RSS
 

Login:
Şifrə:
» » Qadın kişinin qabırğasından yaranıb?

Xəbər lenti

Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM...
Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qadın kişinin qabırğasından yaranıb?

 
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 29-11-2015, 07:52 | Şərh sayı: (0) | Baxılıb: 1065

Qadın kişinin qabırğasından yaranıb?


Qadın kişinin qabırğasından yaranıb?


İslam tarixi boyunca dinimizin əsas məsələləri barəsində bə’zən nadanlıq üzündən, bə’zən də qəsdən təhriflər yaradılmış, İslam həqiqətləri camaata dəyişdirilmiş şəkildə çatdırılmışdır. Belə təhriflərin böyük bir qismi qadın mövzusuna aiddir. Əksər hallarda yaranmış təhriflər qadınların cəmiyyətdəki rolunu azaltmaq, onun kişidən qat-qat aşağı səviyyədə duran yararsız bir varlıq olduğunu sübuta yetirmək məqsədi güdmüşdür. Belə məsələləri ortaya atan şəxslər Qur’an ayələrini və mə’sumların hədislərini öz xeyirlərinə şərh etmiş, məntiqə və sağlam düşüncəyə sığmayan "sübutlar" gətirməkdən belə çəkinməmişlər. Dini mənbələrdə rast gəlinən bə’zi zəif və qondarma hədislər də onların əlində istinad obyekti olmuş və əsas silah kimi istifadə olunmuşdur.



İddiaçıların dəlilləri


Qadın mövzusu ilə bağlı yaranmış belə təhriflərdən biri də bundan ibarətdir: Bə’zi kitablarda iddia olunur ki, guya Allah-Təala Həvvanı Adəmin qabırğasından yaratmışdır. Hətta məsələyə daha da "dəqiqlik" gətirərək, Həvvanın Adəmin sol qabırğasından yarandığını söyləmişlər. Bu fikri inkişaf etdirib ümumiləşdirərək, belə bir nəticəyə gəlmişlər ki, bütünlükdə qadın cinsi kişidən törəmişdir və buna görə də ondan aşağıdır. Görünür, bu fikrin tərəfdarlarının əlindəki ən "tutarlı" sənəd - Həzrəti Muhəmməd peyğəmbərlə (s.ə.s.) İmam Cə’fər Sadiqdən rəvayət olunmuş iki hədisdir. Bu hədislər "Furui-Kafi"nin "Nikah" kitabında, "Mudaratu'z-zəvcə" babındadır (5-ci cild, 513-cü səh).

Şeyx Kuleyni sənəd silsiləsi ilə İmam Sadiqdən (ə) rəvayət edir ki, Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Qadın əyri qabırğa kimidir; əgər toxunmasan, ondan faydalana bilərsən. Əgər əyib düzəltmək istəsən, sınar". O biri hədisdə isə İmam Sadiqin (ə) dilindən rəvayət olunub: "Həzrəti İbrahim (ə) Saranın xasiyyətinin pisliyindən Allaha şikayət etdi. Allah ona vəhy göndərdi ki, qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər. Buna görə onunla səbirlə rəftar et".

Həmçinin, bu fikrin tərəfdarları Əllamə Məclisinin İmam Sadiqdən (ə) rəvayət etdiyi daha bir hədisi də öz dediklərinə dəlil sayırlar: "Qadına (ərəb dilində) ona görə "mər’ə" deyilir ki, o, kişidən (ərəbcə "mər’") yaradılıb" (Əllamə Məclisi - "Həyatu'l-qulub", 1-ci cild, 24-cü səh).

Qəribədir ki, bə’ziləri bu iddianı şişirdərək gülünc səviyyəyə çatdırmışlar. Onlar iddia etmişlər ki, qadın kişinin qabırğasından yaradıldığı üçün, kişilərin sol qabırğalarının sayı sağdakılara nisbətən bir ədəd azdır.

Bu iddianın nə dərəcədə gülünc olduğu göz qabağındadır. Müasir elmi imkanlardan istifadə edərək, rentgen şüaları vasitəsilə asanlıqla sübuta yetirmək olar ki, kişilərlə qadınlar arasında qabırğaların sayı baxımından qətiyyən fərq yoxdur.


İddiaların cavabı


Bəs bu cür əsassız iddialardan çıxış yolu nədədir? Əgər Həvva Adəmin qabırğasından yaranmamışdırsa, yuxarıda göstərilmiş hədislər haradan əmələ gəlmişdir?

İlk öncə bunu qeyd etmək lazımdır ki, böyük İslam alimləri ilk iki hədisin sənəd baxımından e’tibarsız olduğunu bildirmişlər. Əsrimizin məşhur tədqiqatçı alimlərindən sayılan Ayətullah Cavad Amuli göstərilən mövzuya müstəqil məqalə həsr etmiş və həmin hədislərin zəif olduğunu göstərmişdir.

Mö’təbər hədislər qadının qabırğadan yaranması fikrinin qətiyyətlə rədd edir. Biz aşağıda bu məsələyə aydınlıq gətirən və həqiqəti aşkara çıxaran hədislərin bir neçəsini diqqətinizə çatdırırıq.

1. Əmr bin Əbi'l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: "Allah Həvvanı nədən yaradıb?". İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: "Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?" Soruşdular: "Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?" İmam belə cavab verdi: "Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı".

Bu hədis aşağıdakı mö’təbər kitablarda qeyd olunmuşdur:

Əyyaşi Səmərqəndi - "Əyyaşi təfsiri", 1-ci cild, 216-cı səh.;
Seyyid Haşim Bəhrani - "Təfsiri-burhan", 1-ci cild, 3360cı səh.;
Əllamə Məclisi - "Biharu'l-ənvar", 5-ci cild, 31-ci səh.;
Əllamə Məclisi - "Həyatu'l-qulub", 1-ci cild, 27-28-ci səh.;
Ayətullah Reyşəhri - "Mizanu'l-hikmə", 19565-ci hədis.


2. Məşhur səhabə Zürarə ibn Ə’yun İmam Cə’fər Sadiqlə (ə) Həvvanın yaradılışı barəsində danışır və deyir ki, camaatın danışdığına görə, guya Allah Həvvanı Adəmin sol tərəfindəki qısa qabırğasından yaradıb. İmam buyurdu: "Sübhanəllah! Allah belə işdən uzaqdır! Onların sözlərindən belə çıxır ki, Allah Adəmdən ötrü onun qabırğasından savayı bir şeydən zövcə yaratmağa acizdir? Bu sözləri deyən adam şərait yaradır ki, Adəmin bə’zi bədən üzvlərinin qalan üzvlərlə evləndiyini (yə’ni Adəmin sanki öz-özü ilə evləndiyini) söyləsinlər!" Sonra İmam məsələni izah edərək belə buyurdu: "Allah Adəmi gildən yaradıb, mələklərə ona səcdə etməyi əmr etdikdən sonra Adəmi yatırtdı. Sonra Həvvanı yaradıb onu Adəmin kürəyinə söykənmiş halda qərarlaşdırdı..." (Hədisin davamında Adəmlə Həvvanın söhbəti və Adəmin "elçiliyi" təsvir edilir).

Bu hədis də aşağıdakı mənbələrdə öz əksini tapmışdır:

Şeyx Səduq - "Mən la yəhzuruhu'l-fəqih", 4336-cı hədis, 3-cü cild, 379-cu səh.;
Əllamə Məclisi - "Həyatu'l-qulub", 1-ci cild, 27-28-ci səh.

Diqqətəlayiq cəhət bundan ibarətdir ki, mötəbər kitabların bir neçəsində bu məsələ barəsində qeydlər mövcuddur. Belə ki, həmin kitablarda Həvvanın qabırğadan yaranması təkidlə rədd edilir. Məsələn, Əllamə Məclisi "Həyatu'l-qulub" kitabının 1-ci cildində yazır ki, kitablarda rast gəlinən müvafiq məzmunlu hədisləri məsumlarımız təqiyyə üzündən söyləmişlər. (İnsanın canını qorumaq naminə rəqib qarşısında öz rəyini gizlətməsinə və qarşı tərəfin tələb etdiyi sözləri söyləməsinə "təqiyyə" deyilir. Bə’zən imamlarımız zalım xəlifələrin zülmündən amanda qalmaq üçün onları razı sala biləcək sözlər söyləmiş, sonralar imkan yaranan kimi düzgün nəzəriyyəni müdafiə etmişlər). Əllamə Məclisi mötədil əxbari məsləkinə mənsub idi. Onun əsərlərində bu məsləki müdafiə edən bə’zi rəvayətlərə də rast gəlmək mümkündür. Ümumiyyətlə, əxbarilər hədislərə ifrat etibarla yanaşır, hətta bəzən sağlam məntiqə uyğun gəlməyən zəif hədisləri də müdafiə etməkdən çəkinmirdilər. Əgər Əllamə Məclisi, qadının kişinin qabırğasından yaranması barəsində olan hədisləri təqiyyə ilə əlaqələndirib ona inanmamağı təklif etmişdirsə, deməli, bu hədislər İslam məntiqi ilə açıq-aşkar və qeyd-şərtsiz olaraq ziddiyyət təşkil edir.

Əllamə Məclisi "Həyatu'l-qulub" kitabında bunu da qeyd etmişdir: Şiə və sünni alimləri Vəhəb ibn Munəyyədən rəvayət ediblər ki, Allah-Təala Həvvanı Adəmin gilinin artığından onun timsalında yaradıb.

Qadının (yəni Həvvanın) qabırğadan yaradıldığını iddia edənlər aşağıdakı Qur’an ayəsini də öz fikirlərinə uyğun şəkildə şərh edirlər: "Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da çoxlu kişi və qadın törədən Rəbbinizə qarşı təqvalı olun!" (Nisa, 1).

Lakin müfəssirlər qeyd etmişlər ki, bu ayədəki "nəfs" sözü yalnız konkret şəxsə (Adəmə) aid olunmamalıdır; "nəfs" sözü həm də insan cinsinə şamildir. Allah-Təala bu və buna bənzər digər ayələrdə (Rum, 21; Nəhl, 72) bütün bəşəriyyətin "insan" adlı varlıqdan yarandığını bəyan edir; bununla da Darvinin meydana atdığı təkamül nəzəriyyəsinin puçluğu aşkara çıxır.

Əgər ayədəki "nəfs" kəlməsini Həzrəti Adəmə aid etsək də, etiraf etməliyik ki, burada qabırğadan yaradılmaya kiçicik bir işarə də olsa yoxdur. Adəm və Həvva iki müstəqil fərd olaraq yaradılmışlar, ilk öncə Adəm, ondan sonra Həvva xəlq olunmuşdur. Onları birləşdirən müştərək cəhət budur ki, əvvəla, hər ikisi eyni bir varlıq cinsinin - bəşəriyyətin nümayəndələri olmuşlar. İkincisi, Həvva Adəmin yaradıldığı materialdan - gildən xəlq olunmuşdur. Daha dəqiq desək, Adəm yaradıldıqdan sonra qalan gildən Həvva yaranmışdır.

Bə’zi alimlər ortada barışdırıcı mövqe tutaraq bildirmişlər ki, Allah Həvvanı Adəmin sol qabırğasından deyil, sol qabırğasının yaradıldığı gilin artığından xəlq etmişdir. Mərhum Şeyx Səduq "Mən la yəhzuruhu'l-fəqih" kitabında Zürarənin İmam Sadiqdən (ə) rəvayət etdiyi hədisi verdikdən sonra Qur’ani-Kərimin "Nisa" surəsinin 1-ci ayəsi barəsində yazmışdır ki, ayənin təvili (rəmzi şərhi) belədir: Həvva Adəmin sol qabırğasından artıq qalmış gildən yaradılıb.

Bu mövzu ətrafında məşhur alimlərdən bir neçəsinin rəyi ilə tanış olmaqla məsələyə daha da aydınlıq gətirmiş olarıq. Məşhur ruhani alim və ədib, "Nəhcu'l-bəlağə" kitabının tərtibçisi Seyyid Rəzi "Həqaiqu't-təvil" kitabında yazır ki, ayədəki "nəfsi vahidə" (vahid nəfs) - "həqiqətu'l-vahidə"dir. Yəni kişi ilə qadın eyni bir həqiqətdən xəlq olunmuşlar.

Əllamə Şə’rani kişilərdə qadınlara nisbətən bir ədəd az qabırğa olması məsələsini açıqlayaraq qeyd etmişdir ki, kişilərin qabırğasının qadından az olması hiss və təcrübə ilə duyulmaz. Əslində, onların qabırğaları sağ və sol tərəflərdə eynidir ("Mən la yəhzuruhu'l-fəqih"in haşiyəsi, 3-cü cild, 381-ci səh).

"Təfsiri-Əyyaşi"nin haşiyəsində isə məşhur hədisçi-filosof Feyz Kaşaninin baxışı işıqlandırılır. Feyz Kaşani bu fikirdə idi ki, qadının kişiyə məxsus sol qabırğadan yaradılması zahiri deyil, batini mənada qəbul olunmalıdır. Bədənin sol tərəfi adətən, cismani istəklərə və emosiyalara aid edilir. Sağ tərəf isə ağla və ruhani mələkut aləminə aid sayılır. Məhz bu səbəbdəndir ki, bir çox müstəhəb əməllərin sağ tərəfdəki bədən üzvləri ilə icra olunması təkid edilir. Əksinə, çirkin işləri isə bədənin sol tərəfdəki üzvləri ilə yerinə yetirirlər. "Həvva Adəmin sol qabırğasından yaradılıb" ifadəsi qadında emosiyaların və dünyəvi istəklərin üstünlük təşkil etməsini göstərir.

Müqəddəslərimizdən rəvayət olunan onlarla hədis, həmçinin, müsir psixologiya elminə aid bilgilər də deyilənləri sübuta yetirir. Həqiqətən, qadın kişiyə nisbətən daha həssas, emosional və hissiyyata qapılandır. Kişilər isə nisbətən daha artıq məntiqlə və soyuq düşüncə ilə hərəkət etməyə, qeyri-emosional addımlar atmağa meyillidirlər. Elə bu xüsusiyyət birgə ailə həyatında tərəflərin bir-birini tamamlamasını və bir-birinə yardım göstərməsini təmin edir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor