Hicab haqqında hədislər |
Müəllif: Admin | Bölmə: Hədislər, Xanimlar üçün, Hicab | Vaxt: 20-01-2015, 02:41 | Şərh sayı: (1) | Baxılıb: 5659
Hicab haqqında hədislər
Hicab – İmandır
Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: «Mömin qadınlara de ki...» (ən-Nur, 31). «...və möminlərin övrətlərinə de ki...» (əl-Əhzab, 59).
Bəni Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Aişənin (r.a.) yanına nazik paltarlarda gəldikdə Aişə onlara dedi: "Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın”.
Hicab - Həyadır
Rəsulullah (s.a.v.) deyib: "Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”
O, həmçinin deyib: "Həya imandandır, iman isə Cənnətdədir...”.
Peyğəmbər (s.a.v.) deyib: "Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
Möminlərin anası Aişə (r.a.) belə rəvayət edirdi: "Mən Rəsulullahın (s.a.v.) və atamın dəfn olunduqları evə girəndə öz üst paltarımı çıxarıb deyərdim: "Bunlar mənim ərim və atamdır”. Amma Ömər də burada dəfn edildikdən sonra mən evə çarşabla girirdim, çünki Ömərdən utanırdım”. Bu onu göstərir ki, hicab qadın xilqətində olan utancaqlıqla uzlaşır.
Hicab qadının namusunu qoruyur
Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də təmamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Əli (r.a.) demişdir: "Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?”. Öz arvadının namusunu qorumayan nakişidir!
örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).
Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Allah təala deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...» (əl-Əhzab, 59).
Allah Rəsulu deyib: "Qadın– övrətdir”. Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...» (əl-Əhzab, 59).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər