Əcnəbi gəlinlərimiz və xarici kürəkənlərimiz... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-09-2015, 18:14 | Şərh sayı: (0) | Baxılıb: 326
Əcnəbi gəlinlərimiz və xarici kürəkənlərimiz...
Sovet dönəmində Azərbaycan vətəndaşları SSRİ-nin tərkibində olan 15 respublikanın vətəndaşları ilə nikaha girirdilərsə, müstəqillikdən sonra bu vəziyyət dəyişib. Belə ki, Azərbaycan vətəndaşları artıq digər ölkələrdən olan əcnəbilərlə də izdivaca girirlər. Qızlarımız isə daha çox Türkiyədən olan oğlanlara ərə gedirlər. Bir müddət bu tendensiya daha çox müşahidə edilsə də, son vaxtlar əcnəbi vətəndaşlarla nikahagirmə hallarında azalma müşahidə olunur.
Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov modern.az-a bildirib ki, 2014-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 84,9 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 1635-i Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbi vətəndaş olan kişilər arasında, 1499-u isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaş olan qadınlar arasında bağlanmış nikahlardır.
R.Süleymanov vurğulayıb ki, 2015-ci ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 38,6 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 736-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbi vətəndaş olan kişilər arasında, 618-i isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaş olan qadınlar arasında bağlanmış nikahlardır.
"Eyni zamanda bildiririk ki, sözügedən nikahlardan doğulan uşaqların sayına, eləcə də nikaha daxil olduqdan sonra həmin şəxslərin Azərbaycanda yaşamalarına, yaxud başqa ölkəyə getmələrinə dair statistik məlumatlar Dövlət Statistika Komitəsində mövcud deyildir".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər