RSS
 

Login:
Şifrə:
» » Örnək qadın: Həzrəti Fatimə (s.ə.)

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Örnək qadın: Həzrəti Fatimə (s.ə.)

 
Müəllif: Admin | Bölmə: Slide, Xanimlar üçün | Vaxt: 28-12-2015, 07:28 | Şərh sayı: (0) | Baxılıb: 1025

Örnək qadın: Həzrəti Fatimə (s.ə.)


Örnək qadın: Həzrəti Fatimə (s.ə.)


Özü üçün örnək və nümunə seçməyən çox az insan təsəvvür etmək olar

Etiqad, mədəniyyət, dil və milliyyətindən asılı olmayaraq, bütün insanlar həyatlarında verdikləri qərarlarının örnək və nümunələrinə uyğun olmasına çalışırlar. Bütün əməllərini hətta geyim, saç düzümü və danışıq tərzlərinin də onların əməl, geyim, saç düzümü və danışıq tərzi ilə həmahəng etməyə çalışırlar. Sanki bu istək, yəni nümunəyə meyllilik insanın fitri tələblərindən biridir. Amma təəssüflər olsun ki, hamı onu düzgün yola istiqamətləndirə biləcək və onun kamilliyinə səbəb olacaq nümunəni tapa bilmir. Çünki bu dünyada belə nümunələrin kənarında azdırıcı və insanın zəlalətinə səbəb olan nümunələr də az deyil. Özümüzə nümunə və örnək seçərkən onun necə şəxs olmasına, rəftar və sözlərinə diqqət yetirməliyik. Çünki kor-koranə seçim bizi məhvə doğru aparar. Bu seçimi etməkdə biz ağıl və ağılın qəbul etdiyi vəhydən kömək almalıyıq. İlk növbədə ağıl, pak insanın nümunə ola biləcəyinə hökm edir. Zəlalət və azğınlıqda olan zəlalət və azğınlığa aparar. Amma hidayət yoluna agah olan, pislikdən uzaq olan və vəhy tərəfindən bizə nümunə kimi tanıtdırılan şəxs isə sözsüz ki, insanları hər iki dünyada səadətə çatdırar. Belə nümunələrdən biri də İslam peyğəmbərinin (s) əziz qızı həzrət Fatimədir (s). Bu yazıda ilk növbədə o həzrətin məsum olması dəlillərini, daha sonra isə onun əxlaq və rəftarlarının bəzi nümunələrini diqqətinizə çatdıracağıq.

Fatimə (s) isməti Quranda

Quran- məcid qadınlar arasında Fatiməni (s) məsum kimi tanıyır. O, ömrü boyunca heç bir günah etməmiş və bütün əsrlərdə hər bir insan, xüsusilə qadınlar üçün nümunə sayılmışdır. Uca Allah Təthir ayəsini əhli-beytin məqam, fəzilət və ismətini təsdiq edən bir sənəd kimi bəşərə təqdim etmişdir: “ Allah hər növ çirkinliyi siz əhli-beytdən uzaqlaşdırmaq istəmişdir ”.( Əl -əhzab, 33 ) Bu ayə əhli-beytin hər növ çirkinlikdən uzaq olduğuna aşkar bir dəlildir. Allah rəsulunun (s) ailəsi sayılan başqa şəxslər bu fəzilətə şərik deyillər. Şiə və sünni rəvayətçilərinin nəql etdikləri hədisdə deyildiyi kimi bu fəzilət yalnız təyin olunmuş şəxslərə məxsusdur. Hətta ənənəyə görə əhli-beyt sayılan şəxslər də bu fəzilətə şərik deyillər. Peyğəmbərin (s) iffətli həyat yoldaşları belə hər iki məzhəbin ( şiə və sünni ) nəql etdikləri hədislərə əsasən bu fəzilətə şərik hesab olunmurlar. Belə rəvayətlərin bəzi nümunələrini aşağıdakı bölümdə diqqətinizə çatdırırıq.

Fatimə (s) isməti hər iki məzhəb rəvayətlərində

İmam Baqir (ə) buyurur: “ Allah rəsulu (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) barəsində olan Təthir ayəsi Ümm Sələmənin evində nazil olmuşdur. Bu ayə nazil olan zaman o həzrət Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) xeybər əbası altında toplayaraq, belə buyurdu: İlahi, bunlar mənim barələrində vədə verdiyin əhli-beytimdir. Çirkinliyi bunlardan uzaqlaşdıraraq bunları pakla! Bu vaxt Ümm Sələmə dedi: Ey Allahın rəsulu(s) məndə bunlarlayam? Həzrət buyurdu: Səni səadətə çatmağınla müjdələyirəm. Ümm Sələmənin ənənəyə əsasən əhli-beyt sayılmasına baxmayaraq, ayədə adı çəkilən dəstədən hesab olunmur. Bəzi rəvayətlərdə belə nəql olunur: Səni səadətə çatmağınla müjdələyirəm ”. Bu ayə yalnız mənim, qardaşımın, qızımın və Hüseynin (ə) nəslindən olan doqquz övladım barəsində nazil olmuşdur. Eyni məzmunlu hədis “ Durrul-mənsur ”da nəql olunmuşdur. Sünni rəvayətçilərinin nəql etdikləri başqa bir hədisdə Allah rəsulu (s) belə buyurur: “ Ey Fatimə! Allah sənin qəzəblənməyinlə qəzəblənər və sənin razı olmağınla razı olar”. Hakim Nişapuri və İbn Həcər Heysəmi bu hədisi nəql etdikdən sonra onun mötəbər olduğunu aşkar şəkildə təsdiq edirlər. Bu hədis yalnız və yalnız Fatimənin (s) məsum olduğu surətdə düzgündür. Çünki Allahın məsum olduğunu nəzərə alsaq, onun öz qəzəb və razılığını qeyri məsumla bir cərgəyə qoymasının əbəs və bihudə olduğunu təsdiq edərik. Allah yalnız məsum şəxsin qəzəblənməyinə qəzəblənər və onun razılığı ilə razı olar. Həm Quran və həm də rəvayətlər Fatimənin (s) məsum və günah və çirkinlikdən uzaq olduğunu təsdiqlədi. İndi isə o həzrətin hamımıza nümunə ola biləcək həyatından bəzi rəftar nümunələrini sizə təqdim edirik.

Həzrət Fatimənin (s) sevdikləri

İnsan təbiətində olan xüsusiyyətlərdən biri də məhəbbətdir. İnsan həyatdakı bəzi şeylərə məhəbbət bəsləyir. Yaş fərqinə görə insanlar arasında məhəbbət bəslənən şeylərdə müxtəlifdir. Məsələn; uşaq kiçik yaşlarında oyuncağa, bir az böyüdükdən sonra isə kitab-dəftərə daha sonra isə ....... məhəbbət bəsləyir. Bir sözlə məhəbbət bəsləyib nəyəsə əlaqəli olmaq insan təbiətinin ayrılmaz bir hissəsidir. Həzrət Fatimə (s) bu işlərdə də bizə nümunədir. Hədislərin birində o həzrətdən belə nəql olunur: Həzrət Fatimə (s) belə buyurdu: “ Sizin dünyanızdan üç şeyi sevirəm:
1.Quran oxumağı;
2.Allah rəsulunun (s) üzünə baxmağı;
3.Allaha xatir fəqirlərə kömək etməyi.

Həzrət Fatimə (s) ilk növbədə başqalarına dua edir

Dua insanın Allahı çağırmasıdır. Dua etmək İslam dininə məxsus olmayaraq, bütün dinlərdə var. Dua edənlərin əksəriyyəti ilk növbədə özləri barəsində dua edirlər. Amma həzrət Fatimənin (s) əxlaqi xüsusiyyətlərindən biri ilk növbədə başqalarına dua etməsi idi. İmam Hüseyn (ə), qardaşı imam Həsəndən (ə) belə nəql edir: Cümə axşamı anam Fatimənin (s) mehrabda ibadət etdiyini gördüm. O, sabaha qədər ruku və səcdə halında qalaraq, möminlərin bir-bir adlarını çəkərək onlar üçün dua edirdi. Amma bir dəfə də olsun özünə dua etmirdi. Anama belə dedim: Anacan! Başqaları üçün dua etdiyin kimi niyə özünə də dua etmədin? Buyurdu: Ey oğlum! Əvvəl qonşu, sonra ev.

Allah rəsulunun (s) razılığını dünya zinətindən üstün tutması

Qadınlar özlərini bəzəmək üçün boyunbağı, üzük və s. kimi zinət əşyalarından istifadə edirlər. Bu işin həm şəriət ( yalnız məhrəm olan kişilərin yanında ) və həm də adət-ənənə baxımından heç bir eybi yoxdur. Maddi durumları yaxşı olmayan qadınlar belə bəzək əşyalarından da məhrumdurlar. İslamın ilk çağlarında camaatın çox hissəsinin maddi durumu yaxşı deyildi. Yalnız müharibə qənimətləri olan zaman belə zinət əşyaları əldə edirdilər. Həzrət Əli (ə) müharibələrin birində qənimət olaraq, bir boyunbağı əldə etmiş və həyat yoldaşı Fatiməyə (s) hədiyyə etmişdir. Fatimə (s) bəzi vaxtlar o boyunbağını boynuna asardı. Bir gün Allah rəsulu(s) bu boyunbağını Fatimənin (s) boynunda gördü. Amma Fatimənin(s) boyunbağını boynuna asmasından xoşhal olmadı. Aşağıdakı hədis bu barədədir: İmam Səccaddan (ə) belə nəql olunur: Əsma bint Omeys dedi: Bir gün mən Fatimənin (s) yanında olarkən, Allah rəsulu (s) qızının evinə gəldi. Fatimə(s) Əlinin müharibə qəniməti kimi əldə etdiyi qızıl boyunbağını boynuna asmışdı. Allah rəsulu (s) buyurdu: Ey Fatimə! Gözlə ki, Məhəmmədin (s) qızının zalımlar kimi paltar geyinməsi camaatın dillər əzbəri olmasın. Fatimə (s) boyunbağını boynundan çıxardaraq, satdı. Onun puluna bir qul alıb, azad etdi. Allah rəsulu (s) bu hadisəni eşitcək sevindi.

Qadınlar üçün ən yaxşı zinət

Hər bir işdə insanlar müxtəlif nəzər və fikirlərə malikdirlər. Gündəlik işlərimiz barəsində olan nəzərlərimiz belə fərqlidir. Əgər hamıya “ qadın üşün ən yaxşı şey nədir? ” sualı ilə müraciət etsək, sözsüz ki, onlarla nəzəriyyə və fikirlərlə üzləşəcəyik. Sözügedən sual barəsində Fatimənin (s) xüsusi və qadınlarımıza örnək ola biləcək bir nəzəri var. Həzrət Əlidən (ə) belə nəql olunur: Bir gün Allah rəsulu (s) ilə bir məclisdə əyləşmişdik. O həzrət üzünü məclisdəkilərə tutaraq, belə buyurdu: Qadın üçün ən yaxşı zinət nədir? Məclisdə olanların heç biri bu suala cavab verə bilməyərək oranı tərk etdilər. Mən Fatimənin (s) yanına gəlib bu hadisəni onun üçün nəql etdim. Fatimə(s) buyurdu: Mən bu sualın cavabını bilirəm. Qadın üçün ən yaxşı zinət budur ki, heç bir kişi onu və o da heç bir kişini görməsin. ( Həzrət Fatimənin (s) bu sözü deməkdə əsl məqsədi budur ki, heç bir qadın ona məhrəm olmayan kişilərə baxmasın və məhrəm olmayan kişilər onu görməsin deyə örtük bağlasın. ) Mən Allah rəsulunun (s) yanına gəlib sualın cavabını o həzrətə dedim. O, təəccüblə soruşdu: Sən də o məclisdə idin. Amma bir şey demədin. Cavabı haradan öyrənmisən? Dedim: Bu Fatimənin (s) cavabıdır. Həzrət buyurdu: Həqiqətən Fatimə (s) bədənimin bir parçasıdır.

Əvvəldə qeyd etdiyimiz kimi bu yazıda həzrət Fatimənin (s) məsum olduğunu və bizlərə örnək olmaq üçün səlahiyyətli olduğunu diqqətinizə çatdırdıq. Bunu da qeyd etmək lazımdır ki, Fatimə yalnız qadınlar üçün deyil, bütün insanlar və bəndəçilik yoluna qədəm qoyanlar üçün bir örnəkdir. İlahi, həqiqi Fatimə (s) yolunun davamçısı olmaqda bizə yardım et!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor