RSS
 

Login:
Şifrə:
» » Sosial şəbəkədəki testlər təhlükəlidir...

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Sosial şəbəkədəki testlər təhlükəlidir...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 10:36 | Şərh sayı: (0) | Baxılıb: 434

Sosial şəbəkədəki testlər təhlükəlidir...


Sosial şəbəkədəki testlər təhlükəlidir...


Facebook-da hər gün qarşımıza çıxan testlər var: "Sizi bu dünyada ən çox sevən insan kimdir"dən tutmuş, "Hansı ölkədə doğulmalıydınız", "Neçənci ildə öləcəksiniz"ə qədər. Bir-birindən ilginc, əyləncəli testlər və bir o qədər də ilginc nəticələr. Məlumdur ki, insanlar onsuz da boz olan həyatlarına rəng qatmaq üçün bu testləri həll edir, oradan çıxan nəticələrlə əylənir, onu paylaşıb dostlarıyla müzakirə aparır, gülür, yenə də əylənirlər. Amma...

Bu əyləncəli anların sonrası da var. Belə ki, ekspertlər hesab edirlər ki, bu cür testlər internet istifadəçiləri üçün ciddi təhlükə mənbəyi ola bilər. Birinci ondan başlayaq ki, bu cür testlərin yerləşdirildiyi saytlar onların yaradıcısı üçün ciddi reklam mənbəyidir. Çünki burada yer alan reklamlar ciddi məbləğdə vəsait gətirir. Ona görə də bu testlər olduqca sadə və hətta primitiv şəkildə hazırlanıb. Məqsəd daha çox insanın marağını cəlb etmək, bununla da məqsədə çatmaqdır.

Rusiyanın "Qazeta.ru" saytının araşdırmasına görə, kibercinayətkarları məhz istifadəçilərin sayının çoxluğu cəlb edə bilər. Bunun yolu isə olduqca sadədir: test tərtib et və istənilən istifadəçinin facebook ünvanına giriş əldə et. Kibercinayətkarlar üçün internet istifadəçilərinin şəxsi və maliyyə məlumatlarını əldə etmənin yolu buradan keçir. Və bu cür testlər də diqqətsiz şəxslər üçün nəzərdə tutulub. Sorğu həyata keçirilən zaman istifadəçinin facebook profilindən bütün baza məlumatlarına giriş əldə edilir - bura ad-soyad, şəkillər və dostların kimliyi aiddir. Bunlar o qədər də ciddi təhlükə mənbəyi ola bilməz.

Amma bununla paralel, sayıqlığı itirmək olmaz. Bəzi testlərin çözülməsi zamanı birbaşa facebook profilinə giriş istənilir. "Razıyam" düyməsini basan istifadəçi bu halda bütün şəxsi məlumatlarını hədiyyə kimi hakerlərə vermiş olur. Bu isə ən yaxşı halda spamların yayılması üçün internet ünvanınızdan istifadə olunacağı anlamına gəlir.

Hətta bəzi testlərin həll olunması zamanı istifadəçidən şəxsi məlumatları, bura parol və bank kartının detalları daxildir, soruşulur. Ona görə də hər testi uşaq sadəlövhlüyü ilə həll etməyə çalışmadan öncə orada nə soruşulduğuna da nəzər salmaq lazımdır. Bununla yanaşı, bu sayaq testləri keçməyə həvəsli olan şəxslərin öz kompüterində antivirus proqramları olmalıdır. Bununla da kompüterinizə zərərli kodların daxil olmasının qarşısını ala biləcəksiz.

Bu sayaq testləri həll edənləri başqa təhlükələr də gözləyir. İstifadəçi telefon nömrəsini dəyişmək, bank hesabını bloklamaq və dələduzluq qurbanı olması barədə ərizə yazmaq zorunda qala bilər. Ümumiyyətlə isə çoxlu sualları olan testlərin nəticəsi daha etibarlı olur. Qeyriləri isə daha çox gündəlik qoroskopu xatırladır. Amma insanları da daha çox sualları olmayan, dərhal nəticə verən testlər cəlb edir.

Heç də hər şeyə etibar etməyə dəymir. İlk baxışda zərərsiz görünən testlər əyləncə təsiri bağışlasa da, burada bəzi incə detallar da var. Məsələn, əgər siz suallara cavab vermədən İQ-nuzu (intellektual səviyyənizi) öyrənmək istəyirsinizsə, əmin olun ki, bu testlər tələdir. Çünki suallara cavab vermədən sizə "dahi" olduğunuzu deyən dahilər sizdən, sizin profilinizdən necə var istifadə edəcəklər. Testi həll etmədən öncə onun detalları ilə dərindən tanış olmaq lazımdır. Yəni bir istifadəçi olaraq səndən nə tələb olunur və sonucda sənə hansı informasiya veriləcək. Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi testlər özündə virus saxlayır ki, bu da həm şəxsin internet ünvanı, həm də kompüteri üçün ciddi təhlükədir. Onlardan bəziləri spam informasiyalar yayırlar.

Arayış üçün deyək ki, haqqında danışdığımız testlər iki kanal vasitəsilə yayımlanır. Bunlardan biri "Captan Quizz", digəri isə "Nametest.com"dur. "Captan Quizz" testləri arasında ən məşhuru, təbii ki, "Gerçək ruh əkizin kimdir?" olanıdır. Bundan əlavə, "Neçə uşağınız olmalıdır?", "Saçınız hansı rəngdə olmalıdır?", "Hansı element sizə uyğundur?" kimi testləri də unutmayaq. Maraqlıdır ki, "Captan Quizz" proqramı bu testdən keçmək üçün internet istifadəçisindən bəzi icazələr istəyir. İcazə verirsinizsə, proqram istifadəçinin hər kəsə açıq profilinə, dostluq siyahısına, zaman tunelində paylaşdıqlarına, ad gününə və şəkillərinə giriş əldə edəcək.

"Nametest.com"da isə ən məşhur testlər "əslində neçə yaşınız var?", "Neçə gizli fanatınız var?", "Əslində kimsən?", "50 il sonra necə görünəcəksən"dir. Bu testlərin hər birindən keçəndə sizdən profil və e-mail ünvanınız istənilir. Nametest.com "Captan Quizz"ə nisbətən daha az icazə istəyir. Amma nəzərə alaq ki, burada istifadəçidən e-mail ünvanı istənilir. E-mail ünvanının istənilməsi isə heç də xoş hadisə deyil. Çünki siz ondan hansı məqsədlər üçün istifadə ediləcəyini təxmin edə bilməzsiniz.

"Yeni Müsavat"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor