Əsl namaz qılan şəxslər |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 3-05-2016, 19:46 | Şərh sayı: (0) | Baxılıb: 464
Əsl namaz qılan şəxslər
Qurani-kərimin buyuruqlarına əsasən hər bir namaz qılan şəxs əsl namaz qılma səadətinə nail olmur. Əsl namaz qılan şəxslər bir çox əxlaqi dəyərləri özündə cəmləşdirən insanlardır. Belə olan halda, namazların Allah dərgahında qəbul olmasına səbəb olan, möminin həyat tərzini əvəz edən bu dəyərlərlə tanış olmaq zəruridir:
İman sahibləri namaz qılanlardır
İmam Sadiqdən (ə) iman haqqında soruşulduqda buyurdu:
الايمان ان يطاع الله فلا يعصي
"İman, Allahın əmrlərinə tabe olub, göstərişlərinə qarşı çıxmamaqdır”("Kafi”, c. .2, səh. 33.).
Başqa bir rəvayətdə o Həzrətdən (ə) İslamın nə olduğu haqqında sual edildikdə cavab verir:
فقال دين الله اسمه الاسلام و هو دين الله قبل ان تکونوا حيث کنتم و بعد ان تکونوافمن اقر بدين الله فهو مسلم و من عمل بما امر الله عز و جل به فهو مومن
"Allahın dininin adı İslamdır. Əgər bir şəxs bu dində olduğunu iqrar etsə, müsəlman və bu dinin göstərişlərinə əməl etdikdə isə mömin sayılır”(Kafi”, c.2, səh. 38.)
Allah taala Qurani kərimdə imanla islam arasında böyük fərqin olmasını bəyan edir:
تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُواأَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِنأَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
"(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”("Hucurat”, 14.).
Yuxarıda qeyd edilən ayədən məlum olur ki, dildə islamı qəbul etdikdən sonra əməl etibari ilə də müsəlmanlığı isbat etmək lazımdır. Gərək bütün bunlarla yanaşı iman gətirdiyini iqrar etdiyin dinə saf niyyətlə tapınıb, onun bütün göstərişlərinə əməl edələn. Belə olan halda insan mömin adına layiq görülür. Allahın göstərişlərindən biri də namaz qılmaqdır. Bu məsələyə toxunan Quran ayəsinə diqqət edək:
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
"O kəslər üçün ki, Rəbbinin də’vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər”("Şura”, 38.).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər