RSS
 

Login:
Şifrə:
» » Təqva və təvəkkül haqqında

Xəbər lenti

Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...
İmadəddin Nəsimi həyatı və yaradıcılğı
İmadəddin Nəsimi həyatı və yaradıcılğı...
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış...
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam...
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İmam Sadiqdən (ə) doqquz nəsihət...
Qəm-qüssə zamanı oxunan dua
Qəm-qüssə zamanı oxunan dua...
Dostluğa layiq olmayan kəslər
Dostluğa layiq olmayan kəslər...
Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Təqva və təvəkkül haqqında

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-05-2016, 22:06 | Şərh sayı: (0) | Baxılıb: 425

Təqva və təvəkkül haqqında


Təqva və təvəkkül haqqındaTəvəkkülün insan həyatında rolu
Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında yanlış fikirlərin ortaya çıxdığını nəzərə alaraq, bu barədə söz açmağı lazım bilirik.
Təvəkkül "vəkalət” sözündən götürülmüşdür. İslam ensiklopediyasında təvəkkül, insanın Allahı özünə güvəncli bir arxa qərar verməsinə deyilir. Yəni insan Allahı vəkil tutaraq bütün işlərini Ona tapşırır. Rəvayətlərin birində göstərilir ki, Peyğəmbər (s) Cəbrayıldan (ə) Allaha təvəkkül barəsində soruşdu. Cəbrayıl (ə) cavabında dedi: "Təvəkkül, insanın yaradılmışın ona bir ziyan və xeyir yetirməməsinə, bir şey bağışlayıb, ondan bir şey almamasına olan elmidir. Həmçinin, təvəkkül insanın xəlqdən (yaradılmışdan) məyus olub əlini üzməsidir. Elə ki, bəndə bunu dərk etdi, Allahdan qeyrisi üçün iş görməz, Ondan qeyrisinə bel bağlamaz, ondan özgəsinə əl açmaz. Bu Allaha təvəkkülün mənasıdır.”("Bihar”, c. 17, s. 138.)
Qurani-kərimdə təvəkkül haqqında çoxlu ayələr mövcuddur ki, o cümlədən, bu ayəni misal göstərmək olar:
"...Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!” ("Ali-İmran”, 122.)
Bu ayədə Allah təvəkkülü imanın ayrılmaz bir hissəsi kimi təqdim edir.
İnsan müsbət nəticələr əldə etsin deyə, dünyəvi işlərində özünə vəkil seçdiyi kimi, əksər işlərini onun ixtiyarına verdiyi kimi, yaxşı olardı bir Allah bəndəsi olaraq bütün işlərində Allaha arxalanıb, öz işinə Onu vəkil tutardı. Bununla o, onu sıxan, darıxdıran əksər iztirablardan yaxa qurtarmış olardı. Başqa sözlə desək, öz ehtiyaclarını təmin etmək istəyən kəsin qarşısında üç yol vardır:
1. Öz gücünə etimad etmək;
2. Başqalarına güvənmək, onların köməyinə göz dikmək;
3. Allaha arxalanıb, Ondan qeyrisinin köməyinə göz yummaq.
Burada insanın Allaha təvəkkülü, Allahın rübubiyyətini dərk etməsindən qaynaqlanır. Çünki, insan Allahı tam ixtiyar sahibi olaraq tanıyarsa, artıq başqasının qapısına getməyə, Allahdan qeyrisinə əl açmağa ehtiyac görmür. Həzrət Əli (ə) dualarının birində deyir: "İlahi! Sən dostlarınabaşqalarından daha yaxınsan. Sənə təvəkkül edənlərin işlərini yoluna qoymaq üçün onların özündən daha çox hüzura maliksən. Onların sirlərindən xəbərdarsan, fikirlərindən keçənlərə agahsan, baxışlarının hüdudlarını bilirsən.”
Davamında buyurur: "Dostlarının qəlblərində gəzdirdikləri sirləri sənin yanında aşkardır, Səni görmək həsrəti ilə qəlbləri qandır. Əgər tənhalıq onları sıxsa, dəhşətə gəlsələr, Səni yad etməklə təskinlik tapar, müsibətlərə tuş gəlsələr sənə pənah gətirər, dərgahına üz tutarlar. Onlar bilirlər ki, bütün işlərin ixtiyarı Sənin əlindədir.”("Nəhcül-bəlağə”, xütbə-218, s. 719.)
İmam Baqir (ə) Allaha təvəkkül etməyin faydası haqqında buyurur: "Allaha təvəkkül edən kəs məğlub olmaz, Ona pənah aparan şəxs yenilməz.”("Müstədrəkül-vəsail”, c. 11, səh. 217.)
Allaha iman və təvəkkül əksər peyğəmbərlərin dəvətinin sərlövhəsində yer almışdır. Bu üzdən Allaha imanın nişanələrindən biri Ona təvəkkül etməkdir. Təvəkkül xarici rəftar olmayıb qəlbi işlərdən hesab olunur. Buna görə də təvəkkülü işdən-gücdən əl çəkib tənhalığa qapılmaq, səhərdən axşama kimi ibadət edəcəyim təqdirdə Allah da mənim ruzimi yetirəcək deyib işdən boyun qaçırmaq kimi başa düşməməliyik. Şübhəsiz bu fikir kökündən yanlışdır. Bu yolu tutub gedənlər səhv istiqamətdə hərəkət edirlər. Rəvayətlərin birində deyilir: "Peyğəmbər (s) bir dəstə camaatı bekar oturan gördü. Onlara dedi: "Siz kimsiniz?” Dedilər: "Biz təvəkkül edənlərik.” Həzrət (s) cavablarında buyurdu: "Yox, elə deyil. Siz başqalarına artıq yüklərsiniz.”("Müstədrəkül-vəsail”, c. 11, s. 217.)
İslam maarifindən yetərincə xəbəri olmayanlar elə bilirlər ki, təvəkkül maddi imkanlardan imtina etməkdir. Onların fikrincə, əgər kimsə maddi imkanlardan istifadə edirsə, deməli onun Allaha təvəkkülü yoxdur. Əslində təvəkküllün yoxluğu nə maddi nemətlərdən istifadə edən kəslə bağlıdır, nə də təvəkkülə malik olmaq bir kəsin maddi nemətlərdən imtina etməsi ilə əlaqədardır. Elə tənbəl insanlar var ki, "ver yeyim, ört yatım, gözlə canım çıxmasın” deyib, gözlərini bir tikə çörəyə dikərək yerlərindən tərpənmirlər. Belələrinin iş görməyə halları da olmur. Onlardan soruşanda ki, niyə işləmirsən, deyirlər: "Biz Allaha təvəkkül edirik. Ruzi Onun əlindədir, Allah Özü ruzimizi yetirəcək!”
Həqiqətdə bu söz onların tənbəlliklərini pərdələyən zahiri bir örtükdür. Əslində onların Allaha təvəkkülü yoxdur, yalan deyirlər. Əlbəttə, təvəkkülü olan insanlar da olur. Qeyd etdiyimiz kimi, təvəkkül qəlbi bir işdir və Allaha arxalanmaq mənasınadır. Yəni insan qəlbində Allaha arxalanıb. Bu baxımdan, ola bilsin insan təvəkkülün ən ali dərəcəsinə çatsın və eyni halda Allahın buyruğuna əsaslanaraq maddi nemətlərdən də istifadə etsin. Mümkündür ki, belə bir kəs hamıdın çox işləsin, işə hər kəsdən daha ciddi yanaşsın, amma bununla belə öz işindən daha çox Allaha etimad etsin. Ümumiyyətlə Allahın tənbəl, bekar insandan xoşu gəlmir. Allah insana vəzifəsi olaraq zəhmət çəkməyi, işlə məşğul olmağı buyurmuşdur. Çünki ilahi hikmət bu dünyanın işlərinin səbəblər silsiləsi ilə hərəkət etməsini vacib edir. Allahı tanıyan kəs bilir ki, dünya işləri ilahi hikmətin tələibnə müvafiq olaraq səbəblər vasitəsilə həyata keçir. İnsanın təkamülü həmin sistemin dərkinə bağlıdır. Məhz həmin sistemin vasitəsilə insan imtahana çəkilir. Belə olmazsa insan təkamüldən qalar. İnsanın təkamülü bəndəlik vəzifələrinin yerinə yetirilməsi ilə müəyyənləşir. Bəndəliyin özü də insanlıq əlaqələri ilə səciyyələnir. Nəhayət, insanlıq əlaqələri də öz növbəsində səbəblər sistemində dərc edilmişdir. Beləliklə, insan tənhalığa çəkilib, ancaq ibadətlə məşğul olsa və gündəlik həyatında bir işdən yapışmasa, ilahi hikmətin əksinə əməl etmişdir. Belə olan surətdə, onun Allahdan ruzi gözləməsi əbəsdir.
Mövlana demişkən:

Gər təvəkkül edəcəksən, iş gör, qalx erkən
Əvvəl ək, becər, sonra Cabbara söykən.

Buna görə də ilahi hikmət insanın öz istəklərinə çatması, ehtiyaclarını təmin etməsi üçün Allahın xəlq etdiyi vasitələrdən yararlanmasını zəruri edir. Əgər Allahdan quru xahiş etməklə insanın ruzisi yetişsəydi, onda kimsə ruzi dalınca getməz və insanlar imtahan olunmazdı. Deyəndə ki, hədəfinə çatmaq üçün Allahın qərar verdiyi vasitələrdən istifadə et, bu, o demək deyil ki, sənin ruzi verənin torpaqdır, ya işdir və ya digər səbəblərdir. Bunların hamısı Allah tərəfindən verilmişdir. Ruzinin özü də Allahın əlindədir. Sənin vəzifən səbəblərin dalınca getməkdir. Bununla ilahi hədəflər dünya sistemində həyata keçmiş olur. Deməli, təvəkkül edən işdən, zəhmətdən yayınmamalıdır, təvəkkül etməyənlər tənbəlliyə qurşanırlar. Bu iki dəstənin fərqi, onların qəlbi bağlılıqlarındadır. Təvəkkül edən, Allaha itaət niyyətilə Allaha söykənib ümid edərək iş görür, amma əqidəsiz, təvəkkül etməyən kəs öz ruzisini işdə çalışmaqda və ya başqasının əlində axtarır. Mömin Allahdan başqa heç kimə ümid etmir. O bütün olanları Allahdan bilir. Əgər əli bütün səbəblərdən üzülsə, onun Allaha olan ümid çırağı zəifləmir. Çünki Allah tərəfindən bəndəyə çatan hər bir işin hikmətə əsaslandığını, onun xeyrinə olduğunu dərk edir. Allah heç vaxt Öz bəndəsini onun xeyrinə olan işdən məhrum etməz. Məlum məsələdir ki, dünya mexanizmi səbəblər sisteminin əsasında formalaşır və insan da həmin sistemin zəncirvari bağlılığında onun bir halqası olaraq öz istəklərinə çatması üçün iş görməlidir. Başqa bir tərəfdən iş görmək, başqaları ilə ünsiyyətdə olmaq insanın imtahana çəkilməsinə şərait yaradır. Çünki insan imtahan olunmasa təkamülə üz tutmaz. İnsan cəmiyyətə qatılıb müxtəlif şəraitlərə düşməklə bərkdən-boşdan çıxır, insanlarla ünsiyyətdə qarşılıqlı hüquqlara riayət etməklə öz təkamülünə zəmin yaradır. Deyirlər bir gün həzrət Musa (ə) xəstələnir. Bəni-İsrailin böyükləri ona baş çəkməyə gedirlər və deyirlər: "Əgər filan otu dəmləyib suyunu içsən sağalacaqsan. Həzrət Musa (ə) deyir: "Müalicəyə ehtiyac görmürəm, Allah Özü mənə şəfa verəcəkdir!” Həzrət Musa (ə) bir müddət bu halla yaşayır, amma özündə yaxşılığa doğru bir irəliləyiş hiss etmir. Axırı Allah ona vəhy göndərir ki, izzət və cəlalıma and olsun, sənə deyilən otla özünü müalicə etməyənə qədər sənə şəfa verən deyiləm. Həzrət Musa (ə) həmin otdan istifadə edəndən sonra sağalır, amma Bəni-İsrailə dediyi sözə görə qorxuya düşür. Yenə də Allahdan ona xitab gəlir: "Ey Musa, sən öz yanlış təvəkkülünlə bizim hikmətimizi batil etmək istəyirdin? Otların kökündə şəfabəxş təsirləri, min bir dərdə dərman olan faydalı xüsusiyyətləri qoyan kimdir? Hədislərin birində deyilir ki, zahidlərdən biri şəhərdən çıxıb dağların qoynunda özünə məskən salır və deyir: "Mən heç kimə ağız açmayacağam, Allah mənim ruzimi yetirməyincə kimsənin qapısını döyməyəcəyəm!” Bu minvalla yeddi gün gəlib keçir, amma zahidə yemək-içmək gəlib çıxmır. Ölümcül hala düşmüş zahid inildəyib ərz edir: "Pərvərdigara! Ya mənim ruzimi yetir, ya da tez canımı al ki, bundan artıq əziyyətə düşməyim!” Allahdan xitab olur: "İzzət və cəlalıma and olsun, camaata qaynayıb-qarışmayana qədər sənə ruzi verən deyiləm.” Zahid dağdan enib şəhərə daxil olur. Camaatın arasına daxil olanda, onun zəifləmiş vücudunu görənlər ona su, yemək verirlər. Bu zaman Allah-təala zahidə xitab edir: "Ey Zahid, sən öz əməlinlə Mənim hikmətimi batil etmək istəyirdin. Məgər bilmirsən ki, bəndəmin ruzisini ona bəndələrimin əli ilə yetirmək Mənim üçün səbəblərsiz (silsilə səbəblər bağlantısı olmadan) yetirməkdən daha əzizdir!”(Molla Mehdi Nəraqi. "Camiüs-sadat”, c. 3, s. 228-229.) Ruzi təkcə maddiyyata aid olmur. Mənəvi qazanclar, o cümlədən elm də ruzidir. Bu baxımdan ola bilsin kimsə tənbəllik üzündən elm öyrənməyin arxasınca getməsin. Bəzən də deyirlər, mən Allaha təvəkkül edəcəm, O Özü elmi mənə mərhəmət edəcək. Bu fikirlərinə qüvvət olaraq məsumlardan deyilmiş bu rəvayəti də bəhanə gətirirlər: "Elm, oxuyub-öyrənməklə hasil olmur. Elm elə bir nurdur ki, Allah onu istədiyi kimsənin qəlbinə yerləşdirir.”("Bihar”, c. 1, s. 225.)
Bəli, elm Allahdan gəlir və Onu istədiyi kəsə verir, amma bizim öhdəmizə düşən vəzifə dərs oxumağımızdır. Bacardığımız qədər çalışmaq, ciddi şəkildə işdən yapışmaq bizim borcumuzdur. Biz bütün mümkün fürsətlərdən istifadə etməliyik. Kimsə yanlış anlamamalıdır ki, zəhmətsiz, tər tökmədən alim ola bilər. Zəhmətə qatlaşmadan dünya nemətlərinə çatmaq olmaz.
İnsanın əldə etmək istədiyi bütün nemətlər Allahın ixtiyarındadır. Səbəblər toplusunün özü əsas təyinedici amil deyil, onlar nemətlərin əldə edilməsi üçün Allahın qərar verdiyi vasitələrdir. Çünki Allah həmin vasitələr və vəsaitlər yolu ilə ruzimizin əldə edilməsini istəyir. Əlbəttə, ola bilsin bir iş görmədən və ya vasitə və vəsait olmadığı üçün Allah Öz lütfü ilə bizə təsəvvür etmədiyimiz nemətləri versin. Bunun əksinə olaraq, mümkündür uzun zəhmətdən sonra kifayət qədər səbəblərə əl atdığımıza baxmayaraq sonda öz istəyimizə çatmayaq. Bu onu göstərir ki, səbəblər var deyə arxayın olmaq olmaz. İnsan ancaq Allaha etimad etməlidir. Yəni Allaha ümid bağlayaraq səbəblərdən yapışmalıdır. Allaha təvəkkül etməyən insanın qəlbi daim iztirab içində olar. Onun nə rahatlığı olar, nə də xoş güzəranı. Çünki, ona arxa olacaq həqiqi dostdan qafil olub yalançı və süst arxalara etimad edir. Buna görə də güclü olmağınız üçün Allaha təvəkkül etməliyik.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor