RSS
 

Login:
Şifrə:
» » Dünyanın məşhur müsəlman alimlərindən biri

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Dünyanın məşhur müsəlman alimlərindən biri

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 12-12-2015, 22:47 | Şərh sayı: (0) | Baxılıb: 1360

Dünyanın məşhur müsəlman alimlərindən biri


Dünyanın məşhur müsəlman alimlərindən biri


İslam dünyasının coğrafiya elminin inkişafında böyük rol oynayan məşhur coğrafiyaşünas alimlərindən biri də Əhməd ibn Məciddir.

Məşhur coğrafiyaşünas, naviqator, kartoqraf və dəniz səyyahı Əhməd ibn Məcid 1421-ci ildə indiki Omanın Julfan şəhərində anadan olub.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin 7 bölgəsindən biri olan Oman o dövrdə dənizçilik mərkəzlərindən biri kimi tanınırdı. Əhməd ibn Məcidin atası məşhur dəniz səyyahı idi və o, Avropa ilə Hindistan arasında üzən gəmilərdə bələdçi funksiyasını həyata keçirirdi. Gələcək məşhur dəniz səyyahının atası dənizçilik üzrə mahir bilicilərdən hesab edilirdi və o, dənizdə heç bir alət olmadan istiqaməti asanlıqla və olduqca dəqiqliklə müəyyən edə bilirdi. Belə bir ailədə böyüyən Əhməd qısa müddətdə atasının dənizçilik peşəsini dərindən mənimsədi və 17 yaşı olanda, o artıq atası kimi dənizdə istiqaməti asanlıqla müəyyən edə bilirdi. Qısa müddətdə atasından daha zəngin bilik əldə edən Əhməd ibn Məcid bütün bölgədə məşhurlaşdı. Ona Hindistana, Çinə, İndoneziyaya və Uzaq Şərqə üzən gəmilərə bələdçilik etmək tapşırılırdı və o bu işin öhdəsindən asanlıqla gəlir, gəmiləri sağ-salamat mənzilbaşına çatdırırdı. Eyni zamanda dənizçilik elmini də dərindən öyrənən məşhur coğrafiyaşünas alim bu sahə üzrə çoxsaylı elmi kitablar yazdı.

Tam adı Əhməd ibn Məcid ibn Muhammed ibn Amr, ləqəbi Şihabuddin olan gələcəyin məşhur dəniz səyyahı və alimi uşaq yaşlarından atasından və babasından dini və riyazi, coğrafi elmləri öyrəndi. Kiçik yaşlarından atası ilə bir yerdə dənizçilər arasında olan Əhməd ibn Məcid onlardan bu sahənin dərindən öyrəndi. Eyni zamanda atasının tövsiyəsi ilə o dövrdə dənizçi lik sahəsində çoxsaylı alimlərin əsərlərini öyrənən Əhməd ibn Məcid praktikada əldə etdiyi nəzəri biliklərini bir araya gətirərək biliklərini daha da zənginləşdirdi.

Vasko da Qamaya bələdçilik etdi

Əhməd ibn Məcidin ən böyük uğurlarından biri də məşhur dəniz səyyahı, Hindistana dənizdən yol axtaran Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları sağ-salamat mənzilbaşına çatdırması oldu. Əhməd ibn Məcid dənizçilik elmi, gəmilərin hərəkəti, onların dəniz marşrutları, Hindistan və Şərqi Avropa sahillərinə çatması yolları barədə bu gün belə əhəmiyyətini itirməyən əsərlər yazıb. Onun yazdığı və dənizçiliyə həsr edilən elmi əsərləri arasında okeanoqrafiyaya həsr edilən məşhur gəmilərin hərəkət və onların idarəedilmə prinsipləri (Fava'dh fi-usl İlm əl -Bahrva-əl-Qavaidah) kitabı var. Bu kitab təxminən 300 il ərzində Avropa coğrafiyaşünasları üçün dərslik rolunu oynadı. Bundan əlavə, məşhur dəniz səyyahı "Kitab-əl Favaid" (Dənizçilik fondu və gəmiçilik) adlı məşhur elmi əsərini yazıb. Bu əsərdə dənizçilik elmi, onun inkişaf etdirilməsi, dənizdə istiqamətlərin müəyyən olunması, naviqasiyanın əsas prinsipləri, dəniz sahilləri arasındakı fərqlər, Şərqi Afrika və İndoneziyanın dəniz limanları, ulduzların vəziyyətinə görə istiqamətin müəyyən edilməsi, mussonların, mövsümü, küləklərin başlama vaxtı, dənizdəki təhlükəli yerlər və onlardan qorunma yolları barədə ensiklopedik məlumatlar verilib. Ən önəmlisi məşhur coğrafiyaşünas alim və dəniz səyyahı əsərlərində özündən əvvəlki alimlərin bu sahədə yazdıqlarına istinad edərək, onlar barədə də geniş məlumat verməsidir. Qeyd edək ki, Vasko da Qamaya Əhməd ibn Məcidin kömək etməsi və onun gəmilərini sağ-salamat Hindistana çatdırması alimin şöhrətini daha da artırdı. Bu barədə məşhur alimin qeyd kitabında məlumat var. Amma bunu şübhə altına alanlar da var. Belə bir fikir vurğulanır ki, Vasko da Qamanın gəmiçilik jurnalında Əhməd ibn Məcidin onlara bələdçilik etməsi barədə heç nə yazılmayıb. Ancaq bu da təbiidir. O dövrdə gəmi jurnalında əsasən gəmi heyəti, dənizdə istiqamət, gedəcəkləri, olduqları yerlər, dənizdə baş verən hansısa hadisələr barədə məlumat verilirdi. Vasko da Qamanın bələdçi barədə jurnalda bəhs etməməsi də bu səbəbdən ola bilər. Ancaq araşdırmaçıların böyük əksəriyyəti Əhməd ibn Məcidin Vasko da Qamanın gəmilərinə bələdçilik edərək, onları Hindistana aparması və sonra da geriyə Ras əl-Haym limanına qaytarmasının həqiqət olduğunu qeyd edirlər. Əhməd ibn Məcidin Vasko da Qamaya bələdçilik etməsi barədə ilk dəfə onun ölümündən 50 il sonra Osmanlı tarixçisi Qütb əl-Dinin kitabında qeyd edilib.

Dənizçiliyə aid 40-dan artıq əsər yazıb

Yenə də qeyd edək ki, həmin dövrdə ərəblər məşhur dəniz biliciləri hesab edilirdilər və Qərb dünyası 300 ilə yaxın bir müddətdə məhz ərəb dənizçilərinin kartoqraflarının, coğrafiyaşünaslarının, o cümlədən Əhməd ibn Məcidin bu sahəyə aid yazdığı əsərlərdən onu öyrəndilər. Bu müstəvidə də Əhməd ibn Məcidin yazdığı "Kitab əl Favaid usul ilm əl Bəhr VA-l-Qavaid" əsəri qeyd etdiyimiz kimi, elm və texnikanın inkişaf etdiyi indiki dövrdə belə əvəzedilməz bilik mənbəyi rolunu oynayır. Məşhur alimin dənizçiliklə bağlı yazdığı məşhur iki kitabın əlyazması hazırda Parisdəki Milli Kitabxanada qorunub saxlanılır.

Əhməd ibn Məcid bəzi dəniz cismlərinin, o cümlədən və balıqların yaydığı fosfor işıqları vasitəsilə istiqaməti müəyyən etməyi öyrənib və bu barədə əsərlərində geniş məlumat verib. O astronomik hesablamalar yolu ilə ulduzların məsafələrinin təyin edilməsində rolu ola bildiyini müəyyən etdi. Astronomik hesablamalarda üsturlab alətindən mükəmməl bir şəkildə istifadə etdi. Pusula sıradan çıxdığı zaman müxtəlif yollarla istiqamətin müəyyən edilməsi ilə bağlı xüsusi araşdırmalarla vəziyyətdən çıxış yollarını, hədəfin dəqiq tapılmasını müəyyən etdi. Pusulanın tam dəqiq işləməsi üçün metodlar tapdı və bunu gəmilərdə tətbiq etdi. O, əsərlərində özündən əvvəl gələn bütün dəniz səyyahlarının və coğrafiyaşünaslarının elmi əsərlərini oxuyaraq onları daha da təkmilləşdirdi, onlara özünün əldə etdiyi bilikləri əlavə etdi. Əhməd ibn Məcid nəzəri biliklərdən daha çox, praktikada əldə etdiyi təcrübəyə böyük əhəmiyyət verdiyindən yunan dənizçilərinin və bu sahə ilə məşğul olan alimlərin əsərlərinə etibar etməyərək özünün müşahidələri və təcrübəsi sahəsində əldə etdiyi bilikləri əsasında dənizçiliklə bağlı mükəmməl əsərlər yazdı. Bu baxımdan onun dənizçiliklə bağlı yazdığı əsərlər daha mükəmməl idi və elmi-paktik cəhətdən əvəzedilməz dərsliklər hesab edilirdi. Əsərlərində Əhməd ibn Məcid Hindistan, İndoneziya Qırmızı dəniz, Ağdəniz sahilləri və buradakı limanlarla bağlı maraqlı məlumatlar verib, oraları tarixi baxımdan indi də əvəzsiz mənbə hesab ediləcək dərəcədə geniş şəkildə təsvir edib, orada yaşayan insanlar, məşğuliyyətləri, günlük həyat tərzləri, limanların imkanları, dənizçiliyin həmin bölgələrdə hansı səviyyələrdə inkişaf etdiyi barədə qiymətli məlumatlar verib

Əhməd ibn Məcidin ən önəmli əsərlərindən biri hesab edilən "Kitab-ül-Fevaid" girişdən və on iki bölümdən ibarətdir. Alim bu əsərində gəmiçilik, dənizçilik, gəmiçilikdə istifadə edilən alətlər, dənizdə ulduzlar vasitəsilə istiqamətin təyin edilməsi, dənizlərdə musson və küləklər dövrü, günəş və ay tutulmaları və onların hesablanması yolları barədə məlumat verib. Dənizçiliklə bağlı hər bir dənizçinin öyrənməsi lazım olan əsərlərin adları barədə də o bu kitabında ətraflı məlumat verib. Gəmilərdə kapitan otağı və pusulanın önəmi, gəmilərin necə inşa edilməsi, onun hansı texniki vasitələrlə təchiz edilməsi, gəmilərin texniki heyətinin uzaq səfərlərə necə hazırlaşdırılması barədə kitabda qiymətli məlumatlar var. Ərəbistan yarımadası, Qırmızı dəniz, Hind okeanı, Bəhreyn, Madaqaskar, Cava, Sumatra, Seylon və Zəngibar adaları və onların çoğrafiyası, sahilləri iqlimləri barədə də əsərdə geniş məlumatlar əksini tapıb. 11 bölmədən ibarət "Haviyet-ül-İhtisar" əsərində isə alim gəmilərin yaxınlaşa biləcəyi dəniz sahillərindəki işarələr, əlamətlər, günlər, həftələr, aylar hesablanıb. Müxtəlif dəniz yollarını hesablayaraq limanlar arasındakı məsafəni olduqca dəqiq müəyyən edib.

Ümumiyyətlə, Əhməd ibn Məcid dənizçiliyə aid 40-a yaxın əsərin müəllifidir. Hələ sağlığında ikən "Dəniz şiri" adı ilə müasirləri arasında tanınan bu böyük insan 1501-ci ildə Haqqın rəhmətinə qovuşub.
"Zaman Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor