalarla daima dostluq münasibətlərini qorumağa çalışır. Bəzi münasibətlər isə artıq siyasi - iqtisadi xarakter almağa başlayıb. Lakin bəzən qonşu dövlətlərdəki daxili vəziyyətin və tələbatın tam öyrənilməməsi müəyyən problemlərlə müşahidə olunub. Bunu xüsusən Şimali Afrika və Yaxın Şərq zonalarında müşahidə etmək mümkündür. Aİ daha çox yaxın ərazilərdə siyasi, iqtisadi və digər sahələrdə islahatların aparılmasına can atır ki, bu da reallaşdığı halda öz daxili bazarında fəaliyyət üçün müəyyən güzəştlər edir. Qarşılıq bəzən maddi və ya texniki yardımla da reallaşır.

Lakin rəsmi mənbələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, belə münasibətlərdə daha çox Aİ xeyir görüb, nəninki onun qonşuları. Artıq qəbul olunub ki, Aİ-nin qonşu ölkələrdəki fəaliyyəti xəlvəti neomüstəmləkəçilik formasıdır. Bunun nəticəsidir ki, bir sıra dövlətlər Aİ-nin təkliflərini rədd edib. Digər ölkələrdəki (Moldova, Ukrayna) analoji fəaliyyət isə müəyyən səbəblərdən uğursuzluqla nəticələnib. Təbii ki, rəsmi Vaşinqtonun göstərişi ilə Rusiyaya qarşı təyin olunan sanksiyalar da, Avropanın qonşularına qarşı siyasətdə məsuliyyətsizliyinin bariz göstəricisidir.

Növbəti böhran - miqrant problemi

Avropaya miqrant axını Aİ-nin Asiyada, Afrikada və Yaxın Şərqdəki fəaliyyətinin nəticəsidir. Bundan başqa, Afrikadan və Asiyadan gələn miqrantlar assimilasiyaya uğrayaraq artıq formalaşıb və yeni miqrantlarla avropalılar arasındakı mövqedə dayanıblar.

Rəsmi Brüssel qanunsuz miqrantları Avropaya keçirən gəmilərin batırılması haqda qərar vermək səviyyəsinə qədər düşüb. Vaxtı ilə humanitar yardım və tolerantlıqla bağlı verilən bəyanatlar isə ikili standartlara xidmət edən ikiüzlülüyə çevrilib. Sorğu zamanı isə məlum olub ki, ictimaiyyət miqrantların axınına razı deyl. Nəticədə miqrantların qarşısının alınması ilə bağlı müəyyən addımlar atılır ki, bu da vəziyyəti onsuz da pis olan Yaxın Şərqi daha dərin səfilliyə yuvarlayır.

Enerji strategiyasındakı böhran

Rusiyaya qarşı təyin edilmiş sanksiyalar enerji siyasətində özünü kəskin əks etdirib. Rusiya tərəfindən güzəştlər gözləyən müəyyən tərəflər üçün bu addım enerji çatışmazlığı ilə nəticələnib və milli maraqlara zidd olub. İqtisadi səmərə qazın istehsalında əldə oluna bilərdi. Lakin bəzi ölkələr Avrokomissiyanın göstərişlərinə riayət etmək məcburiyyətində qalıblar.

Əslində isə belə bir qanun var ki, verilən qərarlar bütün Aİ üzvlərinin maraqlarına xidmət etməlidir. Almaniyanın enerji siyasətinə həsr olunmuş institutlarından birində qəbul edilmiş ümumi razılaşmada deyilir ki, "Enerji ittifaqı ilə bağlı mühakimə, avrointeqrasiya simptomunun krizisi kimi təfsir edilə bilər".

Enerji təminatındakı proqram və strategiya təkliflərinə baxmayaraq, mütəxəssislər bildiriblər ki, bu sahədə balans yaratmaq üçün praqmatik yanaşmaya ehtiyac var. Bu institutun Almaniya xarici siyasətini formalaşdırdığını nəzərə alsaq, onların təkilflərinin rəsmi Berlini ön sıraya çıxaracağını proqnozlaşdırmaq çətin deyl. Bütün baş verənlərə əsasən belə qərara gəlmək olar ki, Almaniya gələcəkdə ərazinin enerji ilə təminatı məsələlərini öz üzərinə götürmək niyyətindədir. Enerji seçimi ilə bağlı hələ də seçim etmək qüvvəsində olan ölkələr isə Almaniyanın bu planı ilə bağlı geniş məlumatlara sahib olsalar, bu Aİ-də növbəti böhran və fikir ayrı-seçkiliyi ilə müşahidə oluna bilər.

Belə bir təsəvvür yaranır ki, Avropa sakinlərinin siyasi yaddaşı çox qısadır. Onlar tez-tez öz liderlərinin verdiyi siyasi vədləri unudurlar. Misal üçün, 2003-cü ildə qərara alınmış "Tessaloniya deklarasiyası" hələ də qüvvəyə minməyib. Qərbi Balkan ölkələri artıq 10 ildir ki, inkişaf etmiş və çiçəklənən əraziyə çevrilə bilmirlər. Əksinə, ərazidəki ölkələrin bəzilərində vəziyyət qəlizləşib. Bunun günahı isə uzaqgörən siyasəti ilə seçilməyən. Aİ-dir.

İdeya böhranı

Qəribə səslənsə də, yuxarıda qeyd etdiyimiz böhranlardan böyük əksəriyyətinin səbəbi Avropadakı siyasi liderlərin ideya cəhətdən kasadlıq çəkmələridir. İslaholunmaz düşüncə və neoliberal ideologiyanın müxtəlif formalarına meyllilik adekvat və obyektiv baxışı əngəlləyir, eləcə də tarixi perspektiv cəhətdən qiymətləndirməyə mane olur. Bu eyni zamanda realistik ssenarinin formalaşdırılmasına və proqnozların verilməsinə əngəl törədir. Nəticədə ehtimalların böyük əksəriyyəti iflasa uğrayır.

Aİ-də qərar verən insanlar ətraflarına yaxşı baxmalı və hadisələrin gedişatına daha sağlam yanaşmalıdırlar. Rəhbərlik etməyin yeni və müxtəlif modellərini tətbiq etməkdən çəkinməməlidirlər.

Orxan Hun
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor