RSS
 

Login:
Şifrə:
» » Onlara Azərbaycandakı vəziyyət, xalqın marağı lazım deyil

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Onlara Azərbaycandakı vəziyyət, xalqın marağı lazım deyil

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-09-2015, 10:16 | Şərh sayı: (0) | Baxılıb: 344

Onlara Azərbaycandakı vəziyyət, xalqın marağı lazım deyil


Onlara Azərbaycandakı vəziyyət, xalqın marağı lazım deyil


Onlara Azərbaycandakı vəziyyət, xalqın marağı yox, korrupsiyaya qurşanan müəyyən dairələrin tapşırıqlarını yerinə yetirmək lazımdır

Bu gün iqtisadi böhran, maliyyə qeyri-sabitliyi, miqrasiya xaosunda boğulan Avropa bütün bu mühüm problemləri həll etmək əvəzinə, başqa bir dövlətin daxili işlərinə müdaxilə edərək təzyiq, təhdid dili ilə danışmağa çalışır. Hər dəfə Azərbaycanda həyata keçiriləcək mühüm hadisələr ərəfəsində "fəallaşan" Qərb dairələri böyük problemlər içərisində olsalar da, öz çirkin əməllərindən çəkinmirlər. Azərbaycanda parlament seçkiləri ərəfəsində onlar yenidən meydana atılıblar.

Avropa Parlamenti də seçkilər öncəsi yenə öz ampluasındadır. Son ilyarım ərzində ölkəmizlə bağlı 3 qərəzli qətnamə qəbul edən bu qurum erməni lobbisindən "yeni tapşırıq" alıb. Son qərəzli qətnamədə qeyd edilənlər isə əvvəlki kağız parçalarından fərqlənmir. Demək olar ki, bütün AP-nin Azərbaycanla bağlı yaydığı qətnamələrin mətnlərinin məzmunu dəyişmir. Bu səbəbdən də Azərbaycan bu qurumla əməkdaşlığa yenidən baxmaq qərarına gəlib. Bununla bağlı Milli Məclis qərar qəbul edərək ciddi etirazını bildirib. Eləcə də nümayəndə heyətimizin Avronest PA-da fəaliyyəti dayandırıldı. Hökumət isə Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki əməkdaşlığa yenidən baxır.

Ekspertlər, siyasətçilər hesab edirlər ki, Azərbaycan haqqında belə bir sənədin qəbul edilməsi ümumilikdə Avropanın siyasətində mənfi meyllərin artdığını göstərir. Azərbaycanın bu qurumla əməkdaşlığını dayandırması isə ölkəmizin beynəlxalq siyasətinə heç bir təsir göstərməyəcək. Çünki Azərbaycanın bir çox beynəlxalq qurumlarla ikitərəfli müsbət münasibəti mövcuddur.

Yeni Azərbaycan Partiyasının İçra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan parlamenti haqlı olaraq Avronest PA ilə əməkdaşlığı dayandırmaqla bağlı qərar qəbul edib və Prezident İlham Əliyev də bu qərarı müsbət addım kimi dəyərləndirib: "Azərbaycan daim bütün təşkilatlarla əməkdaşlığa açıq bir dövlətdir və Avrointeqrasiya prosesində iştirak edir. Lakin biz Azərbaycana qarşı qərəzli mövqedə olan strukturlara həmişə öz etirazımızı bildirmişik. Çünki Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi bu cür qətnamələrin heç birində ədalət yoxdur. Necə ola bilər ki, ilyarım ərzində bir ölkə ilə bağlı 3 qərəzli qətnamə qəbul olunsun? Açıq-aydın görünür ki, bu qurum Azərbaycana təzyiq göstərmək, hədə-qorxu gəlmək istəyir".

S.Novruzov vurğulayıb ki, bu məsələ AŞ PA-nın Azərbaycana göndərdiyi müşahidə missiyasının üzvləri ilə görüşdə də xüsusi olaraq diqqətə çatdırılıb. Görüşdə bildirilib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı halda AP Avropa dövlətlərində yaşanan problemlərin həlli ilə məşğul olmaq əvəzinə Azərbaycanı hədəf seçib. Nə Cənubi Qafqazın digər dövləti, nə də Şərqi Avropa ölkələri ilə bağlı qərəzli fikirlər səslənmir. Yalnız hədəfdə Azərbaycandır: "Bu da təbiidir. Çünki bu qüvvələr Azərbaycanın müstəqil dövlət olmasını istəmirlər. Müstəqil siyasət həyata keçirən Azərbaycanın inkişafı bu dairələri narahat edir. Hər kəsə bəllidir ki, Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərin artması, hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur. Odur ki, bu dairələr Azərbaycanda olan ictimai-siyasi sabitliyi, xalq-iqtidar birliyini qəbul edə bilmirlər".

Komitə sədri hesab edir ki, Avronest PA-da fəaliyyətini dayandırması, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıqdan imtina Azərbaycana heç bir mənfi təsir göstərməyəcək: "Mən hələ may ayında bildirmişdim ki, Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq. Avronestdən isə ümumiyyətlə çıxmaq lazımdır. Çünki bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın genişlənməsində rol oynamalı idi. Ancaq belə olmadı. Onlar kimlərinsə donosları əsasında Azərbaycan haqqında yersiz, heç bir reallığa söykənməyən müzakirələr aparırlar. Halbuki bu müzakirələri aparan şəxslər bir dəfə də olsun ölkəmizdə olmayıblar, bizim yerli şəraitlə tanış deyillər. Avropanın bugünkü durumu isə hər kəsə bəllidir. Avropa özü böhran içərisindədir. Azərbaycan isə beynəlxalq əlaqələrini gündən-günə inkişaf etdirir. Bir çox təşkilatlarla əməkdaşlıq möhkəmlənir və dünya təkcə Avropadan ibarət deyil. Azərbaycan bütün qurumlarla ikitərəfli münasibətlərə daim açıq olan dövlətdir və bu siyasət bundan sonra da davam edəcək".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə qeyd edib ki, Avropa Parlamentinin sonuncu bəyanatındakı qərəz, əsassızlıq tam aşkar idi və Azərbaycan tərəfi buna qəti reaksiyasını göstərdi. Onun fikrincə, Azərbaycan növbəti dəfə Avropaya ölkəmizlə təzyiq dilində ünsiyyət qurmağın qeyri-mümkün olduğunu çatdırdı: "Bəzi ölkələr kimi Azərbaycanı da alətə çevirmək istəyən Qərb manipulyasiya vasitəsilə dövlətimizlə əməkdaşlıq etmək arzusundadır. Bu, qəbuledilməzdir". Onun sözlərinə görə, Milli Məclisin Avronest PA ilə əməkdaşlıqdan imtina etməsi Avropa strukturlarının ziyanına olan məsələdir. Çünki Azərbaycan regionun lider dövlətidir və bölgədə bütün böyük layihələr Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Azərbaycanın müstəqil siyasət aparması isə Qərbdə ciddi narahatlıq doğurur: "Bu gün Avropada baş verən islamofobiya, dini dözümsüzlük, müəyyən dairələrin maraqlarının və ambisiyalarının həyata keçirilməsi Avropa təşkilatlarını böhrana gətirib çıxaracaq. Onların ikili standartlar tətbiq etməklə Avropa dəyərlərinin üstündən xətt çəkdikdən sonra kimdənsə nəyisə tələb etmək haqları yoxdur. Müasir dövrdə demokratiyanın "beşiyi" hesab olunan Avropa demokratiya, azadlıq sözlərinin anlayışını dəyişir. Təəssüf ki, bu gün Avropada ikiüzlülük və şəxsi maraqlar əsasında qurulmuş siyasət, satqınlıq, korrupsiya əməlləri ali amil hesab olunur. Azərbaycan isə əksinə, ənənəvi, əsl demokratiya dəyərlərinə əsaslanaraq bu gününü və sabahını qurur".

Deputat qeyd edib ki, Avropa Parlamentinin üzvləri əgər həqiqətən Azərbaycan xalqının hüquqlarını düşünürlərsə, niyə bir milyon qaçqın və məcburi köçkünün hüquqları qətnamədə öz əksini tapmır? Niyə günahsız uşaqların qətlə yetirilməsi və onların hüquq pozuntuları sənədlərdə yer tutmur? Onlara Azərbaycandakı vəziyyət, xalqın marağı yox, korrupsiyaya qurşanan müəyyən dairələrin tapşırıqlarını yerinə yetirmək lazımdır: "Bu gün Avropa Azərbaycana yox, Azərbaycan Avropaya öz balanslaşdırılmış, sosial-iqtisadi siyasəti, dəyərləri ilə lazımdır. Azərbaycan üzv olduğu təşkilatlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə qarışmağa icazə vermir. Azərbaycan Prezidenti dövlətin və xalqın maraqlarının qorunmasına əsaslanmış siyasət aparır. Azərbaycan və Avropa arasında əməkdaşlığın davamından söhbət gedirsə, bu, yalnız bərabər hüquq əsasında və Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə ola bilər".

S.Fətəliyevanın fikrincə, Milli Məclisin Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab olaraq qəbul etdiyi qərar Azərbaycan dövlətinin və xalqının haqlı mövqeyi idi. Parlament bir daha bəyan etdi ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasəti təkid və təhdidlə, şantajla başqa formata yönləndirmək qeyri-mümkündür.

"Azərbaycan" qəzeti

Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor