RSS
 

Login:
Şifrə:
» » Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-11-2015, 07:42 | Şərh sayı: (0) | Baxılıb: 2357

Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir


Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir


Elmi araşdırmalardan əlavə, imkan daxilində münasib vaxtlarda müxtəlif qəzet və jurnallara baş çəkir, müxtəlif saytlarda dini mövzularla əlaqədar dərc edilmiş bir sıra məqalələrlə rastlaşırıq. Əlbəttə, şükür etməliyik ki, bu gün ölkədə hakim olan söz azadlığına görə, ateizm dövrünün əksinə olaraq dini mövzularda yazanlarımızın sayı qat-qat çoxalmaq üzrədir. Belə ki, kimsə dini inancı və yazdığı dini və mənəvi yazılara görə incidilmir və təzyiqlərə məruz qalmır.
Lakin bu arada insanı təəssüfləndirən əsas məsələlərdən biri də, dinimizin mahiyyəti və ümumiyyətlə, onun nə olduğunu düzgün tərzdə dərk etməyən məlum şəxslərin dini mövzulara girişib, İslam dini və şəriətin ehtiva etdiyi hökmlər barədə fikir yürütməsindən ibarətdir.
Mövlanə ləqəbi ilə tanınan Cəlaləddin Ruminin bu mövzu ilə bağlı çox gözəl bir təmsili vardır. Onun xülasəsi belədir:
"Deyilənlərə görə, yağ və digər yeyinti məmulatı satan bir baqqal öz dükanında insan kimi danışan bir tutuquşu saxlayırdı. Günlərin bir günü dükana bir pişik daxil olur və tutuquşunu tutmağa cəhd göstərir. Bunun nəticəsində tutuquşu özünü o yan bu yana vurduğundan dükan sahibinin taxçalara düzdüyü yağ şüşələri yerə düşüb sınır.
Dükan sahibi içəri daxil olarkən əhvalatdan xəbərdar olur və əsəbiləşib quşun başına o qədər vurur ki, nəticədə tutuquşunun baş hissəsinin tükləri tökülür. Buna görə də, tutuquşu acıq edib susur və daha danışmır.
Nəhayət, bir gün həmin dükana keçəl bir kişi daxil olduqda tutuquşu onu görüb dilə gəlir və belə deyir: "Sən də mənim kimi dükan sahibinin yağ şüşələrini sındırmısan və onun əsəblə sənin başına vurduğu şillə-yumruqlar nəticəsində başının tükləri tökülüb?"
Bu, yalnız bir təmsildir. Lakin həm keçmişdə, həm də bugünkü günümüzdə öz həqiqətini tapmışdır. Çünki dünyanın bir çox ölkələrində ilahi dinin mahiyyətini başa düşməyənlər heç kəsdən çəkinmədən din barədə fikir yürüdür və özlərini səlahiyyətli din alimi yerinə qoyub, şəriət hökmləri barədə əsassız fətvalar verirlər! Həmçinin, tarix boyu və elə indiki zamanda özünü ilahi peyğəmbər yerinə qoyub, səlahiyyətindən kənar olaraq danışanların sayı heç də az deyildir.
Şübhəsiz, belələri təmsildə göstərilən tutuquşu kimi həqiqətin nə olduğunu dəqiqləşdirə bilmədiklərindən səhvə uğrayır və əcaib fikirlər yürüdürlər. İslam dini, əziz Peyğəmbərimiz (s), eləcə də şəriət hökmləri barədə yazılan təhqiramiz və əsassız yazılar bu qəbildəndir.
Aydındır ki, bu sözlərlə heç kəsə qarşı hörmətsizlik etmək istəmir, əksinə hər kəsin öz ixtisası sahəsində hərəkət etməsinin zəruriliyini bildirmək əzmindəyik.
Günümüzdə İslam dini haqqında yanlış anlayışların yayılmasının müxtəlif sübut və nümunələri vardır. Şübhəsiz, onlardan biri də, səlahiyyətsiz şəxslərin din və şəriət barədə fikir yürütməsidir. Təəccüblüsü budur ki, adətən başqa sahələr haqqında həmin sahənin mütəxəssislərindən başqasının fikir yürütməsi həm qəbahətli, həm də yolverilməzdir. Lakin din və şəriət barədə azacıq və naqis məlumatı olan hər bir kəs özünə bu barədə fikir yürütmək səlahiyyəti verir!
Kimisi İslamda olan cihad və ya müdafiə hökmünə əsasən, İslam dinini zorakı din adlandırır, kimisi İslamda vacib sayılan hicabın ilahi bir göstəriş olmadığını iddia edərək dini hicabı qadının təbiiliyini aradan qaldıran və qadın azadlığını aradan aparan bir amil kimi təqdim edir, kimisi də din və şəriət hökmləri barədə digər bu kimi əsassız iddiaları irəli sürür!
Bu barədə təəccüblü mövzulardan biri də, İslam dininə mənsub olan məzhəblər və təriqətlərin müxtəlif mövzulara olan baxışını nəzərə almadan onların adından danışmaq və fikir yürütməkdir. Həmçinin, dini mövzuları siyasiləşdirmək də bu qəbildəndir.
Unutmamalıyıq ki, insan dini mövzular barədə bir neçə kitabı mütaliə etməklə, universitet və ya dini mədrəsədə bir neçə il dini təhsil almaqla səlahiyyətli din alimi ola bilməz. Əgər belə olsaydı, yəqin ki, İslam dünyasının problemləri həll olunardı.
Qəbul edirik ki, tarix boyu bir qrup nadan və ya qərəzli şəxslər tərəfindən dinimizə müəyyən xürafatlar və əsassız əqidələr, fikirlər və əməllər daxil edilmişdir. Lakin bunu da qəbul etməliyik ki, səlahiyyətsiz şəxslərin din və şəriət barədə fikir yürütməsi heç də bu problemin həlli ilə nəticələnməyəcək, əksinə bir çox hallarda mənfi təsirlərin şahidi olacağıq.
Nəticə etibarilə burada üç dəstənin öhdəsinə mühüm vəzifə düşür. Onlardan biri ümumi xalq kütləsi, digəri səlahiyyətli din alimləri, digəri isə dini mövzular barədə fikir yürütməyə səlahiyyəti olmayan halda danışan kəslərdir.

1. Xalq kütləsi
Əziz xalqımızın əksəriyyətinin müsəlman olduğunu nəzərə alaraq onların din və onun maarifinin nə olduğunu hər kəsdən deyil, yalnız səlahiyyətli din xadimləri və din alimlərindən öyrənməsini tövsiyə edirik. Müqəddəs kitabımız Qurani-Kərimin bu barədə göstərişi də belədir. Necə ki, "Nəhl" surəsində buyurulur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (Nəhl, 43).
Məlum ayəyə əsasən, təkcə dini mövzularda deyil, həm də hər bir sahədə həqiqi mənada elm və ixtisas sahibinə müraciət etmək lazımdır. Din və mənəvi məsələlər barədə də başqalarına deyil, həqiqi mənada din xadimi sayılan alimlərə müraciət edilməlidir. Bu arada digər sahələrdə olduğu kimi, səlahiyyəti olmayanların yürütdükləri fikirlərə və danışdıqları sözlərə etinasız yanaşmaq lazımdır.
İnanclı insanlar tərəfdarı çox olan söz və fikrə deyil, daha üstün və daha yaxşı sözə və fikrə tabe olmalıdırlar. Qurani-Kərimdə oxuyuruq: "(Ya Peyğəmbər!) Bəndələrimə müjdə ver! O kəslər ki, (hər cür) sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! " (Zumər, 17-18.).

2. Səlahiyyətli din xadimləri
Şübhəsiz, hal-hazırda səlahiyyətli din xadimləri və ruhanilər İslam peyğəmbəri (s) və Onun Əhli-beytinin (ə) canişinləri və varisləri sayılırlar. İslam dinində onların öhdəsinə müəyyən vəzifələr qoyulmuşdur. Din və şəriəti olduğu kimi öyrənib, olduğu kimi insanlara çatdırmaq, həmçinin, din və şəriət barədə fikir yürütmək başqalarının deyil, şübhəsiz onların vəzifəsidir.
Onların vəzifələrindən biri də, dində yaranan bidətlərlə (bidət: dində olmayan hər hansı bir fikir, əqidə, əməl və ya sözün din adından və dini bir göstəriş kimi təqdim edilməsinə deyilir - İ.İ.) ciddi mübarizə aparmaqdır. Əziz peyğəmbərimiz bu barədə belə buyurmuşdur: "Ümmətim arasında bidətlər yarandıqda, alim öz elmini aşkar etməli (və bidətlərlə mübarizəyə qalxmalıdır). Bunu etməyənə Allahın lənəti olsun" ("Usuli-kafi", Şeyx Kuleyni (vəfatı: 329 h. q.), 1/54/2).
Odur ki, onlar istər nadan və səlahiyyətsiz şəxslər, istərsə də qərəzli adamlar tərəfindən yürüdülən əsassız fikirlərlə və sonradan qondarılmış bidətlərlə müqəddəs dinimizdə təyin edilmiş çərçivədə mübarizə aparmalıdırlar.

3. Din barəsində əsassız yerə fikir yürüdənlər
Burada üzümüzü din və şəriət barəsində əsassız yerə fikir yürüdənlərə tutub, onlara Quran ayələri və ya hədislərdən sitat gətirmək əvəzinə bir necə sual verir və onlardan həmin suallar ətrafında dərindən düşünməyi xahiş edirik:
1) Görəsən, bir din xadimi hər hansı bir tacirin, həkimin, polisin, professorun, mühəndisin, jurnalistin, müəllimin və s. ixtisası barədə mükəmməl biliyi olmadan fikir yürüdərsə, həmin sahələrdə ixtisası olanlar bunu necə qiymətləndirəcəklər?
2) Görəsən, din və şəriət hökmləri barəsində əsassız yerə fikir yürüdənlər bu kimi əməlləri ilə xalqımız və ümumiyyətlə, müsəlmanlar arasında ixtilafların yaranmasına səbəb olmurlarmı?
3) Görəsən, hər hansı bir sahədə ixtisası olmayanın həmin sahədə fikir yürütməsi insaniyyət və ədəblə nə qədər uyğundur? Çünki aydındır ki, yürüdülən bəzi fikirlər müsəlmanların əqidəsini təhqir edir, bununla da inanclı insanlar arasında fitnələrin yaranmasına səbəb olurlar...
4) Görəsən, din və şəriət barəsində mükəmməl anlayışı olmayanların bu barədə fikir yürüdüb, cəmiyyətdə və dünya müsəlmanları arasında ixtilaf yaratmaqla kimin və hansı dairələrin "dəyirman"ına su tökürlər?!
5) Görəsən, hər kəsin öz ixtisası olduğu sahədə çalışıb, xalqımıza və ümumiyyətlə, insanlara xidmət göstərməsinin vaxtı gəlib-çatmayıbmı?!
Ümid edirəm ki, bu yazılarıma görə kimsə məni qınamayacaq. Çünki bu yazılar kiminsə incidilməsi və ya təhqir edilməsi üçün deyil, hər kəsin öz işi və vəzifəsini tanıması və başqalarının ixtisas sahəsinə müdaxilə etməkdən çəkinməsi hədəfi ilə qələmə alınmışdır. Təbiidir ki, belə olan təqdirdə ölkəmizdə, həmçinin, dünyada dini, mədəni və ictimai baxımdan bir çox ixtilaflara və qarşıdurmalara son qoyulacaqdır. İnşallah!

Son duamız:
"Həmd olsun aləmlərin Rəbbi Allaha!"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor