RSS
 

Login:
Şifrə:
» » Şeyx Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Şeyx Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-11-2015, 09:40 | Şərh sayı: (0) | Baxılıb: 348

Şeyx Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir


Şeyx Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir


Bu yazıda bizim məqsədimiz zühurun cəmiyyətdə doğurduğu təsir və əks-təsirləri araşdırmaq, “doğru müntəzir”ləri “yalançı müntəzir”lərdən ayırıb tanımaqdır. Görək, İslami mənbələrdə böyük ibadətlərdən biri kimi sayılan intizarın fəlsəfəsi nədir? Zühur anlayışı bəzi şərqşünasların dediyi kimi, məğlubiyyət və nakamlıqdan doğan bir fikirdirmi? Bu düşüncə İslami mühitə idxal olunmuş, xaricdən daxil olmuş bir fikirdir, yoxsa əksinə, bu fikrin kökləri insanın öz təbiətində yerləşir, təkamülə olan eşqdən qaynaqlanır? İnsanın qəlbində bir eşqin mövcudluğu xaricdə bir məşuqun varlığına dəlalət etmirmi? Bir sıra şərqşünaslar israrla bildirirlər ki, böyük bir islahatçının varlığına olan inam müsəlmanların tarixinin qaranlıq dövranlarına təsadüf edən xoşagəlməz hadisələrdən irəli gəlir. Qərbin düşüncə təsiri altında olan tədqiqatçıların tərzi-təfəkkürünə görə müsəlmanların “Mehdi” adlı dünya xilaskarının varlığına olan etiqadlarının əsası yəhudi və məsihilərin inanclarından əxz olunmuşdur. Materialist düşüncəli sosioloqlar Mehdinin zühuru məsələsindən öz əqidələrinin xeyrinə yararlanmağa səy edirlər və deyirlər ki, bu inancın əsasını iqtisadi maraqlar təşkil edir. Onların əqidəsinə görə “Mehdinin zühuru” düşüncəsi istismar məngənəsində əzilən kütləni əqidə narkomaniyası ilə uyuşdurmaqdan başqa bir şey deyil. Yəni zülm altında əzilən, ağrı çəkən millətə təskinlik üçün hazırlanmış sakitləşdirici dərmandır. Bütün bu deyilənlərə rəğmən, diqqəti çəkən əsas məsələ belə bir zühura etiqadın bütün insanların vücudunda fitri kökə malik olmasıdır. Bu etiqad insan qəlbinin dərinliklərinə nüfuz etmişdir. Bütün mühüm İslami qaynaqlarda bu məsələ ilə rastlaşmaq olar. Bəlkə də bu tədqiqatçıların məhdud mütaliələri və ya hər cür dini düşüncəyə maddi don geyindirib olanları materialist baxımdan açıqlamaq istəyi belə fikirləri ortaya çıxarmışdır. Maraqlıdır ki, Marqli (David Samuel Margoliouth) kimi Qərb tədqiqatçıları Mehdi haqqında İslami qaynaqlarda göstərilən hədisləri inkar etməyə qalxaraq deyirlər: Belə hədisləri hər necə təfsir etsələr, yenə də əlimizdə İslamın dirçəlişi, güclənməsi üçün Mehdi adlı birinin zühurunu lazım və qaçılmaz hesab edən qənaətbəxş dəlil yoxdur. Amma biz bilirik ki, peyğəmbərin ölümündən sonra müsəlmanların arasında daxili müharibələrin başlaması, vahid bir nəslin arasında ixtilafların baş verməsi “xilaskarın zühuru” fikrinin yəhudi və məsihilərdən iqtibas edilməsinə səbəb oldu. Necə ki, yəhudilər və məsihilər də neçə yüz illərdir məsihin zühurunun intizarını çəkməkdədirlər”. Bilmirəm, Marqli bu barədə hansı İslami qaynaqlara müraciət etmiş və necə olmuşdur ki, onu qane edəcək təfsiri tapa bilməmişdir?! Halbuki, şiə və əhli sünnənin mühüm mənbələrində Mehdinin zühuru ilə əlaqədar açıq-aşkar hədislər kifayət qədərdir və bu hədislər təvatür həddinə çatmışdır. Necə olur ki, bütün İslam alimləri və tədqiqatçıları – demək olar ki, istisnasız – bu hədislərin Həzrət Peyğəmbərin (s) dilindən nəql olunması barədə heç bir şübhəli məqama rast gəlməmiş, yalnız məsələnin cüzi tərəfləri barədə fərqli fikirlər səsləndirmişlər, amma təkcə Marqli qane ola bilməmişdir?! Bu bir sualdır ki, Marqlinin özü ona cavab verməlidir. Bu arada bəzi alimlər deyirlər ki, bizim ümumi intizar, zühurun işi və məqsədləri ilə işimiz yoxdur. Bizim işimiz intizar əqidəsinin cəmiyyətə hansı mənfi və müsbət təsiri göstərməsi, sonda nə ilə nəticələnməsinə diqqət yetirməkdir. Biz görürük ki, məhdəviyyət düşüncəsi insanları dərdə dözümlülüyə, qeyri-sabitliyə səbir etməyə çağırır, cəmiyyətin zülmünə biganə qalmasına, zalıma baş əyməsinə, məsuliyyətdən qaçmasına səbəb olur. Biz əsas bu intizarın zülm içində əzilən kütləni necə şirin röyalara qərq etməsilə maraqlanırıq. İntizar əqidəsi xalqı ətrafında baş verən hadisələrə biganə yanaşmağa sövq edir, onları qəflət yuxusunda saxlayır. Sonda bu əqidə xalqı süstləşdirir və tənbəlliyə öyrəşdirir. Başqa ibarətlə desək, bu düşüncə fərdi baxımdan insanın mübarizə ruhunu sındıran, onu fəaliyyətdən saxlayan bir amil, ictimai baxımdan isə zülm əleyhinə baş qaldıran hər cür inqilab alovunu söndürəcək bir vasitədir. Bütün hallarda onun mənfi təsiri aşkardır. Tədqiq və təhlil: Amma bizim əqidəmizə əsasən, kənardan baxmaqla tələsik hökm çıxarmaq istəməyən agah bir tədqiqatçı “intizarın məqsəd və nəticələri” ilə bağlı bütün məsələlərlə yaxından tanışlığı özünə borc bilərsə, yuxarıda deyilən qeyri-dəqiq, tələsik verilmiş hökmlərlə heç vaxt razılaşa bilməz. İndi isə icazə verin tərəfkeşlik etmədən intizarın məqsəd və doğurduğu nəticələri birə-bir tədqiq edək: görək, bu əqidənin ortaya çıxmasının amili insanların uğradığı məğlubiyyətdir, yoxsa məsələnin kökündə fitri və rasional həqiqətlər dayanır? Bu inancın nəticəsi müsbətdir, yoxsa mənfi? Qurucudur, ya dağıdıcı? “Xilaskarın zühuru” düşüncəsinin toxumlarını fikirlərə səpən amilin məğlubiyyət və nakamlıq olduğunu deyənlərin əksinə olaraq bidiririk ki, bu mövzuya olan eşq insan vücudunun dərinliyindən qaynaqlanır. Bu eşqin təzahürü hərdən atəşli, qığılcımlı olub özünü qabarıq şəkildə büruzə verir, hərdən də kiçik işartılarla nəzərə çarpır. Başqa ibarə ilə desək, insan bu məsələni iki yolla – duyğu və əql yolu ilə qarşılamalı olur. Yəni bu zühurun sədasını iki dil – “fitrət” və “əql”in dili ilə eşidir. Daha aydın ifadə ilə desək, xilaskarın zühuruna inam insan ruhunun dörd boyutundan üçünün – “agahlığa olan eşq”, “gözəlliyə olan eşq”, “yaxşılığa olan eşq” – tərkib hissələridir. Yəni belə bir zühur olmadan bu eşqlər cavabsız qalmalıdır. Zühuru sıradan çıxarmaqla əslində bu eşqləri nakamlığa məhkum edirik. Ola bilsin bu deyilənlərin daha artıq izaha ehtiyacı olsun. Bilirik ki, “təkamülə olan eşq” insan vücudunda şölələnən əbədi bir məşəldir. İnsan daha çox bilmək istəyir, daha çox gözəlliklər görmək istəyir, daha çox yaxşılıqlar dadmaq istəyir. Bir sözlə, insan onun inkişafına, üstünlüyünə səbəb olacaq hər bir şeyi istəyir. İnsanın bu istəklərini heç vaxt ictimai, psixoloji amillərlə bağlamaq olmaz. Əlbəttə, qeyd olunan amillərin insanın istəklərinə təsiri inkar edilmir. Amma onların vücudunun kökü insan psixologiyasının əsasını təşkil edən bir hissədir. Yəni dediyimiz hallar insan ruhunun əsasını təşkil edən yönlərdən biridir. Dediyimizə dəlil kimi bütün cəmiyyət və millətlərdə həmin hissin eyni qaydada təzahür etməsini misal göstərə bilərik. Xülasə, insanın təkamülə, bilməyə, gözəlliyə, yaxşılıq və ədalətə olan istəyi köklü bir istəkdir. Bu istək insanın vücudunda əbədi yerləşdirilmiş bir toxumdur. Bu istəyin zirvə nöqtəsi dünya xilaskarının zühurunu gözləmək hissidir. İnsanın canında hərtərəfli bir təkamülə istək olduğu halda, belə intizarı çəkməyə bilərmi? Bəşəriyyətin təkamülü o olmadan necə gerçəkləşə bilər? Deməli, belə çıxır ki, həyatda məğlubiyyət acısı yaşamayan kəslər belə bir hissi yaşamamalıdırlar. Çünki bu, onların haqqıdır. Əgər intizar hissi zəif insanların, qorxu və şok keçirmiş insanların psixi narahatçılığından doğursa, onda gərək güclü insanlarda bu narahatçılıq olmasın. İnsan bədəninin hər bir üzvünün onun təkamülündə bir rolu olduğu kimi, insan ruhunun xüsusiyyətləri də eyni rolu ifadə edirlər. Məsələn, “təhlükəli amillərdən qorxmaq” hər bir normal insanda yaşanan hissdir. Bu hiss onun təhlükədən qorunmasına kömək edir. Sanki insan psixologiyasında qalxan rolunu ifa edir. Qorxu hissi insanı təhlükəyə qarşı hazır olmağa, tədbir görməyə çağırır. “Qəzəb” qüvvəsi insanın öz mənafeyini təhlükə zamanı qorumasına kömək edir. Bu onun müdafiə gücünü artırmasına, ehtiyat qüvvələri bir yerə cəmləməsinə xidmət edir. Sülhə, ədalətə olan istək əslində böyük hədəfə çatmaq üçün bir vasitədir. Sanki bu yolda insan vücudunun çarxlarını daim hərəkətdə saxlayan güclü bir mühərrikdir. Başqa bir tərəfdən, insan vücudunda olan hiss və mexanizmlərin varlıq aləminin ümumi harmoniyasından kənarda qalması mümkün deyil. Çünki bütün varlıq dünyası bir-birinə bağlanmış tam vahiddir. Bizim vücudumuz dünyadan kənar ola bilməz. Deməli, aydın nəticə almaq olar ki, bizim vücudumuzda olan köklü eşq və istəklər bizim ayrılmaz hissəsi olduğumuz dünyamızda bir “məşuqun”, içərimizdəki istəyin qovuşacağı bir məqsədin olduğuna dəlalət edir. İçərimizdəki eşq bizi həmin məqsədə qovuşduran bir vasitədir. Məsələn, susuzluq hissi xaricdə suyun mövcudluğuna dəlalət edir və bizi ona sövq etdirir. Bizim daxilimizdə baş qaldıran şəhvət hissi, cinsi oyanış müxalif bir cinsin xaricdə mövcudluğuna dəlalət edən bir faktdır. Əgər bizim vücudumuzda biliyə, gözəlliyə qarşı bir istək varsa, bu, xaricdə gözəllik və biliyin var olduğuna bir dəlildir. Buradan belə bir nəticəyə gəlmək olur ki, insanlar yer üzünü ədalət və sülhlə dolduracaq böyük xilaskarın intizarını çəkirlərsə, bu, bəşəriyyətin təkamül nöqtəsində belə bir zirvə nöqtəsinə yetişməyin mümkünlüyünü göstərir. Əgər belə olmasaydı, bizim vücudumuzda yaşanan bu sevginin, intizarın nə mənası olardı? /deyerler/


Hazırladı: Füzuli Şəfiyev, ilahiyyatçı



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor