RSS
 

Login:
Şifrə:

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Həya

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-06-2016, 13:58 | Şərh sayı: (0) | Baxılıb: 1159

Həya


HəyaHəya islamın libasıdır

Qurani-Kərimdə həya haqqında bir çox buyuruqlar vardır. Həzrət Musanın (ə) və Şüeybin qızlarının əhvalatlarında «istihya» kəlməsi ilə rastlaşırıq. «O iki qadından biri həya edə-edə Musanın yanına gəldi…»(«Qəsəs» surəsi, ayə 25.).
Xüsusi ilə xanımlar haqqında bu mövzuda rəvayətlər çoxdur. Bəzi rəvayətlərdən belə aydın olur ki, «həya» və «iman» bir-biri üçün zərurətdir. Yəni imanını itirən insan həyasını da itirər. Hətta buyurulur ki, həyasız insan İslam bağını boynundan çıxarar. Belə rəvayətlər də var ki, Allah bir qövmü günahına görə cəzalandırmaq istəsə o qövmün həyasını əlindən alar. Təəssüf ki, bəziləri həya sözünü xəcalət çəkmək kimi başa düşürlər. Onlar iddia edirlər ki, xəcalət çəkən insan özünə inamı itirir və ictimai fəaliyyətdən dala qalır. Məhz buna görə də həya etmək lazım deyil! Bu yanlış təsəvvür İslami göstərişlərə tam ziddir.
Həya böyük bir fəzilətdir və onu utancaqlıqla eyniləşdirmək olmaz.
Psixologiyada həya psixoloji bir durum kimi tanınır. Psixoloji xüsusiyyətlərə isə dəqiq tərif verib, o hissi keçirməmiş insana tanıtdırmaq olmur. Məsələn, heç zaman təəccüblənməmiş insana təəccübün nə olduğunu anlatmaq qeyri-mümkündür. Həya da bu qəbildəndir.
İmam Sadiq (ə) buyurur: «Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır». Həya çox böyük dəyərləri əhatə edir. Adətən, həyadan məhrum insan heç bir əxlaqi dəyər tanımır. Onlar əhdinə əməl etmir, əmanəti sahibinə qaytarmır. Yalan danışır, bütün alçaq sifətlərə qucaq açır. İnsanı bir çox əxlaq qüsurlarından amanda saxlayan həyadır. İnsanda həya iki yolla yarana bilər: eyibsiz olmaq istəyi və eyibləri örtmək arzusu. İnsanın çirkin işindən başqaları xəbər tutur. Yəni gizli eyib aşkarlanır. İnsan xəcalət çəkməyə başlayır və narahat olur. İmam Sadiq (ə) buyurur ki, həyanın faydası xəcalət gətirəcək işlərin qarşısının alınmasıdır. İnsan öz eyibinin açılmasını istəmir və daim bu eyibləri gizlətməyə çalışır. Bu xüsusiyyət insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir. Quranda oxuyuruq ki, Adəm və Həvva qadağan olunmuş meyvədən yeyən kimi eyibləri açıldı. Maraqlıdır, eyibin açıqlamasının səbəbi yeyilən meyvənin xüsusiyyəti idi, yoxsa bu meyvəni yeyən öz eyibindən xəbər tuturdu? Hər halda, bu işdə meyvə təsirli olmuşdur. Demək, eybini gizli saxlamaq insanın fitri istəyidir. İnsanı belə hallarda narahat edən məhz həya hissidir. Övliyaların həyası bütün bəşəriyyət üçün nümunədir. Səlman Farsi və bir çox başqa övliyalar ömrünün sonunadək öz ayıb yerinə baxmamışdır. Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər. Yalnız eyibsizlik arzusunda olanlar xəcalət çəkir. Nəfsinə hörmət edən insan hər cür nöqsanlardan qaçmalı və nəfsini pak saxlamalıdır. İnsan kamil olmaq istədiyi üçün xəcalət çəkə bilər. Əgər kamillik, möminlik, insanlıq arzusu yoxdursa, həyadan danışmağa dəyməz.

Əsl həya

Tutaq ki, adətə görə camaat bir şeyi pis bilir. Əslində isə bu iş eyib deyil və ona görə xəcalət çəkməməlidir. Məsələn, bir şəxsin gözündə qüsur var və müalicəsi mümkün deyil. Belə bir çatışmazlığa görə xəcalət çəkmək, onu gizlətmək lazım deyil. Çünki bu eybi gizlətməyə çalışan adam bir çox fəzilətlərdən məhrum ola bilər. Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməlidir. Fiziki qüsuru gizlətmək ifrat hesab olunur və bu işdən çəkinmək lazımdır. Yaxşı sifətin həm ifrat, həm də təfriti pis sifətdir. Məsələn, cinsi istəyi təmin etmək üçün evlənmək düzgün yoldur. Amma həm arvadbazlıq, həm də qadından birdəfəlik imtina pis haldır və günah hesab olunur. Həyanın da ifratı və təfriti ola bilər. Əgər bir şəxs bədənindəki nöqsana görə həya edib cəmiyyətə çıxmırsa, bu ifratdır və həya hesab olunmur. Belə də ola bilər ki, insan öz çirkin işlərindən çəkinməyib bu halı normal hesab edər. Əgər həya insanın səciyyəvi xüsusiyyətidirsə, onu hansı əsasla tərk etmək olar? Həyasız insanın çirkin işlərdən çəkinmə ehtimalı sıfra bərabərdir. Eyibini aradan qaldırmağa gücü çatan insan hökmən bu işə ciddi yanaşmalıdır. Məsələn, cahil, savadsız olmaq eyibdir. Bu eybi aradan qaldırmaq üçün insan elmlə məşğul olmalıdır. Amma bəziləri susmaqla öz savadsızlığını gizlətmək istəyir. Hətta bəzi tələbələr öz hazırsızlığını gizlətmək üçün müəllimə sual verməkdən də çəkinirlər. Hansı ki, belə bir yanaşma insanı uçuruma aparır. Şəri məsələlərdə də guya, həya etdiyi üçün ehtiyacı olan məsələləri soruşub öyrənməyənlər çoxdur. Belə bir utancaqlıq insana çox baha başa gələ bilər. Demək, xəcalət çəkməkdə ifrat və təfrit pislənilir. Əsl həya insanı günahdan çəkindirən həyadır. Yersiz utancaqlıq və sırtıqlıq isə bəyənilməyən sifətlərdir. Əsas suallardan biri budur ki, pis nədir və nədən həya etmək lazımdır? Bu suallara İslam dini son dərəcə dəqiqliklə cavab verir. Dinimizdə böyük və kiçik günahlar, əxlaqa zidd olan bütün çirkin sifətlər ətraflı şəkildə şərh olunmuşdur. İnsan məhz dinin məzəmmət etdiyi işlərə görə xəcalət çəkməlidir. Amma ilk baxışda pis hesab olunan bir işi şəriət bəyənirsə bu işə görə xəcalət çəkməyə dəyməz. Məsələn hicabsızlıq, qadının açıq-saçıq cəmiyyətə çıxması el arasında adi bir iş olsa da dində yol verilməzdir. Hətta bir çox müsəlman cəmiyyətlərində qadınlar İslami hicaba riayət etməkdən utanırlar. Əslində, bu həya yox, Allahın buyuruğundan çıxmaqdır. Digər bir mühüm nöqtə budur ki, insanın daxilində iki zidd istək mövcud ola bilər. Məsələn, xalqın hörmətini qazanmaq istəyən bir adam İslamın ziddinə hərəkət etməli olar. Bu insan birinci dəfə günah edəndə xəcalət çəkə bilər. Amma bu iş təkrarlandıqca insana elə gəlir ki, bu o qədər də pis iş deyil. Hər gün daxilində gedən mübarizədən qurtulmaq üçün belə insan özü kimi günahkar axtarır ki, heç olmaya ondan xəcalət çəkməsin. Beləcə, cəmiyyətdə günah artmağa başlayır. İslam şərqində hicabı ilk dəfə atanlar xalqın nəzərində ən iffətsiz qadınlar hesab olunurdular. Amma tədricən bu iş cəmiyyətə yayıldı və hicabsızlar yox, hicablılar xəcalət çəkməyə başladı. Belə azğınlar əvvəl hədis, sonra Quranı daha sonra isə Allahı inkar etməkdən xəcalət duymadılar. «Rum» surəsinin 10-cu ayəsində buyurulur: «Sonra da Allahın ayələrini yalan hesab edib məsxərəyə qoymaqla pislik edənlərin aqibəti daha pis oldu».



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor