Namaz İlahi dəstəkdir |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 3-05-2016, 01:43 | Şərh sayı: (0) | Baxılıb: 912
Namaz İlahi dəstəkdir
Yaşadığımız dünya müxtəlif çətinliklərlə dolu olan bir məkandır. Bütün bu çətinliklərə sinə gərmək, sıxıntılarla mübarizə aparmaq hər şəxsin ümdə vəzifələrindən biri sayılır. Lakin, hər bir problem maddi səylər nəticəsində öz həllini tapa bilmir.
İnsan iki qütblu - həm cism və həm də ruhdan ibarət olduğu üçün mənəvi aləmə də diqqət yetirməli və bu vasitə ilə İlahi rəhmətə qovuşaraq özünü zamanın amansız fırtınalarından amanda saxlamalıdır. Qurani-Kərimin buyurduğuna əsasən, insana dəstək verən ən əsaslı mənəvi qüvvələrədən biri də namazdır. Bu haqda "Bəqərə” sürəsinin 45-ci ayəsində oxuyururq: وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوة
"Səbr və namazdan dəstək alın!”
Məlum sürənin 153-cü ayəsində yenə də iman sahiblərinə xitab olaraq belə buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلوةِ
"Ey iman gətirənlər, səbr və namazdan dəstək alın”
Burada belə bir sual yarana bilər ki, yalnız bir küncə çəkilib namaz qılmaqla bütün çətinlikləri həll etmək necə mümkündür? Suala cavab olaraq qeyd edilməlidir ki, ayədə məqsəd namazın mənəvi köməyidir. Belə ki, Allahla söhbətindən güc alan şəxs yəni bir ruhiyyə ilə həyata qayıdır, süstlük, tənbəllik ondan uzaqlaşır və bu, onun daha da çevik olmasına səbəb olur. Məsələn, heç bir dəyəri olmayan bir taxta parçası şikəst şəxsin ayaqda qalmasına, hərəkət etməsinə və ən nəhayət cəmiyyətdə öz mövqeyini tapmasına zəmin yaradır. İlahi nur sayılan namazın insan həyatına bundan qat-qat çox təsir göstərir. İslam peyğəməri (s) çətinliklərlə qarşılaşdığı zaman namaza sığınır və bu mənəviyyat kanının əzəmətindən faydalanırdı. Belə ki, İmam sadiq (ə) buyurur: "Allahın rəsulu narahat olduğu zaman namaz qılırdı”("Sünənun-Nəbi”.).
Böyük mütəfəkkir, həkim-cərrah Əbu Əli Sina hər hansı bir elmi məsələni həll etməsində çətinlik çəkdiyi zaman namaz qılıb, Allaha dua edərdi. O, bu haqda deyir: "Zehnim kütləşdikdə, hər hansı bir elmi məsələni həll edə bilmədiyimdə dəstəmaz alır, İmam Hüseynin (ə) türbətini qarşıma qoyub, üzü qibləyə tərəf iki rükət namaz qılır əqlin, düşüncənin Allahına pənah apararaq ondan imdad diləyirdim. Namazdan sonra Allaha təvəssül edib, yenidən o səhifəni oxumağa başlayırdım. Bu zaman mənə fikri, elmi ilhamlar olur və mən ən dərin elmi məsələləri həll edirdim”("Gəncineyi-maarif”, səh.741.).
Əbu Əli Sina kimi bir şəxsi elm qüruru aldada bilməyib, Allaha səcdə qılaraq, razü-niyaz edibsə, biz elmi az olan insanlar bu məsələlərdə daha diqqətli olmalıyıq.
Ümumiyyətlə, Allahı zikr etmək, mübarək adlarına sığınmaq, ona təvəkkül etmək və bütün bunlardan əldə edilən ruh yüksəkliyi ilə çalışmaq çətinliklərin həlli üçün ən böyük vasitədir. Rəvayətdə qeyd edilir , İslam peyğəmbərinin (s) əziz qızı həzrət Zəhra (s.ə) ev işlərinin ağırlığından çətinlik çəkdiyi üçün atasından bir kəniz istədikdə Peyğəmbər (s) bunun mümkün olmadığını anladaraq ona sıxıntılarının qarşısını ala bilməsi üçün bir zikr öyrədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər