RSS
 

Login:
Şifrə:
» » FÜZULİ ŞERİNDƏ PEYĞƏMBƏR-QURAN BAĞLILIĞI

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






FÜZULİ ŞERİNDƏ PEYĞƏMBƏR-QURAN BAĞLILIĞI

 
Müəllif: Admin | Bölmə: Poeziya, Slide | Vaxt: 25-12-2015, 00:32 | Şərh sayı: (0) | Baxılıb: 3460

FÜZULİ ŞERİNDƏ PEYĞƏMBƏR-QURAN BAĞLILIĞI


FÜZULİ ŞERİNDƏ PEYĞƏMBƏR-QURAN BAĞLILIĞI


Klassik Şərq şerində Quranın Yasin və Taha surələrini islam Peyğəmbəri (s) ilə qırılmaz bağlılıqla işlətmək ənənəyə çevrilmişdir. Şairlərin hamısı bu ənənəyə sadiq qalmışdır. Ancaq onların çox azı bu sahədə özünəməxsus söz deyə bilmişdir.

İslam Peyğəmbərinin (s) ən böyük üstünlüyü səmavi və müqəddəs kitabların sonuncusu olan Qurani-Kərimin məhz ona nazil edilməsidir. Füzuli Məhəmməd (s) sevgisi ilə alışıb yanan, ürəyi iman nuru ilə dolub-daşan bir sənətkar kimi, Peyğəmbəri (s) bu baxımdan da sonsuz şövq və kamil zövqlə tərənnüm etmişdir:

Qoran sefat-e cah-o-cəlal-e
Məhəmməd əst,
Əhkam-e şər şərh-e kəmal-e
Məhəmməd əst.

(Quran büsbütün Məhəmmədin əzəmətinin səciyyələrindən, şəriət hökmləri də onun kamilliyin açımından ibarətdir).
Bir gün Aişədən Peyğəmbərin (s) əxlaqı haqqında soruşurlar. O, suala sualla cavab verərək deyir ki, məgər siz Quranı oxumursunuz? Quran bütünlüklə Peyğəmbərin (s) əxlaqıdır.

Başlanğıcını İslami etiqad və ibadətdən götürüb saleh və baqi əməl üçün ən möhkəm zəmin təşkil edən əxlaq bu hədisdə səciyyəvi bir misal kimi Peyğəmbərin (s) yüzlərlə üstünlüklərindən biri yerindədir. Beyt də bu səpgidədir. Belə ki, beytin birinci misrası məna və məzmunca çox geniş olub, Peyğəmbərin (s) “Xuluqin əzim”- “Böyük əxlaq” (Qələm surəsi, 4-cü ayə) məziyyətindən “Məqamən məhmuda”-“Gözəl məqam” (İsra surəsi, 79-cu ayə) dərəcəsinədək bütün əlçatmaz keyfiyyətlərini əhatə edir. Şəriət ilk növbədə Qurandan qaynaqlandığına görə ikinci misra da bu mənaya uyğundur. Çünki orada şəriət hökmlərinin mənşəyi kimi nişan verilən Məhəmməd (s) kamalı məfhumunun özü də məhz Qurandan nəşət edir.

Iyirmi iki il iki ay kimi böyük bir müddətdə ən müxtəlif ictimai-tarixi hadisələrin qaynar axarında ayə-ayə nazil olmuş Quran istər ləfzi, istərsə də mənası etibarilə islam Peyğəmbərinin (s) Qiyamətədək hərfi belə dəyişmədən qalacaq ən böyük möcüzəsidir. Türkcə divanın ikinci nətinin dördüncü beytində Füzuli də məsələni şerə elə bu baxımdan gətirmişdir:

Baqiyi-möcüz nə hacət əmri-həq
isbatinə,
aləm içrə möcüzi-baqi yetər Quran
sənə.

( Tanrı işinin isbatı olaraq sənə kifayətdir, başqa möcüzələrə nə ehtiyac var? Quran aləmdə əbədi möcüzə olaraq sənə kifayətdir).

Beyti lazımınca qavramaqdan ötrü “əmri-həq” ifadəsinin nəyi bildirməsini aydınlaşdırmalıyıq. Lüğəvi anlamı “Allah buyruğu”, “ Allah işi” olan bu ifadə nətin ideyasına və fikri axarına görə burada islam dini, Məhəmmədin (s) peyğəmbərliyi kimi başa düşülür. Bu baxımdan divanın bir sıra əlyazmalarında ifadənin “dini-həq” kimi getməsi də gözdən qaçmamalıdır. Beytin özülü Quranın Məhəmmədin (s) əbədi möcüzəsi kimi dəyərləndirilməsidir. Füzuli burada Quranın Məhəmmədin (s) möcüzələrinin ölçüyəgəlməz üstünlüyünü onun peyğəmbərliyin ən tutarlı dəlili kimi mənalandırır. Bu fikrin nəzəri qoyuluşu ilə Füzulinin elmi-fəlsəfi əsəri olan “Mətləül-etiqad”da qarşılaşırıq: “Bütün peğəmbərlərin peyğəmbərlyinin sübutu müəyyən möcüzələrdən ibarət olmuşdur. Lakin o peyğəmbərlərdən sonra həmin möcüzələrdən heç bir əsər qalmamışdır. Halbuki bizim Peyğəmbərin (s) möcüzələrdən birisi olan Quran peyğəmbərdən (s) sonra olduğu kimi qalmış və bütün zamanlar üçün Qiyamət gününə qədər onun peyğəmbərliyinin sübutu olaraq qalacaqdır”.

Peyğəmbər-Quran bağlılığı baxımından irfan sahiblərini düşündürən cəhətlərdən biri də Peyğəmbərin (s) merac etməklə xalis ruhani və mənəvi varlıqlar olan səma əhlini, o sıradan Quranı belə, ən istəkli məhbub kimi sevindirməsi onların dərin rəğbətini qazanmasıdır.

Ey olub merac bürhani-ülüvvi-
şan sana,
Yerə enmiş göydən istiqbal edib
Fürqan sana.

( Ey merac məqamının yüksəkliyinə dəlil olan, Fürqan ( ərəbcə “ayıran” demək olub, Quranın adlarından biridir) səni qarşılayıb göydən yerə enmişdir).

Burada Quranın şerə gətirilməsi şairin başlıca yaradıcılıq istəyinə-Peyğəmbərin (s) ucalığının bədii ifadəsinə qulluq edir. Füzulinin fikrincə, məmduh elə şərəflidir ki, o, Yer oğlu ola-ola səmavi kitabımız olan Quran (islama görə, Quran Tanrı yanında saxlanılan lövhi-məhfuzun bir bölümüdür) onu qarşılamaq üçün o uca yerindən enmişdir. Ancaq Füzuli bunu deyərkən, Quranı azacıq da kiçiltmiş olmur. Məmduhun dəyərini bu yolla qaldırmaq Füzuli baxışına yabançıdır. Şair burada mədhi gücləndirməkdən ötrü Quaranın “Tənzil” (endirmək) adını mənalandırmışdır. Bu söz Quranda tez-tez işlənir (Yasin surəsi, 5-ci ayə, Fussilət surəsi, 2-ci ayə, Qədr surəsi, 1-ci ayə və s.).

Füzulinin ustalığı ondadır ki, o, Quranın kəlməsini dini-dünyəvi qovuşuqluqda- bir yandan islamdakı nazilolma mənasında, bir yandan da gözlə görünən hərəkət-canllı varlığın enişi kimi şerə gətirmiş, gözəl bir bədii lövhə yaratmışdır. Belə ki, beytdə Quranın (səmavi varlığın) enməsi ilə yanaşı, Peyğəmbərin (s) ( Yer oğlunun) merac etməsi vardır. Bu löhvədəki incə təzadın (qalxma və enmənin) daşıyıcıları “merac” sözü ilə “göydən yerə enmiş” ifadəsidir. Quranın insantək kimisə qarşılıya biləcəyi düşüncəsi onun buradakı şəxsləndirilməsini bir az inandırıcı etmişdir.

Peyğəmbər-Quran bağlılığını təşkil edən qırılmaz tellərdən biri də dil amilidir. Qurandan bəlli olur ki, tarix boyu peyğəmbərsiz ümmət olmamışdır (Fatir surəsi, 24-cü ayə) və Allah hər bir peyğəmbəri təbliğ asan olsun deyə öz qövmünün danışdığı dildə göndərmişdir (İbrahim surəsi, 4-cü ayə). Odur ki, Quranın ərəb dilində nazil edilməsinə dair ayələrin istər sayca çoxluğunu (Yusif surəsi, 2-ci ayə; Nəhl surəsi, 103-cü ayə; Şura surəsi, 7-ci ayə; Zuxruf surəsi, 3-cü ayə), istərsə də danışdığı məqsədi bu sağlam mövqedən dəyərləndirmək gərəkdir. Ali islami dəyərləri ömrünün başlıca qayəsinə çevirməklə nümunəvi müsəlman həyat tərzi keçirdiyinə görədir ki, Füzuli bu cəhətləri “ Şərafətə nəzər eylə ki, Tanrı ərəb nəslindən olana kəlamı ərəb dilində göndərib” beytinə ustadanə yığcamlıqla sığışdıra bilmişdir.

Klassik Şərq şerində Quranın Yasin və Taha surələrini islam Peyğəmbəri (s) ilə qırılmaz bağlılıqla işlətmək ənənəyə çevrilmişdir. Şairlərin hamısı bu ənənəyə sadiq qalmışdır. Ancaq onların çox azı bu sahədə özünəməxsus söz deyə bilmişdir. Aşağıdakı beytləri gözdən keçirsək, Füzulinin Məhəmməd (s) sevgisi üzərində qurulan bu sənət yarışının qaliblərindən biri olduğu qənaətinə gələrik. Elə buradan başlayaq ki, daha çox nətlərə xas olan və ona görə işlədilməsi çətinlik törətməyən bu motivə şair münacat (“ bir kimsənin qulağına nəsə pıçıldamaq, Allaha yalvarıb-yaxarmaq, dua edərək ondan bir şey istəmək” anlamlarına uyğun gələn “münacat” sözü ədəbi anlayış kimi Tanrıya üz tutularaq yazılan, dua və yalvarış üzərində qurulan şerləri bildirir) şer növündə belə müraciət etmişdir:

Səndən bulubdur Əhmədi-Mürsəl
Məqami-qürb,
Təhsini ya-vü-sin ilə təşrifi ta-
vü-ha.

(Peyğəmbəri yaxınlıq rütbəsinə çatdıran Sənsən, Yasin onun öyülməsi, Taha şərəfləndirilməsidir).

Beytdə Peyğəmbərin (s) Allah dərgahındakı müstəsnalığının başlıca göstəricisi “məqami qürb” (yaxınlıq məqamı) ifadəsidir. Çeşidli yönlərdən (sonuncu peyğəmbər olma, merac, şəfaət və s.) yozula biləcək bu ifadənin islami tutumunu üzə çıxarmaqdan ötrü öncə beytin məzmunu içində onun açıqlayıcısı kimi görünən ikinci misranı gözdən keçirtmək gərəkdir.

Ikinci misra orta yüzilliklər ədəbiyyatında tez-tez rast gəlinən Quranın Yasin və Taha surələrinin Peyğəmbərə (s) aid olması fikri üzərində qurulmuşdur. Quranın Məhəmmədin (s) ən böyük peyğəmbərlik möcüzəsi sayılması, Yasin və Taha surələrinin ilk ayələrindəki hərflərin (hüruful-müqəttiənin) Peyğəmbərlə (s) Allah arasında rəmz, sirr kimi açıqlanması, Yasin və Taha sözlərinin Peyğəmbərin (s) adlarından olması və başqa islami yozumlar bu inamın müsəlman aləmində geniş yayılmasına yol açmışdır. Bununla yanaşı, Yasin və Taha surələrindəki bir sıra ayələr də Peyğəmbəri (s) səciyyələndirdiyinə və onun bu surələrlə xüsusi bağlılığını islami baxımdan daha da əsaslandırdığına görə beytin məzmununda özünə yer tapır.

Yasində Peyğəmbərlə (s) birbaşa bağlı olan iki ayə vardır. Məzmunca öyünc olan bu ayələr ikinci misranın da (“Təhsin” (öyülmə, alqışlanma) səciyyələndirməsinin də) fikri bədii qaynaqlarından biri kimi özünü doğruldur. Belə ki, surənin 3-cü ayəsində Məhəmmədin (s) doğru yolda olan bir peyğəmbər kimi göndərildiyi deyilirsə, 69-cu ayəsində ehtiyac duyulmadığına görə ona şer öyrədilmədiyi bildirilməklə ilahi vəhy şərəfinə çatdırılmasına işarə olunur.

Tahada Peyğəmbərlə (s) bağlı ayələr daha çoxdur. bu ayələrdə Quranın Peyğəmbərə (s) verilməsindən, onun şəfaət hüququndan, Allah Kitabına, vəhyə, ilahi elmə vurğunluğundan, Quranın onun peyğəmbərlik möcüzəsi olmasından (Taha surəsi, 2,4, 109, 114, 133-cü ayələr) danışılır.

Bu deyilənlər “nəqami qürb” ifadəsinin məna və məzmunca tutumlu olduğunu göstərir. Şair Allahın Peyğəmbəri (s) özünə yaxın etdiyini deyərkən, ona ilahi vəhy şərəfi və şəfaət səlahiyyəti verilməsi ilə yanaşı, əbədi möcüzə olan Quranıın bəxş edilməsini də nəzərdə tutmuşdur. Füzulinin “Əşrəqət min fələki-l-bəhcəti...” nətinin altıncı beytində yenə də bəhs mövzusu olan surələrin islam Peyğəmbəri (s) ilə bağlılığı motivindən istifadə etməklə, məmduhunu “vəsfi sözə sığmayan şah” adlandırması qətiyyən quru mədhiyyə, yersiz tərif, ənənəvi mübaliğə təsiri bağışlamır.

Necə təqrir edəyin vəsfini bir
şahin kim,
Ona vəssaf ola Yasinü müərrif
Taha

(Tərifləyəni Yasin, tanıdanı Taha olan bir şahın vəsfini necə dilə gətirim?!).

Şair Peyğəmbəri (s) islam dinindəki yerinə, eləcə də orta əsrlər şerinin ölçülərinə uyğun vəsf etmək istəyir. Bunun üçün o, Quranın Yasin və Taha surələrini öyülənin üstünlüklərinin açıqlayıcısı kimi şerə gətirir.

Beytə canlılıq və görümlülük verməkdən ötrü Füzuli bədii təşxisdən istifadə etmişdir. Belə ki, o, insana xas olan tərifləmək və tanıtmaq keyfiyyətlərini Yasin və Taha surələrinin üzərinə keçirərək, onları canlı varlıqlar-məmduhun məddahları kimi qavradır.

Quranın canlandırılması orta əsrlər ədəbiyyatının səciyyəvi cizgilərindəndir. Elə Füzulinin özündən misal çəkək:

Kəlam səmadan enib, sən səmaya
yüksəldin,
Əyarü qiymətini qoy düşünsün hər
gümrah.

Bu beytdən Quranın Tənzil adından istifadə ediməklə, o, göydən enən canlı bir varlıq kimi təqdim edilir. Araşdırdığımız beytdə isə Quran özünün iki daşıyıcısının-Yasin və Taha surələrinin ayrı-ayrılıqda canlandırılması ilə şerə gətirilmişdir. Odur ki, buradakı şəxsləndirmə daha canlı və görümlü çıxmışdır. Bir sıra mötəbər hədislərə əsasən, Qiyamət günü Quranın Peyğəmbər (s), İmamlar (ə), şəhidlər və siddiqlər kimi şəfaət hüququna, məscidlər və alimlər kimi də şikayət səlahiyyətinə malik olması onun belə dolğun təşxisinə islami baxımdan möhkəm özül təşkil edərək yol açmış və sarsılmaz məfkurəvi qaynaq olaraq güclü təkan vermişdir. Yasin və Taha surələrinin islam Peyğəmbəri (s) ilə bağlılığını Füzuli “Leyli və Məcnun”unda daha sərbəst verilməsini də yalnız bununla izah etmək olar:

Yasin sədəfi-düri-sifatin,
Taha güli-bustani-aztin.

(Yasin sənin sifətlərinin incisinin sədəfi, Taha zatının bağçasının gülüdür).

Burada Yasin məmdihin sifətlərinin-mənəvi-əxlaqi üstünlüklərinin, Taha isə zatının açıqlayıcısı yerində göstərildiyindən bu bağlılıq bir tərəfdən daha cəlb edici olaraq təkrar kimi görünmür, bir tərəfdən də Peyğəmbər (s) aşiqlərini Yasinlə Tahanın timsalında Quran xəlvətinə səsləyib iman, təqva və yəqinlik üfüqlərində həqiqət səfərinə çıxmağa qırılmaz qanad verir.

Beləliklə, bəlli olur ki, Peyğəmbər-Quran bağlılığı Füzuli gözündə bir çox gözlərin görə bilmədiyi bir aydınlıq içindədir. Bu aydınlıq ilahi qüdrət, hikmət və əzəmətin ən bariz təzahürləri olan göylərin və Yerin peyğəmbəri kimi bir müəllimsiz və Quran kimi bir kitabsız, əslində puç xülyadan başqa bir şey olmayacağını, son nəticədə yalnız bu müəllimlə və yalnız bu kitabla hidayət nuru ilə işıqlanacağını meydana çıxarır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor