RSS
 

Login:
Şifrə:
» » NÜDBƏ DUASI

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






NÜDBƏ DUASI

 
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 27-12-2015, 22:39 | Şərh sayı: (0) | Baxılıb: 2796

NÜDBƏ DUASI


NÜDBƏ DUASI


Bu duanı Fitir,Qurban və Qədir-Xum bayramlarında, həmçinin cümə günləri oxumaq müstəhəbbidir

Bismillahir–rəhmanir–rəhim

Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və onun övladlarına olsun. İlahi,Sənin övliyaların barədə cərəyan edən hadisələr barədə Sənə həmd olsun Elə övliyalar ki, onları Özün və dinin üçün xalisləşdirmisən. Çünki, onlara Öz yanında olan əbədi ne”mətlər bəxşiş etmisən ki, o ne”mətlər əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv olmaz. (bu ne”mətləri) bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul və müqərrəb etdin .Yüksək zikri, aşkar sənanı onlar üçün təqdim etdin, onlara məlaikə nazil edib Öz vəhyinlə onları əzizlədi, Öz elminlə onlara yardım (əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bə”zilərini (Həzrəti Adəmin) Cənnətdən çıxarana qədər orada məskunlaşdırdır. Bə”zilərini isə (Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlak olmadan nicat verdin. Bə”zilərin isə Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil, istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı etdin Bə”ziləri(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və onun üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin;
Bəzilərini isə (həzrəti İa) atasız olaraq dünyaya gətirdin və ona aşkar mö”cüzələr əta edib Ruhul qüdüsla onu tə”yid etdin.

Bunların hər biri üçün şəriət yol müəyyən etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər. Sənin dinini bərqərar edənlər dirçəldənlər Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın.Həmçinin bir kəs deməsin ki, “Ey Rəbbimiz, əgər Sən bizə (İlahi əzabdan) qorxudan bir rəsul göndərib (onları) hidayətçi, əlamət qərar versəydin biz də zəlil və xar olmamış, işimizi Sənin həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış Sənin mö”cüzələrinə tabe olardıq”-deməsin,və o,(həzrəti Mühəmməd)Sənin seçdiyin kimi, xəlq etdiklərinin ağası, seçdiyin bəndələrin seçilmişi, onların əfzəli, e”timad etdiyin bəndələrin ən kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən öncəyə keçirtdin, Öz bəndələrindən olan səqəleynə (cinlərə və insanlara) peyğəmbər seçdin, Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin,. Büraqı onun üçün müsəxxər(ram) etdin, onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin, Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini onda əmanət verdin Sonra (düşmənlərinin mö”minlərdən qorxması ilə) onu nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti olan mələklərinlə əhatə etdin ona və”də verdin ki, onun dinini müşriklərin xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş onu sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu. və oranı(qayıtdığı evi ) o və onlar üçün ilk beyt qərar verdik ki, “Camattın ibadəti üçün qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli olub aləmlər üçün hidayətdir, onda aydın nişanələr–İrahim əleyhissalam)-ın məqamı vardır. Hər kəs oraya daxil olasa, əmin-amanlıqda olar” (“Ali Imran” surəsi, 96) və Əhli-Beyt(ə) barəsində buyurdun:“Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb Sizi pak-pakizə qərar versin” (Əhzab-53)

Sonra Mühəmməd (s)-ın muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, “(Ya Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm”

Həmçinin buyurdun ki, “Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir” və buyurdun ki: “bu iş müqabilində sizdən bir haq, muzd istəmirəm”
Öz Rəbbinə doğru yolu seçmək istəyənlərdən başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin razılığna doğru bir məsləkdirlər.

Elə ki, onun ömrü sona çatdı (Qədir Xumad) öz vəlisi Əliyyibni ƏbiTalib (əleyhissalam)-ı ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) Ilahi əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır. Camaat Peyğəmbər(s)in ətrafını tutmuş halda buyurdu: “Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir. Ilahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!, sSonra buyuru: “Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir” və buyuru: “Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir.” Peyğəmbər(s) özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: “Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur” və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz məscidinə aid olan işləri onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur: “Mən elmin şəhəri, Əli isə o şəhərin və darvazasıdır, hər kəs o şəhəri və hikməti istəsə, gərək onun qapısından gəlsin”, sonra buyurdu “Ya Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim, müharibən mənim müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü “Kövsər” hovuzu kənarında canişinimsən Sən mənim borclarımı rəva qılıb,vədələrimə vəfa edəcəksən” Səni şiələrin cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın, məndən sonra mö”minlər(münafiqlərdən) seçilməzdi” Əli (əleyhissalam) peyğəmbərdən sonra azğınçılıqdan çıxmaq üçün hidayət məş”əli, korluq üçün bir nur, Allahın mətin rabitə ipi, Onun düzgün yolu oldu.

Rəsuli Əkrəm(s)-ə qohumluq cəhətindən bir kəs ondan (Həzrəti Əlidən)qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq islamı qəbul etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli Əkrəmin(s) qədəm qoyduğu yerə qədəm qoyurdu.

Qur”an tə”vili əsasında cihad edirdi. Allah yolunda(çalışanda) məzəmmət edənlərin məzəmmətləri ona tə”sir etmirdi, Allah yolunda ərəblərin dilavər pərhləvanlarını təkləyib öldürür, ərəb quldurlarını tuturdu.Nəticədə Bədr,Xeybər, Hüneyn və s, müharibələrdən o həzrətə qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam etdilər, Həzrət Nakisinlərlə, (Cəməl döyüşündə), Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi.

Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (Ibni Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəm(s)-in fərmanları yol,göstərənlərin birinin digərindən sonra gəlməsi ilə yerinə yetirilməmiş qaldı.Onun haqqına riayət edən az qrup insanlardan savayı bütün islam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəzavu-qədəri onlar üçün gözəl savab ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə müttəqlilər üçündür. Hər bir eyb və nöqsandan pakdır Bizim Rəbbimiz, şübhəsiz ki, Onun və”dləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin əksinə çıxmaz, O, Əziz (izzət,şövkət sahibi) və Həkimdir (hikmət sahibi)

Həzrəti Mühəmmədin (s) pak və mə”sum Əhlibeytinə (s) gərək bütün ağlayanlar ağlasın, bütün ahüfəqan edənlər yalnız onların halına ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaş axıtsın, bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər, ürəkləri yananlar onların halından ürək yanğısı kəçirsinlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor