RSS
 

Login:
Şifrə:
» » Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildir

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-05-2016, 01:59 | Şərh sayı: (0) | Baxılıb: 214

Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildir


Möcüzə, Peyğəmbərliyi təsdiq edən amildirMöcüzənin vacibliyi:
Əqli və fitri dəlillərlə məlum oldu ki, Allah-taala bəşəriyyəti əbədi səadətə çatdırmaq üçün onların qarşısında müəyyən həyati proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir. Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi, Onun müqəddəs Zatından uzaq və münəzzəhdir. Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib təmin edə bilməməsi də qeyri-mümkündür. Çünki, bu iki mənfi xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan xüsusiyyətlərdəndir. Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını təyin etməklə yanaşı, onları bütün bu məlumatlarla da agah etməlidir. Bir qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının təmin olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr təyin olunmalı və bundan sonra, onun bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, «peyğəmbər» adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məsuliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər.
«Lakin, Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın». (8/42).
Bu uca və ilahi məqam olan peyğəmbərliyə gəldikdə isə, qeyd etməliyik ki, bu mənsəbə nail olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər.
Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə təyin olunmuş şəxslər, iddialarının sübuta yetirilməsi və başqalarının bundan sui-istifadə etməməsi üçün, kimsənin qadir olmadığı möcüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariquladə işlər adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların istedad və bacarığından xaric olmalıdır. Yalnız belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan bu qeyri-adi işləri «möcüzə», onun icrasını isə ecaz adlandırırıq.

Möcüzənin Peyğəmbərliyin sübutunda qoyduğu təsir

Möcüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və qüdrətilə həyata keçirilə bilər. Yəni, qeyb aləmindən ilham almayınca, kimsənin möcüzə iddia etməsi qeyri-mümkündür. Demək, peyğəmbərlik iddiası edən şəxsin möcüzə yolu ilə Allah tərəfindən himayə olunması və onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan azdırması Allah-taalanın müqəddəs Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin möcüzə göstərməsi yalnız Allahın izn və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.
Məsələn, camaat padşah və ya soltan tərəfindən rəiyyətin işlərini idarə etmək üçün təyin olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni sübuta yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin padşahın nəzərində etibarlı olduğuna sübut kimi göstərmək olar. Çünki, əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına təyin etməsi və onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür. Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.
«Əgər o, (peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə istinad etsəydi Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.» (Əl-haqqə, 69-44/46).
Yəni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox möcüzələri ixtiyarına qoysaq da o, istədiyi şeyləri Bizim adımızdan bəyan edə bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki, din və şəriətin həqiqi qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik.

Əşərilərin nəzəriyyəsi

Diqqət yetirmək lazımdır ki, möcüzəni peyğəmbərliyin sübutu kimi qəbul edən şəxslər, əqlin yaxşı və pisi ayırd etmək qbiliyyətinə malik olmasına etiqadlı olmalıdırlar ki, bu mərhələdə də əqlin hakimliyini qəbul edə bilsinlər. Əşərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-yaxşıdan ayıran əsas meyar hesab etmirlər. Bu səbəbdən də peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq olaraq qalmışdır. Çünki, möcüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın möcüzəni dərk etməsi və bunun yalançı iddiaçılar tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli gəlir. İnsan, hansı işlərin Allaha aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq olmasını dərk edə bilməyəcəkdir. Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi «peyğəmbər tanıma» (həqiqətlə yalan arasında fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir.
Fəzl ibni Ruzbəhan, Əşərilərin əql haqda irəli sürdükləri nəzəriyyəyə bir neçə əsaslı irad tutmuşdur. O, verdiyi cavabların birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək qeyri-mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, möcüzəni daim haqq peyğəmbərlərin ixtiyarına qoyur və belə bir mühüm işi heç vaxt yalançı və fırıldaq adamlara həvalə etməz. Demək peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə çıxarılması hətta, Əşərilər üçün də qaranlıq qalmayacaqdır.
Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur:
1. Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əşərilər öz üzlərinə bağlamışlar.
Çünki, əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda Allahın da verdiyi vədlərə əməl etməməsinə, heç də qeyri-adi hal kimi baxılmayacaqdır.
2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin hamılıqla möcüzəyə malik olduqlarına əsaslanaraq, möcüzənin iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.
Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, möcüzənin əməli-saleh və sadiq insanlar vasitəsilə həyata keçirməsinə
qətiyyətlə inanmırlar. Nəticədə onlar möcüzəni, peyğəmbərliyi sübuta yetirən meyar kimi qəbul etmirlər.
3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məsuliyyət daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah) öz adətini dəyişərək möcüzəni əməli-saleh insanların ixtiyarına qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər.
4. Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir. Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana ehtiyacı vardır. Belə olduğu bir halda, iş və hadisələr adət halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar?



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor