RSS
 

Login:
Şifrə:
» » Evlər qibləyə tərəf tikilməlidir

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Evlər qibləyə tərəf tikilməlidir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-05-2016, 22:59 | Şərh sayı: (0) | Baxılıb: 599

Evlər qibləyə tərəf tikilməlidir


Evlər qibləyə tərəf tikilməlidirRəhman və Rəhim olan Alllah insanlara əcr və savab bəxş etmək üçün, demək olar, bir bəhanə axtarır. Belə ki, biz niyyətimizi saflaşıdırmaqla gündəlik əməllərimzidə Tanrının razılığını qazana bilərik. Məsələn, "islam təmizliyi sevir” düsturuna əsasən paltarlarımızı yumağımız və ya qüvvət əldə edib, yaxşı işlər görmək üçün bütün yeyib, içdiklərimiz ibadət sayıla bilər. Belə əməllərdən biri də evlərin qibləyə tərəf tikilməsidir. Çünki, namaz qılındığı zaman insan üzü qibləyə tərəf dayandığı üçün, evlərin də qibləyə tərəf tikilməsi böyük əhəmiyyətə malikdir. Allah Qurani-kərimdə buyurur:
وَأَوْحَيْنَا إِلَى مُوسَى وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُواْ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُواْ الصّلوةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ
"Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik”("Yunus”, 87.).
Çalışaq hər bir işi Onun göstərişinə əsasən həyata keçirərək zəfər və cənnətlə müjdələnək.
Namaz qılanların məqamları
Hər şeyin yaxşı və düzgün icra edilməsi üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Allah yanında böyük əhəmiyyətə malik olan namazın dəqiq şəkildə qılınması üçün də bir çox şəriət hökmləri qeyd edilmişdir. Hansı ki, namaz qılan şəxs bu dini hökmlərə, ədəb qaydalarına riayət etməlidir. Namazın düzgün şəkildə qılınması haqqında "Şəriət hökmlərinin izahı” kitablarında geniş məlumat verilmişdir. Bu bölümdə isə yalnız namazın ədəb qaydaları haqqında qısa məlumat verməyi məqsədəuyğun sayırıq.
Namazı xüşu halında qılmaq
Allah-taalla Qurani-kərimdə namazını xüşu ilə qılan möminləri nicat tapanlar hesab edərək buyurur:
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
"O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”(Möminin”:2.)
Təvazö və ədəb mənasında olan "xüşu” böyük şəxsiyyətlərin qarşısında insanın ruh və cismində meydana gələn hala deyilir. Yuxarıda qeyd edilən ayədə təkcə namaz yox, namazı xüşu ilə, hər şeyi unudaraq, ruhən qılınması möminlərin nişanəsi sayılır. Belə ki, möminlərin namazları ruhsuz və yalnız quru sözlərdən ibarət deyil, əksinə namaz qıldıqda elə bir hala düşürlər ki, sanki bütün vücudları ilə Allahı dərk edir, onun qüdrət və əzəmətindən başqa heç nəyin fərqində olmurlar.
Ümumiyyətlə, hər bir şəxs Mütəal Allah qarşısında özünün acizliyini, tam mənada heç nəyə malik olmadığını, uca Tanrının isə hər şeyə qadir və sonsuz qüdrət sahibi olduğunu dərk etdiyi zaman onda xüşu və təvazö halı yaranar. Allah Quranda buyurur:
إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ
"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın yeganəliyini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (mö’minləri) bağışlayandır!”("Fatir”, 28.).
Bu baxımdan, din öndərləri həm Allahın əzəmətini, həm də özlərinin aciz olmalarını dərk etdikləri üçün daha çox xüşu, təvazö əhli olmuşlar. Belə ki, Rəsuli-əkrəm (s) namaz qıldığı halda dünya dağılsaydı belə ona təsir etməzdi("Şəmailun-nəbi”, səh. 157.). Həzrət Əli (ə) namaz qıldığı zaman özünü elə unudurdu ki, ayağından oxu çıxartdıqda xəbəri olmurdu("Əsrarul-hukəm”, c. 2, səh. 527.). Şərih deyir: "Peyğəmbərin (s) məscidinə daxil olanda gördüm ki, İmam Hüseyn (ə) səcdə halında üzünü torpağa qoyaraq münacat edir:
"Ey mənim mövlam, əgər məni günahkarlarla birgə cəhənnəmə göndərsən onlara deyərəm ki, mən Səni çox istəyirəm”("Səhifətul-hüseyn”, səh. 62.). Məhəmməd Şakiri deyir: "İmam Həsən Əsgəri (ə) mehrabda oturub, səcdəyə gedərdi. Mən yatıb oyandıqdan sonra da onu səcdədə görərdim”("Namaz”, Hüseyn Səburi.).
İmam Sadiq (ə) buyurur: "Mənim bir hacətim var idi. Dəstamaz alıb, hacətimin hasil olması üçün namaza başladım. Namazdan o qədər (mənəvi) ləzzət aldım ki, öz hacətimi unutdum”("Beheşte-cavidan”, səh. 214.).
Aşağıda qeyd edilən göstərişlərə əməl etmək insanda xüşu və xüzunun yaranmasına səbəb olur:
1. Kimin qabağında dayandığımızın, kiminlə söhbət etdiyimizin fərqinə varaq. Edilən qiyam, rüku və səcdələrdən məqsədin nə olduğunu bilək?
2. Namazın mənasına diqqət yetirmək.
3. Surələri aram və vüqarla qiraət etməyin qəlbin hüzurunda böyük rolu var.
4. Qəlbimizə gələn fikirləri tez özümüzdən uzaqlaşdıraq. Əks təqdirdə müxtəlif fikirlər bizi əsl namaz qılmaq səadətindən məhrum edəcək.
5. Gözümüzü ətrafa baxmaqdan yayındıraraq, yalnız möhur və səcdə yerinə diqqət yetirək.
6. Yorğun, yuxulu və hansısa bir bədən üzvünün ağrıdığı vaxtlarda namaz qılmayaq.
Namaz qılan zaman bəzənmək
Hər bir şəxs məhəbbət bəslədiyi, möhtərəm sandığı bir şəxsin görüşünə getdikdə özünü səhmana salır, ən gözəl, təmiz paltarını geyinir, ətirlənir və s. Ən böyük məhəbbətə, ehtirama layiq olan uca Allahdır. Demək, onunla görüşə getdikdə - namaz qıldıqda özümüzü səhmana salıb, ən səliqəli paltarlarımızdan istifadə edib, ətirlənməyimiz lazımdır.
"Əraf” surəsində oxuyuruq:
يَا بَنِي آدَمَ خُذُواْ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ
"Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…”("Əraf”, 31.)
Quran şərhçiləri məlum ayədə qeyd edilən "zinət” sözünü açıqlayarkən yazırlar: "Bu, həm cismani zinətlər - gözəl və təmiz geyinmək, saçı daramaq, ətirlənmək və s., həm də mənəvi zinət - bütün əxlaqi sərvətlərə malik olmaq mənasındadır”.
Bu ayənin şərhində İmam Sadiq (ə) belə buyurur: "Saçı daramaq ruzinin cəlb olunmasına, insanın gözəlləşməsinə, ehtiyaclarının ödənilməsinə səbəb olur”("Xisal”, səh..268. ).
İmam Səccad (ə) haqqında nəql edilir: "Namaz qılmağa başladığı vaxtlarda cənamazın yanına qoyduğu ətirlə ətirləniridi”("Təhlile əz zendeganiye İmam Səccad”).
İmam Sadiq (ə) isə buyurur: "Ətirli halda qılınan bir rükət namaz ətirsiz halda qılınan yetmiş rükət namazdan üstündür”("Əsrar əs-səlat”, Məliki Təbrizi.).
İslam peyğəmbərindən (s) nəql olunduğuna görə, o, qadınların zinətsiz halda namaz qılmalarını xoşlamırdı("Dəaimul İslam”, c. 1, səh. 177.).
İslam Peyğəmbəri (s) mənəvi gözəlliyi hər şeydən üstün tutaraq buyurur:
"Əgər Allah bir şəxsi xeyirli zinətlərlə bəzəmək istəsə ona daxili paklıq bəxş edər”("Tənbih əl-xəvatir”, c. 2, səh. 229.).
İmam Əli (ə) gözəllik haqqında buyurur:
"Kişinin gözəlliyi səbr, möminin gözəlliyi təqva, bəndənin gözəlliyi itaət, elmin gözəlliyi isə onu başqalarına çatdırmaqdır...” ("Ğürəru əl- hikəm”, c. 1, səh. 370.).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor