RSS
 

Login:
Şifrə:
» » DUALARIN MÜSTƏCAB OLMASI NIYƏ GECIKIR?

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






DUALARIN MÜSTƏCAB OLMASI NIYƏ GECIKIR?

 
Müəllif: Admin | Bölmə: Slide, Dualar | Vaxt: 11-01-2016, 19:44 | Şərh sayı: (0) | Baxılıb: 799

DUALARIN MÜSTƏCAB OLMASI NIYƏ GECIKIR?


DUALARIN MÜSTƏCAB OLMASI NIYƏ GECIKIR? Bəzən duaların qəbul olduğu vaxtın çox gecikdiyinin şahidi oluruq. Çətinliyə düşən adam hey dua edir, amma istəyi o an yox, xeyli sonra həyata keçir. Bu hal bəzən dua edən şəxsdə ümidsizlik və ruh düşkünlüyü yaradır. Insan sanki Allah tərəfindən unudulduğunu, tənha buraxıldığını sanır. Düşünür ki, əgər Allahın yanında qiymətim olsaydı, səsimi tez eşidər, ehtiyacımı tez ödəyərdi.

Amma buna görə narahat olmağa dəyməz. Doğrudur, çətin anlarda duaların qəbulunun gecikməsi insan üçün bəzi psixoloji, mənəvi və maddi ziyanlar yaradır. Amma belə vaxtlarda Allah tərəfindən unudulduğunu düşünmək, duanın icabətinin (müstəcab olmasının) gecikməsini cəza kimi qəbul etmək doğru deyil. Allahın bütün etdikləri hikmətə əsaslanır. Ilk və səthi baxışda bir cür görünən məsələlərin əsl səbəbi tamam başqa cür ola bilər. Cəza kimi anladığımızın əslində mükafat olması, əksinə, mükafat kimi bəyəndiyimizin isə ağır cəza kimi verilməsi mümkündür.

Islam müqəddəslərinin hədislərində duaların müstəcab olmasının gecikməsi üçün bir neçə mümkün səbəblər xatırlanır. Məsələn, səbəblərdən biri bundan ibarət ola bilər ki, Allah dua edən bəndənin səsini xoşlayır, onun duasını həmdü-səna kimi dəyərləndirir və buna görə ona savab yazır. Imam Cəfər Sadiq (ə) buyurub ki, Allah dostlarından biri çətinlik zamanı dua edəndə Allah həmin ehtiyacı ödəməyə məmur etdiyi mələyə buyurar: «Bəndəmin istəyini yerinə yetir, amma tələsmə. Mən onun səsini çox xoşlayıram».
Duaların qəbulunun gecikməsi bu səbəbdən də ola bilər: Allah bəndənin ehtiyacını gec ödəməklə və ya heç ödəməməklə istəyir ki, bəndə əziyyət çəkib səbr etsin və savab qazansın. Hədislərin birində deyilir ki, qiyamət günündə Allah bu insana müraciət edər: «Sən mənə kiçik bir məsələ üçün dua etdin, amma mən icabəti yubandırdım. Indi bunun əvəzində sənə qat-qat çox mükafat verirəm». O zaman bəndə arzu edər ki, kaş dünyada onun heç bir duası müstəcab olmayaydı və bütün duaların əvəzi axirətdə veriləydi.

Bəzən isə Allah dua edən şəxsi təhlükədən qorumaq üçün duasını qəbul etmir. Məsələn, adamın istədiyi şey özü də bilmədən onun ziyanına yönələ bilər. Ya da nemət qazandıqdan sonra onu danar, xasiyyətində məğrurluq yaranar, Allaha naşükürlük edər, hətta bu nemətdən günah məqsədlər naminə yararlanar. Təsəvvür edin ki, bir nəfər bahalı bir tüfəngi almaq arzusu ilə yaşayır. Amma bilmir ki, həmin tüfəngi aldıqdan sonra ehtiyatsızlıq üzündən onunla öz doğma balasını vurub öldürəcək. Ya da kasıb bir adam mal-dövlət sahibi olmaq, vəzifə qazanmaq istəyi ilə alışıb-yanır. Amma bunları əldə edəndən sonra nankor, zalım və simic bir şəxsə çevrilr, özündən zəifləri əzir, haram girdabında batır. Gəlin düşünək, bu nemətlərin əldə edilməsinin nə faydası var? O adamın duasının qəbul edilməsindənsə, istədiyinin üzünə həsrət qalması onun üçün daha yaxşıdır.

Duanın müstəcab olmasının yubanma müddəti barədə rəvayətlərdəki məlumatlar müxtəlifdir. Bir qisim hədislərdə duanın ilk cümə günündə müstəcab olacağı deyilir. Imam Sadiq (ə) buyurub: «Bəzən mömin dua edər, icabəti cümə gününə kimi təxirə salınar». Başqa bir hədisdə Imam Cəfər Sadiq (ə) bəzi duaların edildiyi vaxtdan 20 il sonra qəbula yetə biləcəyini xəbər verib. Bəzən isə duanın müstəcab olması 40 il gözləyə bilər. Məsələn, Həzrət Musa Peyğəmbərin (ə) firon barədə bəd-dua etməsi ilə fironla qoşununun suda batması arasında 40 il müddət keçmişdi. Bəzi hədislərdə isə icabətin gecikmə müddəti üçün konkret vaxt təyin edilməyib və «bir müddət», «gec də olsa» ifadələri işlədilib.


NIYƏ DUALARIMIZ MÜSTƏCAB OLMUR?

Dualarımızın Allah dərgahında qəbul edilməməsinin səbəbləri barədə mövcud məlumatları yekunlaşdıraraq bunları söyləyə bilərik:
a. Bəzən dualarımızın qəbul olmamasının səbəbi Allahı tanımamağımız olur. Imam Cəfər Sadiqdən (ə) bu barədə soruşduqda cavab vermişdi ki, çağırdığınızı (yəni Allahı) tanımadığınız üçün dualarınız qəbul edilmir. Burada Allahı tanımaq o deməkdir ki, insan Allaha tam təvəkkül edərək istəyini Ona bildirsin, duasının eşidiləcəyinə arxayın olsun, şəkk etməsin. Həm də kimə dua etdiyini anlasın və bu işdə məsuliyyətli olsun, ilahi dərgahın qapılarını yersiz arzularla, haram istəklərlə döyməsin.

b. Allah-təala Quranda buyurur: «(Ya Rəsulum!) Bəndələrim məni səndən soruşduqda söylə ki, mən (onlara) yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər» (Bəqərə, 186). Ayədən göründüyü kimi, Allah bizə xəbərdarlıq edir ki, duasının qəbul olmasını istəyən adam gərək Allahın göstərişlərini yerinə yetirsin. Allahın çağırışını qəbul etməyən şəxs necə ümid edə bilər ki, Allah onun çağırışını qəbul edəcək?

Məşhur sufi Ibrahim Ədhəmdən soruşdular ki, niyə biz dua edirik, amma müstəcab olmur? Ibrahim Ədhəm cavab verdi: «Ona görə ki, Allah sizi çağıranda cavab vermirsiniz». Sonra o, aşağıdakı iki ayəni oxudu: «Allah (bəndələrini) əmin-amanlıq yurduna (cənnətə) çağırır və istədiyini doğru yola salır» (Yunus, 25). «Iman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur» (Şura, 26).

Rəvayət edirlər ki, bir nəfər Imam Cəfər Sadiqin (ə) yanına gəlib dedi: «Quranda iki ayə var ki, onları həyatda nə qədər axtarmışamsa tapa bilməmişəm». Imam soruşdu: «Hansı ayələrdir?». O adam dedi: «Rəbbiniz buyurdu: «Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim» (Mömin, 60) ayəsi. Biz Allaha dua edirik, amma cavab almırıq». Imam soruşdu: «Sənin fikrincə, Allah öz vədinə xilaf çıxarmı?». O adam cavab verdi: «Yox». Imam soruşdu: «Bəs, səbəbi nədir ki, dua edirsiniz, amma müstəcab olmur?». O adam dedi: «Səbəbin bilmirəm». Imam buyurdu: «Səbəbini mən sənə deyərəm. Hər kim Allahın əmrlərinə itaət etsə, sonra Onu dua məqsədilə çağırsa, Allah mütləq cavab verər». Sual verən soruşdu: «Allahı dua məqsədilə çağırmaq nədir?». Imam buyurdu: «Duanı Allaha həmdü-səna ilə başlamaq, Allahın nemətlərini xatırlamaq, şükr etmək, sonra Peyğəmbərə salavat göndərmək, öz günahlarını etiraf etmək, Allaha sığınmaq». Sonra Imam soruşdu: «Ikinci ayə hansıdır?». O adam dedi: «Nə xərclərsəniz, Allah əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır» (Səba, 39) ayəsi. Mən öz malımdan ehsan edirəm, amma əvəzi gəlmir». Imam yenə ondan soruşdu: «Allaha iftira atırsan ki, öz vədinə əməl etmir?». Cavab verdi: «Yox». Imam soruşdu: «Bəs, səncə səbəbi nədir ki, verdiyinin əvəzini almırsan?». O adam dedi: «Bilmirəm». Imam buyurdu: «Bil ki, sizlərdən hər kim halal sərvət qazansa və onu halal yerə xərcləsə, hər dirhəminin əvəzi mütləq verilər».

Hədisdən məlum olur ki, duasının qəbul edilməsini istəyən adam Allahın halal-haramını qorumalıdır. Malının bərəkətli olmasını istəyən də gəlirinin və çıxarının halal olmasına diqqət yetirməlidir.
c. Duaların qəbul edilməməsinin bir səbəbi də əmr bil-məruf və nəhy ənil-münkəri (camaatı yaxşı işlərə çağırıb pis işlərdən uzaqlaşdırmağı) tərk etməyimizdir. Imam Əli (ə) son vəsiyyətnaməsində buyururdu: «Əmr bil-məruf və nəhy ənil-münkəri tərk etməyin! Əks halda pisləriniz sizə hakim olarlar. O zaman dua edərsiniz, amma duanız müstəcab olmaz».


ALLAHDAN NƏ ISTƏMƏK MƏSLƏHƏTDIR?

Allahdan nəyi istəmək və nəyi istəməmək barədə tövsiyələrə gəlincə, burada ilk növbədə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: Insan gərək haram şeyləri, özünün layiq olmadığı nemətləri Allahdan istəməsin. Başqasının bədbəxtliyi hesabına nəyi isə əldə etmək üçün Allaha yalvarmaq da bəyənilmir. Dua hər kəsin vicdan işidir. Insan özü müəyyən etməlidir ki, Allahdan dilədiyinə layiqdir, buna haqqı çatır ya yox? Duaları daha çox axirət nemətlərinə, günahların bağışlanmasına, mənəvi fəzilətlərin qazanılmasına (imanlı, elmli və ədalətli olmaq, ibadətə həvəs göstərmək və s.) yönəltmək daha üstün sayılır. Boş, mənasız dualarla Allahın dərgahını narahat etməyə dəyməz. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, ümmətim üçün iki şeydən çox qorxuram: nəfsə tabe olmaqdan və arzulara uymaqdan. Həzrət Əli (ə) ilə isə buyurub: «Hər kim mənasız arzulara düşsə, əməlini zay edər». «Layiq olmadığın şeyə tamah salma».

Ən yaxşı dualar haqqında təsəvvür əldə etmək üçün Qurani-kərimə müraciət etmək yerinə düşər. Quranda Allah-təala mömin bəndələrin etdiyi bəzi duaları xatırladır. Bu dualar haqqında Allahın rəğbətlə söz açması bunu göstərir ki, Allah həmin duaları və onları edən şəxsləri sevir. Quranda aşağıdakı məzmunlu dualar olan ayələrə rast gəlirik: Allahın dünyada və axirətdə insana yaxşılıq (nemət) verməsi, cəhənnəm əzabından qoruması barədə (Bəqərə, 201); Allahın bizi haqqa şahid olanların cərgəsinə yazması barədə (Ali-Imran, 53); bizi və bizdən əvvəlki mömin qardaşlarımızı bağışlaması barədə (Həşr, 10); günahlarımızı və həddi aşmağımızı bağışlaması, haqq yolda qədəmlərimizi möhkəmlətməsi, kafirlərə qalib gəlmək üçün bizə yardım etməsi haqqında (Ali-Imran, 147); bizə səbr verməsi və bizi müsəlman kimi dünyadan aparması barədə (Əraf, 126); ibadətlərimizi qəbul etməsi haqqında (Bəqərə, 127); gücümüz çatmayan vəzifələri bizə yükləməməsi barədə (Bəqərə, 286); elmimizi artırması haqqında (Ta-Ha, 114); qiyamət günü bizi, valideynlərimizi və möminlərimizi bağışlaması barədə (Ibrahim, 41) və s.

Əlbəttə, çətinliyi olan şəxsin dünya işlərindən ötrü də Allaha dua etməsi normal haldır. Ruzinin artması, çətin bir məsələnin həll olması, xəstənin sağalması, borcun qaytarılması, həbsdə olanın azad edilməsi, ömrün uzun olması və sair məsələlər barədə də Allaha dua etməkdə bəndə tam azaddır. Bütün bu mövzular barədə Islam müqəddəslərinin – Peyğəmbərin və imamların dilindən rəvayət edilən mötəbər dualar vardır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor