RSS
 

Login:
Şifrə:
» » HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Xəbər lenti

20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 23:31 | Şərh sayı: (0) | Baxılıb: 278

HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ


HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞHəzrət Məsumənin (ə) vəfatı münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.

Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir:
1. Fatimeyi-Kubra;
2. Fatimeyi-Suğra;
3. Fatimeyi-Vusta;
4. Fatimeyi-Uxra.

Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir.
“Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir.
Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.)
Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.

İRANA SƏFƏRİ

200-cü hicriiqəməri ilində Məmun Abbasinin israr və təhdidindən sonra imam Rza (ə) Mərv şəhərinə, oradan da yanında Əhli-beytindən heç bir kəs olmadığı halda Xorasana yollanır. İmam Rzanın (ə) hicrətindən az sonra həzrət Məsumə (ə) qardaşını görmək arzusu ilə bir dəstə qohum-əqrəbası ilə Xorasana yola düşür. Keçdikləri bütün şəhərdə camaat onları təntənə ilə qarşılayıb, onlara məhəbbət bəsləyir. O həzrət də böyük bibisi həzrət Zeynəb (ə) kimi qardaşı imam Rzanın (ə) məzlumiyyəti və qəribliyini mömin və müsəlman xalqlara çatdırıb, Abbasi sülaləsinin hiyləgər hökumətinə qarşı müxalifətini bəyan edirdi.
Karvan İranın Savə şəhərinə çatdıqda, dövlət məmurlarının himayə etdiyi bir qrup Əhli-beyt müxalifləri onların kişilərini şəhid edirlər. Bir rəvayətə görə, həzrət Məsuməni (ə) də zəhərləyirlər, qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnib, Xorasana getməkdən aciz qalır.

QUM ŞƏHƏRİNƏ GƏLİŞİ

O həzrət Xorasana gedə bilmədiyini gördükdə soruşur: “Savədən Quma nə qədər yol vardır?” Yolun məsafəsindən xəbər tutduqda buyurur: “Məni Quma aparın, çünki atamdan eşitmişəm ki, Qum şəhəri bizim şiələrimizin mərkəzidir.”
Şəhərin ağsaqqalları və alimləri bu sevindirici xəbəri eşitdikdə, o həzrətin pişvazına çıxırlar. Əşəri qəbiləsinin rəisi Musa ibn Xəzrəc o həzrətin dəvəsinin cilovunu tutur və çoxları da Xanımın əyləşdiyi kəcavənin ətrafına toplaşırlar.
Həzrət Məsumə (ə) 201-ci hicri-qəməri ilində, təqribən Rəbiül-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olur. Ondan sonra “Mir” meydanında Musa ibn Xəzrəcin evinin qapısı qarşısında kəcavədən enib, onun qonağı olur. O həzrət bu şəhərdə 17 gün qalır və bu müddət ərzində ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yerdə bu gün “Beytün-nur” adı ilə məşhur bir mədrəsə yerləşir və hal-hazırda ziyarətgah sayılır.

VƏFATI

Həzrət Fatimeyi-Məsumə (ə) (201-ci h.q ilində Rəbiüs-sani ayının 10-da qardaşı imam Rzanı (ə) görmədən, qərib ölkədə böyük qəm-qüssə ilə əbədiyyətə qovuşur.
Qum əhli onu dəfn etmək üçün “Babulan” bağına – bugünkü ziyarətgah yerinə aparırlar. Qəbir qazıldıqdan sonra camaat o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliyə düşürlər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkilmiş iki atlı sürətlə camaata yaxınlaşır. Cənazəyə namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil olur, digəri isə Xanımın pak cəsədini götürüb ona verir. Hər ikisi Xanımın dəfn mərasimindən sonra heç kimlə danışmadan atlarına minib, oradan uzaqlaşırlar. Onların Allah-Taalanın iki “höccət”i sayılan imam Rza (ə) və imam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi-Qum”, səh. 213.) Çünki şəriətə görə, məsum şəxs başqa bir məsumun vasitəsilə dəfn olunmalıdır.

Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üstündə öz əlilə qamışdan toxunmuş həsirdən bir kölgəlik (çardaq) düzəldir. 265-ci hicri-qəməri ilində imam Cavadın (ə) qızı Zeynəb onun qəbri üstündə ilk dəfə olaraq günbəz tikdirir. (“Məzaratu Əhlil-beyt”, səh. 200.)
Beləliklə, həzrət Məsumənin (ə) müqəddəs qəbri vilayətsevər şiələrin ziyarətgahına çevrilir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor