RSS
 

Login:
Şifrə:
» » Əbu Talib mömin olub, yoxsa..?

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əbu Talib mömin olub, yoxsa..?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-12-2015, 21:57 | Şərh sayı: (0) | Baxılıb: 385

Əbu Talib mömin olub, yoxsa..?


Əbu Talib mömin olub, yoxsa..?


Dinimizin tarixinə aid kitablarda rast gəlinən ziddiyyətli nöqtələrdən biri də Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi Əbu Talibin mömin olub-olmaması məsələsidir. Bir çox müəlliflərin yazdığı kimi, bu məsələ əslində vaxtilə sırf tarixi xarakter daşısa da, zaman keçdikcə əsasən məzhəbi və siyasi rəng almışdır. Belə ki, uzun əsrlər boyunja Əbu Talibin imanı problemi məzhəblər arasında mövjud olan əsas mübahisə mövzuları siyahısında öndə gedən məsələlərdən olmuşdur. İndiyə kimi Əbu Talibin mömin olmasına inanmaq əqidəsi şiə məzhəbinin xarakterik xüsusiyyəti sayılır.

Əbu Talibin imanı barəsində mübahisələr İslamın ilk dövrlərindən - məsum imamların zəmanəsindən başlamışdır. Əməvi və Abbasi sülalələrinin hakimiyyəti dövründə xüsusi təbliğat metodları vasitəsilə müsəlmanlarda Əbu Talibin müşrik və kafir halda dünyadan köçdüyü barədə fikir formalaşdırılırdı. Məlumdur ki, Əməvilərin əcdadı Əbu Süfyan uzun illər İslamla düşmənçik aparmış, yalnız Məkkənin fəthindən sonra, iman gətirdiyini elan etmişdir.

Abbasilərin əjdadı - Peyğəmbərin əmisi Abbas da uzun illər boyunca Məkkədə, müşriklərin əhatəsində yaşamış, bəzən hətta onlarla birlikdə müsəlmanlar əleyhinə hərbi yürüşlərdə belə iştirak etmişdi (məsələn, Bədr döyüşü). Lakin qəlbinin dərinliklərində o, Peyğəmbərə sadiq qalmışdı və gizlincə müsəlmanların xeyrinə fəaliyyət göstərirdi.

Əməvi və Abbasilərin siyasət səhnəsində əsas güclü rəqibi Peyğəmbərin pak Əhli-beyti idi. Əli-beyt imamları isə Əbu Talibin oğlu Əlinin (ə) övladları idi. Xəlifələr Əhli-beytin nüfuzunu azaltmaq məqsədilə öz əcdadlarının (Əbu Süfyan və Abbasın) müsəlman olduğunu qabardır, məsum imamların əcdadını isə müşrik kimi qələmə verirdilər. Əbu Talibin imansız olduğu barədə rəvayətlər də həmin dövrlərdə yaradılmış və xalq arasında inkişaf etdirilmişdi.

Burada bir məsələni nəzərdən qaçırmaq olmaz ki, o dövrün zalım hökumətləri hər hansı məsum imam barədə şayiə və iftira yayırdılarsa, tezliklə həqiqət aşkara çıxır və onların səyi puç olurdu. İmam Əli (ə) əleyhinə aparılan əks-təbliğatlar da gözlənilən "uğurlu" nəticəni vermirdi. Buna görə Əhli-beytin nüfuzunu azalda biləcək digər, nisbətən dolayı yollara əl atılırdı. Məhz Əbu Talibin müşrikliyi barəsində təbliğat aparmaq da bu yollardan biri idi. Beləliklə, bir müəllifin yazdığı kimi, "oğula qarşı əllərindən heç nə gəlməyəndə, bütün qüvvəni ataya qarşı yönəltdilər və oğulun intiqamını atadan aldılar". Əbu Talib həyatı boyunca Peyğəmbəri daha yaxşı qoruya bilmək imkanını itirməmək xatirinə imanını gizli saxlamışdı. O, vəfat edəndə İslam dini hələ çox qüvvətlənmədiyindən, çox adam onun müşrik halda vəfat etdiyini düşünürdü. Lakin müsəlmanlar qüvvə topladıqca Həzrəti Peyğəmbər Əbu Talibin əsil mömin simasını tanıtdırır, onun gizli müsəlmanlardan olduğunu elan edirdi. Qeyd etməliyik ki, Əbu Talibin təqiyyə etməsi (yəni öz imanını gizli saxlaması) də Əməvi və Abbasilərin təbliğatının uğur qazanmasına kömək etmişdir.

Cəfəri məzhəbincə, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Adəmə (ə) kimi nəsil şəcərəsindəki bütün əcdadlar vahid Allaha inanmış, hənif dinində olmuşlar. Bu əcdadların heç biri bütlərə ibadət etməmişdir. Allah-Təala Həzrəti Muhəmmədin (s) nurunu nəsildən-nəsilə pak atalardan pak analara ötürərək, Əbdülmüttəlibə qədər çatdırmışdır. Bu zəncirin Əbdülmüttəlib nöqtəsində nur iki yerə parçalanmış, yarısı Əbdülmüttəlibin bir oğlu Abdullaha, o biri yarısı isə digər oğlu Əbu Talibə keçmişdir. Nəticədə Abdullahdan Həzrəti Muhəmməd Peyğəmbər (s), Əbu Talibdən isə Həzrəti Əli (ə) vücuda gəlmişdir. Beləliklə, cəfəri əqidəsincə, əcdadlarının mömin olması baxımından imamlar da Peyğəmbərlə şərikdirlər. Bu məsələ ümumi şəkildə geniş izaha ehtiyaclı olduğu üçün, hazırki məqalədə bu barədə məlumat verməyi məqsədəuyğun saymırıq və konkret olaraq, Əbu Talibin imanı haqqında mövzunu araşdırırıq. Lakin zənnimizcə, Əbu Talibin şəxsiyyətini lazımınca təsəvvür etmək üçün onun atası Əbdülmüttəlibin imanı barəsində qısa da olsa bəhs açmamaq, sadəcə, mümkün deyildir. Buna görə də, Əbu Talib haqqında mövzuya onun atası Əbdülmüttəlibdən başlayırıq.



Əbdülmüttəlib mömin idimi?


1. "Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq" (Şeyx Kuleyni - "Usuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 22).

2. Həzrəti Muhəmməd Peyğəmbər (s) kiçik olanda Məkkədə şiddətli quraqlıq olmuşdu. Şəhər əhalisi susuzluqdan əziyyət çəkirdi. Əbdülmüttəlib Əbu Talibə tapşırdı ki, körpə Muhəmmədi (s) onun yanına gətirsin. Əbu Talib körpəni qucağında gətirib Əbdülmüttəlibə verdi. Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: "Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!" Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu" (Şəhristani - "Miləl və nihəl"; Əllamə Məclisi "Usuli-Kafi"yə yazdığı şərhdə bu hadisəni rəvayət etmişlir).

Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş. Çünki bir şəxs Kəbənin qarşısında Rəbb adlı qüvvəyə dua edib onu gələcək peyğəmbər Muhəmmədə (s) and verirsə, deməli həm Rəbbə iman gətirmiş, həm də peyğəmbəri tanımışdır.

3. Həzrəti Muhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: "Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu".

4. Həzrət Rəsulullah (s) sonra buyurmuşdur: "Ya Əli! Əbdülmüttəlib əzlamla (fal oxları ilə) fala baxmamış, bütlərə pərəstiş etməmiş, meyyitə (yəni Allah adı ilə kəsilməmiş heyvan əti) yeməmişdi; o deyirdi ki, mən babam İbrahimin (ə) dinindəyəm" (hər iki hədis Şeyx Səduqun "Xisal" və Şeyx Təbrisinin "Məkarimu`l-əxlaq" kitablarındandır).

5. Əsbəğ ibn Nubatə adlı məşhur səhabə rəvayət edir ki, Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: "Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib, Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər". Ondan soruşdular: "Bəs onlar nəyə pərəstiş edirdilər?" Həzrət Əli (ə) cavab verdi: "Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə) dinində idilər, bu dinə bağlanmışdılar" (Ayətullah Reyşəhri - "Mövsuətu`l-Əliyyibni Əbi Talib", cild 1, səh. 63; Seyyid Haşim Bəhrani - "Təfsiru`l-burhan", jild 3, səh. 795).

6. Əbdülmüttəlibin oğlu Əbu Talib buyurmuşdur: "Atam Həzrəti Muhəmmədin (s) peyğəmbərliyinin nişanələrini kitablarda (yəqin ki, keçmiş ümmətlərin müqəddəs kitabları nəzərdə tutulur) oxumuşdu və deyirdi: "Mənim nəslimdə bir peyğəmbər olacaq. İstərdim ki, onun zəmanəsində yaşayım və ona iman gətirim. Mənim övladlarımdan hər kim onun zəmanəsində yaşasa, mütləq iman gətirsin!"" (Seyyid ibn Tavus - "Təraif", səh. 458).


Əbu Talibin imanı barəsində ümumi görüşlər


İslam tarixi boyunca alimlər arasında Əbu Talibin mömin olması barədə fikir çox geniş surətdə yayılmış və dönə-dönə təsdiq edilmişdir. Mötəzili kəlam məktəbinə mənsub olmuş İbn Əbil-Hədid "Nəhcu`l-bəlağə"yə yazdığı şərhdə qeyd edir: "Əbu Talibin imanı mövzusu alimlər arasında mübahisəli məsələdir. Bütün imamiyyə şiələri (yəni cəfəri məzhəbinin ardıcılları), habelə zeydilərin (şiəliyin bir qoludur) əksəriyyəti onun müsəlman halda dünyadan getdiyini təsdiq edir. Həmçinin, bizim şeyxlərin (yəni mötəzili alimlərinin) də bir hissəsi, məsələn, Şeyx Əbu`l-Qasim Bəlxi, Əbu Cəfər Əskafi və b. bu əqidədədirlər" ("Şərhu-Nəhcu`l-bəlağə", cild 14, səh. 65).

Məşhur əhli-sünnə alimi İbn Əsir Şafii "Əl-Cameu`l-usul" kitabında yazır ki, Əbu Talibin mömin olması məsələsində Əhli-beyt icma etmişdir (yəni hamılıqda bunu təsdiq etmişdir) (Qazi Nurullah Şüştəri - "Məcalisu`l-muminin", cild 1, səh. 163).

Həmçinin, cəfəri məzhəbli məşhur alimlər Şeyx Mufid ("Əvailu`l-məqalat"), Şeyxu`t-taifə Tusi ("Tibyan" təfsiri), Əllamə Təbrisi ("Məcməu`l-bəyan" təfsiri), Seyyid ibn Tavus ("Təraif"), Əllamə Məclisi ("Biharu`l-ənvar") və b. öz adı çəkilən əsərlərində Əbu Talibin mömin olduğu barədə cəfəri aləminin icma etdiyini yazmışlar.

Əbu Talibin mömin və müsəlman olması elə məlum və məşhur həqiqətlərdəndir ki, bu mövzuda həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən 30-a yaxın müstəqil kitab qələmə alınmışdır. Bu kitablardan 19-nun adını mərhum Əllamə Əmini "Əl-Ğədir" kitabının 7-ci cildində (səh. 401-403) siyahı şəklində vermişdir. Əbu Talibin mömin olduğu barədə müstəqil kitab yazmış müəlliflərin zaman etibarilə ilki Səd ibn Abdullah Əşəri Qummi (vəf. hicri 299-301) sayılır. Bu müəlliflərin sırasında Şeyx Mufid (vəf. 419 hijri), Əbu`l-Fəzail Əhməd ibn Tavus (vəf. 673 hicri; bu, "Təraif" kitabının müəllifi Seyyid ibn Tavusun qardaşıdır), Əbu Səid Məhəmməd Xuzai Nişaburi (məşhur təfsirçi Əbu`l-Futuh Razinin babasıdır), Seyyid Hüseyn Təbatəbai Yəzdi Hairi (vəf. 1307 hicri), Şəmsu`l-uləma Mirzə Məhəmməd Hüseyn Gürgani və b. kimi məşhur din alimləri vardır.

Əbu Talibin kafirliyi barədə (!) nazil olduğu iddia edilən ayələr


Əbu Talibin kafir olduğunu iddia edən alimlər bunun üçün Quranın bəzi ayələrini dəlil gətirirlər. Bu ayələr aşağıdakılardır.

Birinci ayə:

"Başqalarını ondan uzaqlaşdırır, özləri də ondan uzaq durarlar; onlar yalnız özlərini həlak edər, lakin bunu anlamazlar" (Ənam, 26).

Bu ayənin Əbu Talib barəsində nazil olduğunu təfsirçi Qurtubi nəql etmişdir. Bu zaman o, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasa aid olunan bir rəvayətə əsaslanmışdır. Lakin ayənin bu cür izahı aşağıdakı səbəblər üzündən kökündən yanlışdır:

a) Bu rəvayət Abdullah ibn Abbasdandır, bilavasitə Peyğəmbərin dilindən söylənmir.

b) Ayənin məhz Əbu Talib barəsində nazil olması bu rəvayətdən başqa heç bir hədisdə söylənməmişdir. Rəvayətin sənədində İbn Abbasdan əvvəl gələn ravi - yəni Həbib ibn Əbu Sabit isə hədis alimləri tərəfindən etibarsız şəxs kimi tanınmışdır. Bir neçə məşhur rical alimi onu, hədisləri dəyişdirən, sözünə inanılması gərəkməyən şəxs kimi xarakterizə etmişdir. Deməli, bu məlumat heç bir əlavə sübutla təsdiq olunmadığından və bundan əlavə, rəvayətin özü də sənəd etibarilə zəif sayıldığından, ona əsaslanmaq və onun əsasında qəti hökm vermək olmaz.

c) Təfsirçilərin rəyinə görə, bu ayə hicrətdən çox-çox sonra, Mədinədə nazil olmuşdur. Bu zaman Əbu Talib artıq çoxdan vəfat etmişdi.

ç) Ayənin Əbu Talib barəsində nazil olduğunu təfsirçilər arasında yalnız Qurtubi qətiyyətlə müdafiə etmişdir. Demək olar ki, bütün sair müfəssirlər bunu bir nəzəriyyə kimi xatırlatmış, araşdırmalardın sonra bu qərara gəlmişlər ki, güclü ehtimala görə, ayə ümumilikdə Məkkə müşriklərinin başçıları barəsində nazil olmuşdur. Böyük nüfuza malik olan bu şəxslər həm özləri Peyğəmbərə mane olur, həm də əllərindəki imkanlardan istifadə edərək, başqalarını İslamdan uzaqlaşdırmağa çalışırdılar. Təbəri, İbn Kəsir, İmam Fəxr Razi, Əllamə Suyuti, Zəməxşəri və b. məşhur təfsirçilər öz əsərlərində məhz bu mövqedən çıxış etmiş, ayənin Əbu Talib barəsində nzil olması nəzəriyyəsini həqiqətə daha az uyğun saymışlar (ətraflı məlumat üçün Əllamə Əmininin "Əl-Ğədir" kitabının 8-ci cildinə müraciət edə bilərsiniz, səh. 3-8).

İkinci və üçüncü ayələr:

"Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbər və iman gətirənlərin onlardan ötrü şəfaət diləmələri yaramaz! " (Tövbə, 113).

"Şübhəsiz, sən sevdiyin şəxsləri hidayət edə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o bilir" (Qəsəs, 56).

Rəvayət olunan bir hədisə görə, bu iki ayənin Əbu Talibin vəfatı münasibətilə nazil olduğu bildirilmişdir. Halbuki, ətraflı araşdırma aparsaq, bu fikrin tamamilə həqiqətdən uzaq olduğunu görərik.

a) Əvvəla, bütün təfsir alimlərinin fikrincə, haqqında danışılan "Tövbə" surəsinin 113-cü ayəsi Məkkədə nazil olmuşlur, "Qəsəs" surəsinin 56-cı ayəsi isə Mədinə dövrünə - Məkkənin fəthindən sonrakı dövrə aiddir. Deməli, hər iki ayənin Məkkədə, Əbu Talibin vəfatı zamanı nazil olması barədə bu yeganə rəvayət, digər məşhur rəvayətlərlə tam ziddiyyət təşkil etdiyindən, etibarsız sayılır.

b) Hədisin sənədindəki ravilərdən biri Səid ibn Museyyibdir. Onun Əhli-beyt imamları ilə ədavəti isə tarixdə məşhurdur. Həzrəti Əlinin (ə) imaməti barəsində Səid ibn Museyyiblə Əlinin (ə) oğlu Ömərin arasında baş vermiş mübahisə İbn Əbi`l-Hədidin "Nəhcu`l-bəlağə"yə şərhində təsvir edilmişdir. Bu mübahisənin sonunda Ömər ibn Əli ibn Əbu Talib (ə) Səid ibn Museyyibi münafiq adlandırmışdır (bax: "Əl-Ğədir", cild 8, səh. 9).

İmam Zeynulabidin (ə) vəfat etdikdə Mədinənin bütün məşhur şəxsləri ona cənazə namazı qılmağı özlərinə şərəf saydılar, lakin Səid ibn Museyyib bundan imtina etdi. Cənazə namazına dəvət ediləndə Səid belə cavab vermişdi: "Bu şəxsin cənazə namazını qılmaqdansa, iki rükət adi namaz qılmaq mənə daha xoşdur!" (bax: "Əl-Ğədir", cild 8, səh. 9).

Əbu Talibin guya müşrik halda ölməsi və vəfat edərkən kəlmeyi-şəhadəti deməkdən imtina etməsi barədə rəvayətləri Əllamə Suyuti "Durru`l-mənsur" təfsirində bir neçə dəfə rəvayət etmişdir. Bu rəvayətlər Əbu Hüreyrənin, Abdullah ibn Ömərin və Abdullah ibn Abbasın dilindəndir; onların heç biri Peyğəmbərə istinadən deyildir və adı çəkilən üç nəfərin hər biri bu hadisəni sanki özləri görmüş kimi təsvir etmişlər. Lakin cüzi diqqət göstərsək, bunun həqiqətə qətiyyən uyğun olmadığını başa düşərik. Çünki Əbu Hüreyrə Peyğəmbərin ömrünün sonuna yaxın Yəməndən Mədinəyə gəlmiş və iman gətirmişdir; Əbu Talib vəfat edəndə Əbu Hüreyrə hələ müsəlman olmamışdı və heç Mədinədə deyildi. Həmçinin, Əbu Talib vəfat edərkən, Abdullah ibn Ömərin cəmi 7 yaşı vardı, Abdullah ibn Abbas isə ümumyyətlə körpə uşaq idi. Ona görə də bu üç nəfərin heç birinin rəvayətinə əsaslanmaq sağlam məntiqə uyğun gəlməz. Bundan əlavə, rəvayətlərin sənədində rast gəlinən Əbu Səhl Sirri və Əbdu`l-Quddus Əbu Səid Dəməşqi adlı ravilər rical alimləri tərəfindən "kəzzab" (yalançı) adlandırıl¬mışlar. Bu fakt həmin rəvayətlərin etibar dərəcəsini sıfıra endirir.

Deyilən dəlillərə əsasən, 3 ayədən (Ənam, 26; Tövbə, 113; Qəsəs, 56) heç birinin Əbu Talib barəsində nazil olması mötəbər fikir deyildir. Həm əsbabi-nüzul (ayələrin nazil olma səbəbləri), həm də rical (ravilərin şəxsiyyəti) elmləri vasitəsilə aydın olur ki, ayələrlə Əbu Talib arasında əlaqə yoxdur.


Əbu Talibin mömin olması barədə varid olmuş hədislər


Nəinki Peyğəmbər, həmçinin, məsum imamlar və məşhur səhabələr də Əbu Talibin mömin olmasına etiqad bəsləmiş və camaatı da buna inandırmışlar. Şiə və əhli-sünnə məzhəbinə aid kitablarda Əbu Talibin möminliyinin sübutu barədə hədsiz sayda rəvayətlər mövcuddur. Aşağıda onlardan bəzilərini qeyd edirik.

1. Həzrət Əli (ə) öz atasının imanını gizli saxlamasının səbəbini çox aydın şəkildə bildirmişdir: "Vallahi, Əbu Talib mömin və müsəlman idi, amma qüreyşi¬lərin Bəni-Haşimi özlərindən uzaqlaşdıracağından qorxaraq, imanını gizli saxlamışdı" ("Əl-Ğədir", cild 7, səh. 388).

2. Bir dəfə Əmirəlmöminin Əlidən (ə) soruşurlar ki, Həzrəti Muhəmməd Peyğəmbərdən (s) əvvəlki vəsilərin (yəni peyğəmbər canişinlərinin) sonuncusu kim idi? İmam cavab belə verir: "Atam" ("Əl-Ğədir", cild 7, səh. 389).

3. Dürüst ibn Əbu Mənsur adlı səhabə İmam Kazimdən Əbu Talibin İslam dinində yeri barədə soruşanda İmam belə cavab vermişdir: "...O, peyğəmbərə və onun gətirdiklərinə (yəni Qurana və dini hökmlərə) iman gətirmişdi. Peyğəmbərlərdən qalmış əmanətləri Həzrəti Muhəmmədə (s) təhvil verdi və elə həmin gün vəfat etdi" ("Usuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 18).

4. İmam Məhəmməd Baqirdən (ə) rəvayət edilən hədisdən məlum olur ki, Əli (ə) bəzi adamlara öz atası Əbu Talibin əvəzinə həccə getməyi tapşırırdı, özündən sonra da bunu vəsiyyət etmişdi ("Əl-Ğədir", cild 7, səh. 380).

5. İmam Əli (ə) buyurmuşdur: "Atam can verəndə Peyğəmbər onun yanına gəldi və mənə onun haqqında elə sözlər dedi ki, bu sözləri dünya və axirətdən üstün tuturam" ("Əl-Ğədir", cild 7, səh. 387).

6. İmam Rzadan (ə) rəvayət edirlər ki, Əbu Talibin üzüyünün qaşında belə yazılmışdı: "Rəbb olaraq Allahı, peyğəmbər kimi qardaşım oğlu Məhəmmədi (s), onun canişini kimi oğlum Əlini (ə) bəyəndim" (Qazi Nurullah Şüştəri - "Məcalisu`l-muminin", cild 5, səh. 163).

7. İmam Sadiq (ə) buyurmuşdur: "Əbu Talib Əshabi-Kəhfə bənzəyir; onlar imanlarını gizli saxlayıb, zahirdə özlərini müşrik kimi göstərdilər. Buna görə Allah onlara ikiqat səvab verdi" ("Usuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 28; "Əmaliyi-Səduq", məclis 89, hədis 13).

8. Bir dəfə İmam Zeynulabidindən (ə) soruşurlar ki, Əbu Talib mömin idi yoxsa yox? O, belə cavab verir: "Bəli". "Bəs, camaat deyir ki, guya kafir idi?" sualına isə İmam narahat halda belə cavab verir: "Çox maraqlıdır, görəsən onlar bununla Əbu Talibə tənə vururlar, yoxsa Peyğəmbərə? Allah-Təala öz peyğəmbərinə əmr etmişdi ki, heç bir mömin qadını kafir kişinin kəbinində saxlamasın. Şübhəsizdir ki, Əsəd qızı Fatimə ilk iman gətirmiş qadınlardan idi. Əbu Talib vəfat edincəyə kimi Fatimə onun kəbinində yaşamışdır" (yəni əgər Əbu Talib kafir olsaydı, Peyğəmbər onunla həyat yoldaşı Əsəd qızı Fatimənin nikahını pozardı. Peyğəmbərin həyatından məlumdur ki, o bu əmrə ciddiyyətlə riayət edirdi. Hətta öz qızı Zeynəbin əri Əbu`l-As müsəlman olmadığından, Peyğəmbər onların nikahını pozmuşdu) (İbn Əbil-Hədid - "Şərhu Nəhcu`l-bəlağə", cild 3, səh. 312).

9. İmam Əli (ə) Əbu Talibin şeirlərini eşidəndə xoşhal olurdu və buyururdu: "Onun şeirlərini öyrənin və uşaqlarınıza da öyrədin; şübhəsiz, o (yəni Əbu Talib) Allahın dinində idi və onun şeirlərində çoxlu elm vardır" ("Əl-Ğədir", cild 7, səh. 393-394).

10. İmam Əskəri (ə) buyurmuşdur ki, Allah-Təala Peyğəmbərə belə vəhy edib: "Mən sənə iki dəstənin (şiəteyn) vasitəsilə yardım etdim. Bu dəstələrin biri sənə gizli, o biri aşkar kömək göstərdi. Gizli kömək edən dəstənin başçısı və ən üstünü əmin Əbu Talib idi. Sənə aşkarda kömək edən dəstənin başçısı və ən üstünü isə onun oğlu Əlidir (ə). Şübhəsiz, Əbu Talib Ali-Firondan olan mömin kimidir, öz imanını gizli saxladı" ("Əl-Ğədir", cild 7, səh. 395).

11. Birinci xəlifə Əbu Bəkrin belə söylədiyi rəvayət edilir: "Şübhəsiz, Əbu Talib "La ilahə illəllah, Muhəmmədun rəsulullah" deməyincə vəfat etmədi" ("Əl-Ğədir", cild 7, səh. 369).

Hədislərdən məlum olur ki, Əbu Talib Həzrəti Muhəmmədin (s) peyğəmbər olduğunu hələ onun doğumundan əvvəl bilirmiş. Öz nəslindən axirəz-zaman peyğəmbər çıxacağını ona əcadadları demişdi. Həmçinin, Əbu Talib xristian və yəhudi rahibləri ilə söhbətində də Muhəmmədin (s) peyğəmbər olacağını eşitmişdi.

12. İsmail ibn Ziyad adlı səhabə İmam Sadiqdən (ə) rəvayət edir ki, "Əbu Talib cümməl hesabı ilə müsəlman oldu və əli ilə 63 ədədini göstərdi" ("Üsuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 33).

Mərhum Əllamə Məclisi bu hədisi şərh edərək yazır ki, qədimdə insanlar öz barmaqlarından istifadə etməklə, bütün ədədləri göstərə bilirdilər. Onlar barmaqlarını 18 variantda bükməklə 1-dən 99-dək, daha 18 kombinasiya vasitəsilə 100-dən 9.000-dək ədədləri ifadə edirdilər. 10.000-dək ədədləri göstərmək üçün daha mürəkkəb əl hərəkətləri icra olunurdu. Bu cür saymağa "cümməl" hesabı deyirdilər.

Əbu Talibin hansı üsulla iman gətirdiyi barədə alimlər müxtəlif fərziyyələr irəli sürmüşlər. Onların bəzisi Əbu Talibin 63 dildə kəlmeyi-şəhadət söylədiyini, bəzisi isə Peyğəmbərin müdafiəsinə həsr olunmuş 63 qəsidə yazdığını bildirmişlər. Mərhum Şeyx Səduq "Məaniyyu`l-əxbar" kitabında (səh. 286) İmam Mehdinin (ə) naibi Əbu`l-Qasim Hüseyn ibn Ruhdan rəvayət edir ki, Əbu Talib Allahın üç adını söyləməklə iman gətiribmiş: "İlah", "Əhəd" və "Cəvad". Bu sözlərin əbcəd hesabı ilə qarşılıqlarının cəmi 63-dür (əlif-1, lam-30, hə-5, ha-8, dal-4, cim-3, vav-6).

Əbu Talibin şeirləri


Şübhəsiz, Əbu Talibin imanı barəsində mübahisələrə son qoymaq üçün ən yaxşı yol - onun öz şeirlərinə müraciət etməkdir. Hər sahədə öz müasirlərindən üstün olan Əbu Talib şeir söyləməkdə də məharət sahibi idi. Əbu Talibdən 3000-ə yaxın irili-xırdalı şeir parçası yadigar qalmışdır. Məşhur biblioqraf Ağa Buzurg Tehrani "Əz-Zəriə" əsərində yazır ki, Əbu Talibin divanını lüğət alimi Əbu Nueym Əli ibn Həmzə Bəsri Təmimi (vəf. 375-ci hicri il) toplamışdır; o öz növbəsində divana daxil olan şeirləri Təl’əkbəri və s. məşhur alimlərin əsərlərindən rəvayət etmişdir. Həmçinin, hicri II əsrdə yaşamış Əbu Həffan Abdullah ibn Əhməd Bəsri də Əbu Talibin şerlərindən ibarət bir divan tərtib etmişdir. Bu kitabların hər ikisi hicri 1356-cı ildə Nəcəf şəhərində çap olunmuşdur.

Həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən müxtəlif mövzularda (tarix, təfsir, hədis və s.) qələmə alınmış yüzlərlə kitabda Əbu Talibə aid olan şeir nümunələri verilmişdir. Əllamə Əmini "Əl-Ğədir" kitabının 7-ci cildində onlarla kitabdan (nüsxə fərqlərini də qeyd etməklə) bu şeirləri nəql etmişdir. Biz də dediklərimizi sübuta yetirmək üçün həmin şeirlərdən bəzi nümunələrin tərcüməsini aşağıda qeyd etməyi lazım bildik:

a) Əbu Talib Həzrəti Muhəmməd Peyğəmbərə (s) xitabən buyurmuşdur:

"Vallahi, mən torpaqlar altında dəfn olunmayınca
Onlar (müşriklər) birləşsələr də, sənə toxuna bilməzlər.
Sənə əmr olunanları aşkarda söylə, heç nədən qorxma,
İnsanlara müjdə ver, onların gözünü işıqlandır!

Məni dinə dəvət etdin, bildim ki, sən mənimçün xeyirxah məsləhətçisən,
Əlbəttə, sən doğru deyirsən və bundan əvvəl də əmin (əmanətdar) şəxs idin.
Mən yəqin bilirəm ki, həqiqətən, Muhəmmədin dini
Dünyadakı bütün dinlərdən ən yaxşı dindir!"

b) Əbu Talib başqa bir şeirində belə deyir:

"Ey Allahın şahidi, mənə şahid ol ki,
Həqiqətən, mən Əhməd adlı peyğəmbərin dinindəyəm!
Hər kim bu dindən azsa da, mən hidayət olmuşam".

c) Əbu Talib Həzrəti Muhəmməd Peyğəmbərin (s) barəsində buyurmuşdur:

"Allah Muhəmmədə kəramət bəxş etdi,
Allahın yaratdığı insanların ən kəramətlisi Əhməddir.
Allah onun adını öz adından yaratmışdır.
Belə ki, ərşin sahibi Mahmuddur, o (peyğəmbər) isə Muhəmməddir".

ç) Əbu Talib nəinki yalnız özü Peyğəmbərə iman gətitmişdi, o həm də başqalarını bu yola dəvət edirdi. Cəfərin başçılığı altında müsəlmanlar Həbəşistana hicrət etdikdən sonra Əbu Talib həbəş hökmdarı Nəcaşiyə yazmışdı:

"Ey Həbəşistan hökmdarı, şübhəsiz, Muhəmməd də
Musa və Məryəm oğlu İsa kimi peyğəmbərdir.
İnsanları hidayət etmək üçün o iki nəfər kimi din gətirdi,
Bütün peyğəmbərlər Allahın əmri ilə insanları hidayət etmiş və günahdan çəkindirmişlər.
Yəqin siz öz kitablarınızda onun haqqında xəbərlər oxumusunuz,
Bu xəbərlər doğrudur və şəkk-şübhədən uzaqdır.
Allaha şərik qoşmayın və İslama gəlin,
Haqqın yolu zülmət deyil, aşkardır".

d) Əbu Talib öz qardaşı Həmzəyə üz tutaraq söyləmişdi:

"Əhmədin dinində səbirli və sabitqədəm ol,
Bu yolu başqalarına da aşkarla ki, uğur qazanasan.
Rəbbindən din gətirmiş doğrucul və haqlı şəxsi (yəni Muhəmmədi) himayə et,
Ey Həmzə, onun üzünə ağ olma!
Sən mömin olduğunu söyləsən, mən sevinərəm,
Dində Allahın rəsuluna yardımçı ol!
Qüreyşilər arasında durub ucadan öz imanını elan et,
Söylə ki, Əhməd sehrbaz deyil!"

e) Əbu Talibə məxsus məşhur "Qəsideyi-lamiyyə"də deyilir:

"Onlar bildilər ki, övladımız (yəni Muhəmməd) bizim gözümüzdə yalançı deyil,
Və o, batil sözlərə etina etməz!
Bəndələrin rəbbi ona öz köməyilə yardım etsin,
Və batildən uzaq, haqq olan dini aşkara çıxarsın!"

ə) Əbu Talib Məkkə müşriklərinə üz tutaraq, Həzrəti Muhəmməd Peyğəmbərə (s) sonsuz sədaqətini belə ifadə etmişdi:

"Ümid edirsiniz ki, biz Muhəmmədi qətl etmək cəhdiniz qarşısında sakit duracağıq,
Və nizələrimizin ucu sizin qanınıza bulaşmayacaq?
Allahın evinə and olsun ki, yalan deyirsiniz!
Görəcəksiniz ki, bu halda Hətim və Zəmzəm quyusu kəsilmiş başlarımızla dolana kimi sizinlə döyüşəcəyik!".

f) İmam Sadiq (ə) rəvayət edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) ilk vaxtlarda camaat namazını Əli (ə) ilə birlikdə qılırdı. Bir gün Əbu Talib öz oğlu Cəfərlə onların yanına gəlib çıxdı və Cəfərə söylədi: "Oğlum, əmin oğlunun yanında dur". Cəfər də Peyğəmbərin arxasında Əli (ə) ilə yanaşı durub namaz əməllərini icra etməyə başladı və onlar üçlükdə namazı başa çatdırdılar. Əbu Talib kənardan bu mənzərəyə baxıb sevindi və bu şeiri oxudu:

"Şübhəsiz, zəmanənin çətinlikləri qarşısında
Əli və Cəfər mənim etimad yerimdir.
İkiniz də əminiz oğlunu tək buraxmayın.
Onun atası qardaşlarım arasında həm ata, həm də ana tərəfdən yeganə doğma qardaşımdır".


Peyğəmbər Əbu Talibi xeyir-dua ilə yad edirdi


Həzrəti Muhəmməd Peyğəmbər (s) Əbu Talibə nəinki sağlığında sonsuz ehtiram bəsləmiş, hətta vəfatından sonra da onun ruhunu rəhmət və xeyirxahlıq arzusu ilə yad etmişdir. Aşağıdakı rəvayətlərdən bu, aşkar görünür:

a) Bir dəfə Peyğəmbərin əmisi Abbas ondan soruşur: "Ya Rəsulullah, Əbu Talib üçün Allahdan nə isə diləyirsənmi?". Peyğəmbər belə cavab verir: "Rəbbimdən bütün xeyir və yaxşılığı onun üçün diləyirəm" ("Əl-Ğədir", cild 7, səh. 373). Rical alimləri söyləmişlər ki, bu hədisin bütün raviləri siqqətdir (yəni mötəbərdir).

b) Əbu Talibin oğlu Əqil İslamı qəbul edəndən sonra Peyğəmbər ona xitabən söylədi: "Ey Əbu Yezid! Mənim sənə ikiqat məhəbbətim var. Əvvəla, ona görə ki, mənə qohumsan. İkincisi, ona görə ki, əmim Əbu Talibin səni çox sevdiyini bilirəm" ("Əl-Ğədir", cild 7, səh. 375).

c) Peyğəmbər Əbu Talibin vəfat xəbərini eşidəndə sonsuz dərəcədə kədərlənmiş, ağlamış, onun dəfnində şəxsən iştirak etmiş və onun ruhu üçün xeyir-dua etmişdir. Rəvayət edirlər ki, Əbu Talib vəfat edərkən Həzrəti Muhəmməd Peyğəmbər (s) öz kədərini belə ifadə etmişdi: "Vay ata! Vay Əbu Talib! Sənin vəfatına görə çox hüznlüyəm. Necə buna səbir edim ki, mən kiçik olanda sən məni tərbiyə etdin, böyüyəndə dəvətimi qəbul etdin. Sən məni göz bəbəyi və bədəndəki ruh qədər sevirdin! " ("Təfsiri-nümunə", cild 5, səh. 196).

ç) Əbu Talibin dəfnindən qayıdandan sonra Peyğəmbər camaatın içində durub belə söyləmişdi: "Vallahi, qiyamət günündə əmim üçün elə şəfaət edəcəyəm ki, bütün insanlar və cinlər heyrət içində qalacaqlar" ("Əl-Ğədir", cild 7, səh. 386).


Əbu Talibin vəsiyyəti


Əbu Talibin Həzrəti Muhəmmədə (s) bir peyğəmbər və din başçısı kimi əhəmiyyət verməsi və onun təhlükəsizliyi barədə narahat olması ölümqabağı qüreyşilərə söylədiyi vəsiyyətdən də aşkar görünür: "...Sizə bu evə (yəni Kəbəyə) hörmətli olmağı vəsiyyət edirəm; Rəbbin razılığı, ruzinin davamlılığı və çətinliklər qarşısında dözüm bundan asılıdır. Qohumlarla əlaqəni sıxlaşdırın, üzməyin, çünki qohumlarla mehribanlıq ölümü uzaqlaşdırar və artımı çoxaldar. Zülmdən əl çəkin, sizdən əvvəlkilər zülmkarlıq üzündən həlak oldular. Çağırana hay verin, yardım istəyənin dadına çatın, həm həyatın, həm də ölümün şərəfi bundadır. Sözünüzdə dürüst və etibarlı olun ki, camaat içində ehtiramınız olsun!

Sizlərə Muhəmmədlə münasibətdə yaxşı davranmağı vəsiyyət edirəm. O, Qüreyşin əmanətdarı, ərəblərin ən dürüstü və sizə vəsiyyət etdiklərimin hamısını özündə birləşdirəndir. O, sizin üçün elə bir din gətirmişdir ki, qəlb və ruhlar qəbul edir, amma dillər istehza və tənə qorxusundan inkar edir..." ("Əl-Ğədir", cild 7, səh. 366).


Nəticə


Sonda bütün deyilənləri ümumiləşdirərək, oxuculara bu sualla müraciət edirik: Həzrəti Muhəmmədin (s) doğumundan əvvəl Əbu Talib onun peyğəmbər olacağını bilmiş və onun dininə iman gətirdiyini elan etmişdir. Peyğəmbərimizin dəvətinin ilk dövrlərindən başlayaraq, Əbu Talib onu müdafiə etmiş, hətta öz oğulları Əli və Cəfəri, qardaşı Həmzəni müsəlman olmağa həvəsləndirmişdir. Qüreyşin bütün təzyiqlərinə səbir və dəyanətlə dözən bu qocaman şəxs bir an da olsa, öz himayəsini Peyğəmbərin üzərindən götürməmişdir. Müşriklər müsəlmanlara qarşı ümumi boykot elan edib onları Məkkədən qovduqda, Əbu Talib də onlara qoşuldu və özünə məxsus olan ərazidə (Əbu Talib dərəsi kimi məşhurdur) müsəlmanlara yer verdi. Orada sonsuz əziyyətlərə, aclığa, soyuğa, müxtəlif əzablara sinə gərdi və elə bu işgəncələr nəticəsində sağlamlığı tamamilə pozularaq, qısa müddətdən sonra vəfat etdi. Nəzərə almaq lazımdır ki, bu zaman Əbu Talib qəbilə rəisi və kifayət qədər nüfuza malik şəxs idi. O, sakit yaşamaq xatirinə Peyğəmbərə arxa çevirə də bilərdi. Lakin Əbu Talib daxilindən gələn imanın təsiri ilə Sonuncu Peyğəmbərə sonuncu dini yaymaq işində yardımçı olmağı üstün tutdu. Bütün bunlardan sonra onu müşrik və kafir saymaq məntiqə və insafa nə dərəcədə uyğundur?



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor